Beynəlxalq super ulduz Jennifer Lopez 22 sentyabrda, FIFA U-17 qadınlararası dünya çepionatı Azərbaycan 2012-nin açılış mərasimində çıxış edəcək. Bu, Jennifer Lopezin ölkəmizdə ilk çıxışı olacaq.

FIFA U-17 qadınlararası dünya çepionatı Azərbaycan 2012-nin Yerli Təşkilat Komitəsi (YTK) açılış mərasimini Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil edəcək.

Azərbaycanın idman sahəsində ilk dəfə olaraq onlayn bilet satışı ilə bağlı məlumat mərkəzi yaradılıb. Ətraflı məlumat üçün +994 55 515 20 12 (mobil), +99412 480 36 90 (şəhər) nömrələrinə və [email protected] elektron ünvanına müraciət etmək olar.

Açılış mərasiminin biletləri aprelin 16-dan çempionatın [ rəsmi internet səhifəsindən əldə oluna biləcək.

[youtube:152uwbua]http://www.youtube.com/watch?v=29PZZ699PNE[/youtube:152uwbua]