4 sonuçtan 1 ile 4 arası

Viruslar - Onlar haqqında nə bilirik ?

  1. #1
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    3.585

    Viruslar - Onlar haqqında nə bilirik ?


    Əksəriyyətimiz Viruslar haqqında demək olarki, heçnə bilmirik.
    Halbuki, "düşmənin" xarakterini bilmədən ona qalib gəlmək olmaz.
    Xəbərin ardında Virusların Yaranma tarixi,İşləmə prinsipləri,
    Törədə biləcəyi təhlükələrin miqyası və daha nələr-nələr...
    Virus proqramları və ya kompüter virusları - Müxtəlif vasitələrlə bir kompüterdən digər kompüterə keçməyə cəhd edən, faylların korlanmasına (dəyişdirilməsi və ya silinməsi) gətirən və ya istifadəçinin işinə mane olan, digər proqramlarda gizlənmiş kiçik həcmli proqramlardır.

    Virus proqram özünü təxminən bioloji virus kimi aparır: çoxalır, maskalanır və ziyanlı təsirlər göstərir (əməliyyatlar yerinə yetirir).
    Virus özgə disketlərdən, elektron poçt və ya digər İnternet resurslarından istifadə edilən zaman təhlükə yarada bilər, bu zaman lazım olmayan və tanımadığınız məktub və resursları maksimum dərəcədə məhdudiyyətlə istifadə etməniz məsləhətdir.

    Tarixi :
    Kompüter virusları təxminən 1980-ci illərin əvvəllərində meydana çıxmışdır.

    «Kompüter virusu» termini 1984-cü ildə ABŞ-da keçirilən informasiya təhlükəsizliyi üzrə 7-ci konfransda Fred Koen tərəfindən işlədilmişdi.

    Virus proqramlarının təsnifatı :

    Virusları aşağıdakı əlamətlərə görə təsnif etmək olar:
    Yaşayış mühitinə görə: Fayl virusları (com, exe, bat, doc virusları), yükləmə virusları, makro viruslar;
    Yaşayış mühitini yoluxdurma üsuluna görə: Rezident və qeyri-rezident;
    Əməliyyat sisteminə görə: MS-DOS virusları, Windows virusları, NIX virusları və s.;
    Destruktiv imkanlarına görə: Ziyansız, təhlükəsiz, təhlükəli, çox təhlükəli;
    Virus alqoritminin xüsusiyyətlərinə görə: «tələbə» virusları, kompanyon-viruslar, «soxulcanlar» (worm), «stels»-viruslar («görünməz» viruslar), «polimorf»-viruslar (özüşifrlənən viruslar), şəbəkə virusları və s.

    Virusların yaradılması :
    Hər gün 10-15 yeni növ virus meydana çıxır.
    Virusların miqdarı həndəsi silsilə üzrə artır.
    Bunu statistika və real həyat təsdiq edir.
    1990-cı ildə təxminən 500 virus,
    1992-ci ildə - 3 000,
    1994-cü ildə - 5 000,
    1996 – 9 000,
    1999 – 30 000,
    2001 – 50 000,
    2004-cü ildə 112 000-dən çox virus məlum idi.

    Kompüter viruslarının sayının artması ilk növbədə onunla bağlıdır ki,
    proqramlaşdırmanı bir qədər öyrəndikdən sonra istənilən şəxs virus yaza bilər.

    Bu işdə ona leqal və qeyri-leqal ədəbiyyat, virusların yazılması üçün xüsusi proqram təminatı kömək edə bilər.
    Hətta müxtəlif mutasiya generatorları mövcuddur ki, birinci kurs tələbəsinin yaratdığı sadə virusdan onun köməyi ilə mürəkkəb virus yaratmaq olar.
    Virusların yayılması. Şəbəkə və kommunikasiya texnologiyalarında hər bir yenilik virusların yaradılması və yayılması üçün yeni imkanlar, yollar açır.
    Yaxın vaxtlara kimi viruslar disketlər və digər daşıyıcılar vasitəsi ilə yayılırdı,lakin İnternet viruslar üçün geniş magistral açdı.

