4 sonuçtan 1 ile 4 arası

Əsgərlərimizi gözləyən sürprizlər

  1. #1
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    3.585

    Əsgərlərimizi gözləyən sürprizlər

    Artıq növbəti çağırış müddəti yaxınlaşmaqdadır. Ölkəmizdə ordu ilə bağlı son eşidilən tükürpədici hadisələr fonunda əsgərlərin ümumi vəziyyəti, dövlətin onlara qayğısı ilə bağlı araşdırma aparmaq qərarına gəldik. Azərbaycan ordusuna zabitlər yetişdirən Ali Hərbi Akademiya kursantları, orduda intizam xətalarına nəzarət edən bölgə qarnizonlarından birinin Hərbi Polisinin keçmiş əsgərləri və sözsüz ki, bəzi hərbi hisslərin bu şanlı yolu keçmiş əsgərləri ilə söhbətimzdən diqqətimizi çəkən olduqca maraqlı məqamlar oldu. Dövlətin orduya qayğısı mövzusunda isə hər üç bölüm demək olar ki, eyni fikirləri səsləndirdi. Nəzərə alsaq ki, Azərbaycanın hərbi büdcəsi 2 milyard AZN təşkil edir və bu bəzi dövlətlərin ümumi büdcəsinə bərabərdir, aşağıda qeyd edəcəyimiz faktlar bəlkə də həm təəccübləndirici, həm də təəssüfləndirici görünəcək.

    “Sağlam” bədəndə, “sağlam” ruh

    Atalarımız deyib “sağlam bədəndə sağlam ruh olar”. Bu fikri tək atalarımız yox, aparılmış əksər tədqiqatlar, alimlərin, mütəxəssislərin fikirləri də təsdiqləyib. Ölkənin müstəqilliyinin qorunub saxlanması vəzifəsini öz çiyinlərində daşıyan əsgərlərimiz üçün isə bu misal olduqca əhəmiyyətli önəm daşıyır. Ancaq əsgərlərimiz üçün qanunla müəyyən olunmuş qaydada qidalanma norması ilə tanış olduqdan sonra onların bu vəzifənin öhdəsindən nə tərzdə gəlməsi ilə bağlı şübhələr yaranmaya bilməz.

    Səhər saat 7:30-da əsgərlər bir qayda olaraq səhər yeməyi üçün yeməkxanaya yollanır. Səhər saat 6:00-dan oyanan əsgərlər buna qədər əl-üzlərin yuyur (əgər su tapsalar), “uborka” (təmizlik işləri əsgərlikdə indiyə qədər bu cür adlanır) ilə məşğul olur, sonra isə yeməkxanaya yollanırlar. Demək olar ki, yuxarıda qeyd etdiyimiz hərbi bölümlərin hamısı üçün yemək “payok”u eynidir. Səhər yeməyi ibarətdir: 30 qram yağ, 15 qram pesok, bir stəkan çay, 250 qram qara və yaxud dərnəgül çörəyi, 250 qram qara düyü və ya qreçka, üstündə 30 qram ət, şənbə və yaxud bazar günləri bir ədəd yumurta, bayramlarda 30 qram cem. Bu “ləziz” yeməkləri yedikdən sonra (onların “ləzizliyi” haqqında aşağıda söhbət açacayıq) əsgərin qızğın iş rejimi başlayır.

    Saat 13:30-da əsgərlərin nahar vaxtıdır. Bu vaxta qədər isə əsgərlərin təlimatından asılı olaraq ya dərslər, ya hansısa məşqələlər keçirilir. Ancaq arxa cəbhədə qulluq edənlər üçün əksər hallarda bu vaxt “naryad” deyilən “təlim məşqləri” ilə müşahidə olunur. Bu “təlim məşqləri” isə mövsümdən asılıdır. Misal üçün, əgər payızdırsa, əsgərin qarşısında duran “ali vəzifə” yarpaqları təmizləmək, qışdırsa, qarı yığışdırmaq və s. Bu vaxtın işlərini dəqiqliyi ilə təsvir etsək, qorxuruq hörmətli gənclərimizin vətənpərvərlik hisslərinə təsir etmiş olaq. Xülasə, nahar yeməyi: qarox, verməşil və yaxud perlova supu, ikinci yemək isə qara düyü, qreçka və yaxud yenə süzülmüş verməşil, üzərində səhər olduğu kimi 30 qram ət, 250 qram çörək. Bundan başqa kişmiş suyu (əzilimiş kişmişlər qaynadılaraq kampot əvəzi verilir) və bəzən “Quba soku” deyilən şirələrdən bir stəkan (çox zaman əsgərlər bunun sok və yaxud “uksus” olmasını ayırd edə bilmir).

