1 sonuçtan 1 ile 1 arası

Qonaqlıq üçün paltar seçiminin incəlikləri

  1. #1
    Senior Member Aygun - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    Apr 2004
    Mesajlar
    501

    Qonaqlıq üçün paltar seçiminin incəlikləri



    Yəgin razılaşarsan ki, sənin həyatındakı ən mürəkkəb problem paltar seçimi ilə bağlıdır. Dərsə və ya işə getməyindən asılı olmayaraq, həmişə bu problemlə üzləşirsən.

    Əgər sən qonaqlığa hazırlaşırsansa, bu məsələ qlobal bir hal alır. Bütün qarderobunu ələk-vələk etdikdən sonra çarəsiz halda anlayırsan ki, bir yığın paltarın arasında orijinal və həqiqətən də maraqlı libasın yoxdur!

    Beləliklə, sənin meqa-gonaqlığına inanılmaz dərəcədə az vaxt qalıb – sadəcə bir neçə saat. Sən isə hələ də nə geyinəcəyinə və sənin təkrarolunmaz individuallığını ifadə etmək üçün hansı obrazdan istifadə edəcəyinə qərar verməmisən. Elə isə, gəl sənin adət etdiyin tərzi bir qədər yeniləyək.

    Şahzadə sayağı

    Nağıllardan qələn gözəl və heyrətamiz qız obrazı heç vaxt öz aktuallığını itirmir. Zamanla dəyişilən sadəcə onun vizual təzahürüdür. Krinolin və uzun yubkalar yalnız kitab səhifələrində və romantik təbiətli qızların yaddaşında qalıb. Ən son dəbin tələbi isə - çiyinləri və boynu açıq saxlayan dekolte üstlü qısa ipək paltarla və naxışlı krujevalı yubkalardır. Iri muncuqları olan boyunbağı isə lap yerinə düşər.

    Glamorus girl (Valehedici gənc xanım)

    Bahalı parçalardan hazırlanmış libaslar – klub qonaqlıqlarının öndə gələn iştirakçılarının fərqləndirici xüsusiyyətləridir. Ucuz geyimlər dəbli qızlar üçün deyil. Onların bəyəndikləri qeyim isə əzilmiş ipəkdən hazırlanan geniş yubka atlas parçadan hazırlanmış cazibədar top ola bilər. Paltarın bel hissəsinin adət edilmişdən daha yuxarıda olması isə mütləq şərtdir.

    Son zamanlar yun parçadan tikilmiş qısa sviter tipli və boğaz hissəsi olmayan paltarlar da populyarlıq qazanır. Bu gəyim tərzi kafe və kiçik restoranlar üçün uyğundur. Aksessuar olaraq isə parçadan hazırlanmış muncuqlardan istifadə etmək olar.

    Rok – n – Roll tərzi

    Bir qədər aşağı salınmış cibləri olan qara cins şalvar, yazılı qara köynək və ya futbolka, acıq saçlar və qara rəngli manikür, ağ rəngdə aksessuarlar – bütün bunlar Xeyir və Şər, Qadın və Kişi əlamətlərini təcəssüm edən geyim tərzidir. Bu obrazı metallistlərin, pankaların və rokerlərin stili ilə eyniləşdirmək lazım deyil. Bu gözəl və tam sərbəstliyi təmin edən bir tərz olduğundan sənə müstəsna azadlıq hissini yaşamağa imkan verəcək.
    Konu Aygun tarafından (01-06-2015 Saat 12:25 AM ) değiştirilmiştir. Sebep: Qonaqlıq paltarı şəkil

Benzer Konular

  1. Yarım milyon dollarlıq paltar kolleksiyası
    By Baku in forum Xəbər Lenti
    Cevaplar: 0
    Son Mesaj: 04-09-2013, 06:50 PM
  2. Daha paltar yuyulmayacaq
    By Baku in forum Xəbər Lenti
    Cevaplar: 0
    Son Mesaj: 12-26-2012, 07:50 PM
  3. Cevaplar: 0
    Son Mesaj: 07-15-2012, 11:51 AM
  4. Cevaplar: 0
    Son Mesaj: 04-04-2010, 11:40 PM
  5. Cevaplar: 2
    Son Mesaj: 02-03-2010, 05:55 PM

Bu Konudaki Etiketler

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.