    2003-cü ildə Slammer "soxulcanı" 10 dəqiqə ərzində 75 min kompüter yoluxdurmuşdu.
    1999-cu ildə ilk dəfə dünya miqyasında virus epidemiyası yaranmışdı.
    Melissa virusu on minlərlə kompüteri yoluxdurmuş və 80 milyon dollar ziyan vurmuşdu.
    Bu insidentdən sonra dünyada antivirus proqramlara böyük tələb yarandı.
    2000-ci ilin mayında Melissanın rekordunu bir neçə saat ərzində milyonlarla kompüteri yoluxdurmuş I Love You! virusu təzələdi.
    Hal-hazırda praktik olaraq virusla "yoluxdurmaq" mümkün olmayan fayl növü qalmamışdır.
    Artıq mobil telefonları və proqram təminatından istifadə edən dizər qurğuları yoluxduran viruslar da sürətlə yayılır.
    Virus müəllifləri təkcə texnoloci zəifliklərdən deyil, "psixoloji" zəifliklərdən də istifadə edirlər.

    Virus proqramlar 3 məqsəqlə yaradılır:
    1)İntiqam,
    2)Kommersiya,
    3)Özünü təsdiq.

    Virusun aşkar edilməməsi üçün o çox kiçik həcmə malik olmalıdır.
    Odur ki, virus proqramları çox zaman Asembler proqram dilində yazılır.

    Bir neçə təhlükəsizlik qaydaları :

    Brauzerinizi düzgün quraşdırılmamış, şübhəli tərkibli saytlara daxil olmayın.

    Daxil olduğunuz halda oradan heç bir şey qəbul etməyin.

    Qəbul etdikdə, onu dərhal açmadan antivirusun yoxlanmasına verin.

    İstənilən antivirus standart hücum kodunu dərhal tapır...
    Ağıllı düşünülmüş qeyri standart kodu isə heç bir antivirus tapa bilməz.
    Heç kəs sizə heçnədən hücum etməyəcək, amma əgər bilirsinizsə ki, hücuma məruz qala bilərsiniz, firewalla ehtiyatlansanız pis olmaz.
    Bu açıq portlardan gələn hücum kodlarının və ya sizin kompüterə artıq düşmüş "troyan"ın qarşısını alar.

    "Spam" kimi gələn məktubları açmadan dərhal silin.

    Asan yazılıb pozula bilən xarici daşıyıcılardan məlumatı yükləməmişdən öncə onu antivirusla yoxlayın!

    Profilkatika üçün isə bütün kompüteri ayda bir dəfə yoxlamaq məsləhətdir.
    [

  2. #2
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2009
    Mesajlar
    2.189

    Re: Viruslar - Onlar haqqında nə bilirik ?

    bezi anti viruslar guya ozu tapib silir amma bezi viruslara gucu catmadigi ucun gosderiwi duzgun cixmir.
    1 aydan bir anti virusu axtariwa vermek normaldi amma 1 hefteden bir axtariw edsen hec de boyuk problem yawanmaz.
    Artiq viruslarin sayi hedsiz coxalar amma o viruslari silecek programlar coxalmir
    misal ucun menim kom. 2 saata gucle acilir mawallah olsun 50 min virus var 1 aydan bir format edirem
    he bur ara da evden interete 16.8 le girirem

  3. #3
    Junior Member
    Üyelik tarihi
    Feb 2010
    Mesajlar
    1

    Re: Viruslar - Onlar haqqında nə bilirik ?

    arkadaşlar istediğimiz kadarda uğraşsakta fazlasını yapsakta virüsten kurtulmak zordur,

  4. #4
    Junior Member
    Üyelik tarihi
    Jun 2010
    Mesajlar
    23

    Re: Viruslar - Onlar haqqında nə bilirik ?

    umumiyyetle bir tek antivirus bes etmir...firewall-lu bir sey olsa ela olar. brandmauzer-i de yanili qoymaq lazimdi. ve movzuda deyilen diger tehlukesizlik qaydalarina da riayet etmek lazimdir. bilinmeyen programlari bilinmeyen sekilleri ve,s qebul etmek olmaz.
    men windows istifade edende Avira idi mende ilde bir defe format bes edirdi. meselen, menim Aviram Firefox saytinda bele virus tutmusdu. Trojan olaraq.
    bu da printscreen-idir.


    umumiyyetle Google resmi suretde oz iscilerine Windows-dan istifadeden el cekmeyi meslehet gorub. Mac OS ve ya Linux istifade etmeyi tovsiye edib.tebii ki tehlukesizlik baximindan.
    cunki viruslar ve diger spion programlar yalniz Windows-da isleyir.
    Virus-dan can qurtarmagin yegane ve tek yolu ya Mac OS ya da Linux istifade etmekdir.
    adi userler ucun Ubuntu Desktop resmi sayti [ men ozum istifade edirem.
    ve ya Fedora [ eladir. hem de ki bu sizi daha da inkisaf etdirecek.
    We Make The Net Work---Sun Microsystems.

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.