    Axşam yeməyinin vaxtı saat 19:30-dadır. Buna qədər də əsgərlər bir sıra məşqlər, təlim-tədrislər keçir, “naryad” deyilən “şərəfli işlə” məşğul olurar. Dedovşina deyilən məsələlər də elə ən çox bu “naraydlar” zamanı özünü göstərir ki, hansısa “dembillər” hansısa “molodoylar”a öz işlərini gördürməyə çalışır. Yeri gəlmişkən deyək ki, dedovşinanın ən qızğın vaxtlarından biri də gecə “otboy” komandasının verilməsindən sonra başlayır. Ortalıqda qalan məsələlərin əksəriyyəti bu vaxt ərzində “çürüdülür”. Amma araşdırmamızın məqsədi bu olmadığından keçək əsas mətləbə. Axşam yeməyinə daxildir: perlova, düyü, makaron və yaxud qreçka süzməsi və üzərində 75 qram balıq konservası. “Ləziz” yeməkləri təam edəndən sonra isə yarıac-yarıtox əsgər yollanır yenə də ya gecə “naryadına”, ya da yatmağa, bəziləri isə “sançasta” (hərbi tibb bölməsi). Niyə “sançasta”, bax indi bunu açıqlayacam.

    “Dinozavr” əti yemisiz?

    Yuxarıda sadaladığımız məhsulların az-çoxluğu bir qırağa, burada ən acnacaqlı faktlar onların keyfiyyəti ilə bağlıdır. Başlayaq elə səhər yeməyindən. Əsgərlər bildirirlər ki, əksər vaxtlarda onlar yalnız qaxsımış yağla qarşılaşırlar. İy o qədər üfunətli olur ki, bəziləri onu yeməkdən imitina edir. Çayın isti vaxtı ilə yalnız yay aylarında və təbii ki, komissiya olanda qarşılaşırlar. Çörək əksər hallarda qara çovdar çörəyindən təqribən üç günün çörəyi olur. Bölgə qarnizonlarından birinin Hərbi Polisində Mərkəzi Ərzaq Anbarı rəisinin köməkçisi olaraq qulluq etmiş keçmiş əsgərlərdən biri ilə söhbətimizdən məlum oldu ki, bütün ərzaqlar bir neçə il üçün əvvəlcədən tədarük edilir. Misal üçün, əsgərlərə həftədə bir dəfə verilən yumurtanın içində bircə cücə çatışmır. Əsgərlər deyir ki, həmin yumurtanı yedikdən sonra mədədə təsəvvürolunmaz ağrılar və qoxular başlayır. Ən acınacaqlı vəziyyətdə olan isə ətdir. Ətin üstündə ən aşağısı 1980-cı il, 1978-ci illər möhürü vurulmuş olur. Əsgərləri təəccübə gətirən bu ətin hansı heyvana – dinozavra, ayıya və ya digər hansısa heyvana mənsub olmasıdır, üstəlik ayırd etmək olduqca çətindir. Belə ki, həmin heyvanın bir budu təqribən üç metr, çəkisi isə təqribən bir tona yaxın olur. Ət bir neçə saat ərzində bişirilir, bu vaxt onun suyu tünd qırmızılaşır, iyinin aradan aparılması üçün ona dəfnə yarpağı, soğan vurulur. Bununla belə o yenə də rezin kimi olur. Əsgərlər deyirlər ki, onlar çox vaxt gizlincə bu əti boşqablarından kənarlaşdırırlar.

    Nahar yeməyinin şah xörəyi qreçkadır. Əsgərlər hər gün arzu edirlər ki, bu yeməklə qarşılaşsınlar. İkinci yemək kimi təqdim edilən supun içərisində adına uyğun bir ərzaq aşkarlanmasa da, susuzluğu yatırmağa kömək edir. Supun içərisində tam soyulmamış kartof, uyğun ərzaqdan – ya verməşil, ya qarox, ya mərcidən bir neçə ədədi gözə dəyir.

    Ən təzə yeməklər axşam verilir. Axşamın menyusunda balıq olduğundan bunun köhnəsini çox az hallarda görmək olur. Amma görünən halları da olur. Ümumilikdə hərbi hissələrin yeməkxanalarında bir neçə adi hamam vannası yerləşdirilib. Bunların birinə ət, birinə balıq konservaları açılaraq boşaldılır, birinə, yarısoyulmuş-yarıxarab kartoflar qaynadılqıdan sonra tökülür və s. Bu vannalardan “ləziz” yeməklər boşqablara çəkilərək əsgərlərə paylanır.

    Demək olar ki, hərbi hissələrin “sançastlar”ında olan əsgərlərin əksəriyyəti zəhərlənmə və mədə yatalağından əziyyət çəkənlərdir. Yəni, əsgərlər ya yeməkləri yeyib zəhərlənir, ya da yeməyib mədə yatalağı xəstəliyinə tutulurlar. Keçmiş əsgərlərdən biri də bizə maraqlı bir faktı çatdırdı. Danışır ki, əsgərlərin valideyinləri onların yanına gələndə elə bil “toy-bayram” olur. Belə ki, valideyinləri üçün darıxmaları bir kənara, bilirlər ki, onlar əlidolu gəlilər. Elə bu səbəbdən də “toy-bayram” bəzən faciə ilə də nəticələnir. Bir faktı qeyd edək: Elə görüş yerindəcə valideyinin gətirdiyi xörəkləri ardıcıl olaraq yeyən əsgərin mədəsi cırlmış və ağır vəziyyətdə qospitala yerləşdirilmişdir. Bütün bu faktlar onların lazımi qaydada qida qəbul etmədiyindən xəbər verir.

    Xəstəlik tapmaq istəyən sabundan istifadə etsin

    Əsgərə qayda ilə hər altı aydan bir şalvar, kitel və botinka, üç aydan bir alt paltarı, qış mövsümünə uyğun isə "buşlat" və yun köynək verilir. Qaydaya görə, əsgərin üst geyimi ayda bir dəfə yuyulmalıdır. Bunun üçün hərbi hissələr yuyucu şirkətləri ilə müqavilə də imzalamalıdır. Lakin, danışdığımız əsgərlərin hər biri təsdiq etdi ki, paltarları yumaq əsgərlərin öz üzrərinə düşür. Kimisi, təmizliyinə xüsusi önəm verərək, vaxtı-vaxtında paltarları yuyur, kimisi isə buna önəm vermir. Yuyucu tozu almaq isə əsgərlərin öz öhdəsindədir. Bundan başqa əsgər diş pastası, ayaqqabı mazını, hətta sabununu belə özü alır. Əslində əsgərlər üçün sabun nəzərdə tutulub, lakin ondan istifadə edənlər əmindirlər ki, bundan sonra bədəndə ən azı yaralarla rastlaşmalı olacaqlar.

    Əsgərlər üçün həftədə bir dəfə hamam nəzərdə tutulub. Lakin, əksər hallarda isti su ilə qarşılaşmaq çətin olur. Bəzi əsgərlər isə, hətta suyu belə özlərinin aldığını bildirirlər. Belə ki, hərbi hissədəki suyun rəngi heç də ürəkaçan olmur. Qış aylarında isə, əsgərlərin əksəriyyəti hamamsız keçinməyə üstünlük verirlər. Hamamda suyun soyuqluğundan başqa onları soyuq kazarmalar da gözləyir. Bir qayda olaraq geyimli vəziyyətdə yataqda aşkarlanan əsgər cəzalandırılır, geyimsiz isə sobalarına qaz gəlməyən kazarmada soyuqdan yuxuya getmək belə ağır olur.

    Tütün pulu – 3 manat 60 qəpik

    Əsgərə hər ay 3 manat 60 qəpik pul ayırılır. Bu əsgərlər arasında daha çox “tütün pulu” kimi adlandırılır. Yəni siqaret çəkən əsgərlərin bu tələbatını ödəmək üçün onlara hər ay göstərilən məbləğdə pul verilir. Ancaq baxanda həmin məbləğlə əsgər günə yalnız ucuzlu siqaretdən bir ədəd istifadə edə bilər. Bundan başqa, əsgər həmin puldan yuxarıda göstərilən lazımi ehtiyaclarını qarşılamaq üçün də istifadə etməlidir.
    [

  2. #2
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    3.585

    Re: Əsgərlərimizi gözləyən sürprizlər

    bizde guya inek budu olurdu bud menden boyuk idi
    [

  3. #3
    Senior Member
    Üyelik tarihi
    Jun 2010
    Mesajlar
    594

    Re: Əsgərlərimizi gözləyən sürprizlər

    Böyüklərimiz həmişə deyərdi ki,o vaxti oğlumu əsgərliyə göndərirdim,hərbi xidmətini verib qayidanda onu tanimirdim..Daha da yaraşiqli,hündür olardilar..Amma indi yaziğlari əsgəri xidmətə göndərəndə ailə üzvlərinin hamisini kədər bürüyər balamizin vəziyyəti necə olacaq deyə..Doğurdan da elədir,kimisi sağlam gedir xəstə gələr,kimisi sağ gedər ölü gələr,səbəbini də açiqlayan olmur,elə ört basdir edirlər ki,professionalcasina..(((Allah səbr versin...

  4. #4
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Dec 2009
    Yer
    I Am From Azerbaijan
    Mesajlar
    2.818

    Re: Əsgərlərimizi gözləyən sürprizlər

    Polad Aran 27-yə qəbul=qəbulda heyy gidi günlər
    [

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.