4 sonuçtan 1 ile 4 arası

Azərbaycan Milli Qəhrəmanları

  1. #1
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    3.585

    Azərbaycan Milli Qəhrəmanları


    Azərbaycanın Milli Qəhrəman-ABDULLAYEV RÖVŞƏN ƏBDÜLHÜSEYN oğlu

    1969-cu il yanvar ayının 16-da Lerik rayonunda doğulmuşdur. Məktəbi burada başa vurduqdan sonra isə ailəsi ilə birlikdə Lənkərana köçmüşdür. Rövşən 1987-ci ildə Sankt-Peterburq Ali Hərbi-Siyasi məktəbinə daxil olur. O, Azərbaycana qayıdan kimi DİN-in əməkdaşı olaraq daxili qoşunların tərkibinə qatılır. 1969-cu il yanvar ayının 16-da Lerik rayonunda doğulmuşdur. Məktəbi burada başa vurduqdan sonra isə ailəsi ilə birlikdə Lənkərana köçmüşdür. Rövşən 1987-ci ildə Sankt-Peterburq Ali Hərbi-Siyasi məktəbinə daxil olur. O, Azərbaycana qayıdan kimi DİN-in əməkdaşı olaraq daxili qoşunların tərkibinə qatılır. Gənc zabit bir müddət sonra Zəngilana göndərilir. Rövşən 70 nəfərdən ibarət tağımın komandiri təyin edilir. Onun başçılıq etdiyi tağım göstərdiyi şücaətə görə cəbhədə ad çıxarmışdı. Rövşənin köməkliyi ilə düşmənin Qafan rayonunda yerləşən obyektləri məhv edildi. 13 sentyabr 1993-cü il Rövşənin son döyüşü oldu erməni faşistləri Zəngilan rayonunun Qazançı kəndinə hücum etmişdi. O, döyüş yoldaşları ilə “Qaz 66” markalı avtomobilə əyləşib Qazançıya yollanır, onlar kəndin yaxınlığında düşmənin PDM-i və piyadaları ilə üzbəüz çıxdılar, güclü atəşə maruz qalan vətənimizin igid oğulları ölüm dirim savaşına girdilər. Rövşən yoldaşlarına meşəyə çəkilməyə əmr etdi özü isə ağır yaralansada silahı yerə qoymurdu. Yoldaşları onu xəstəxanaya çatdırsalarda artıq gec idi... Subay idi. Azərbaycan Respublikası prezidentinin 15 yanvar 1995-ci il tarixli 262 saylı fərmanı ilə Rövşən Əbdülhüseyn oğlu Abdullayevə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür.



    Azərbaycanın Milli Qəhrəmanı-ABDULLAYEV NAMİQ VAHİD oğlu

    10-may 1974-cü ildə Ağcabədi rayonunun Avşar kəndində anadan olmuşdur. Məktəbi bitirən Namiq orduya getmək istədiyini bildirir və 1992-ci ilin dekabırında cəbhəyə yola düşür. ABDULLAYEV NAMİQ VAHİD oğlu 10-may 1974-cü ildə Ağcabədi rayonunun Avşar kəndində anadan olmuşdur. Məktəbi bitirən Namiq orduya getmək istədiyini bildirir və 1992-ci ilin dekabırında cəbhəyə yola düşür. 1993-cü il fevralın 9-da erməni silahlı dəstələri Xocavənd rayonunda mövqe tutmuş döyüşçülərimizin üzərinə böyük qüvvə ilə hücuma keçirlər, düşmənin güclü hərbi texnikası qarşısında bu kiçik dəstəmiz tab gətirə bilməzdi. Ama onlar ölümün gözünə dik baxdılar və hücumu dəf etməyə çalışdılar. Onlarla erməni quldurunu məhv edən Namiq son anda əlindəki qumbaranı sinəsinə sıxaraq özünü tankın altına atdı, zirehli texnikanın heyəti məhv edildi, vətənimizin bu cəsur oğlu əbədiyyətə qovuşdu... Subay idi. Azərbaycan respublikası prezidentinin 16-sentyabr 1994-cü il tarixli 202 saylı fərmanı ilə Abdullayev Namiq Vahid oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür. Avşar kəndində dəfn edilib. Avşar kənd orta məktəbi onun adını daşıyır.



    Azərbaycan Milli Qəhrəmanı- Mehdi Abbasov

    1960-cı il yanvar ayının 1-də Qərbi Azərbaycanın Amasiya rayonunda anadan olmuşdur. Mehdi 1991-ci il iyun ayının 28-də DİN-nin sərəncamına göndərilib. O, burada baş leytenant rütbəsində rota komandiri kimi DİN-nin XTMD-ndə xidmətə başladı. Abbasov Mehdi göstərdiyi şücaətə görə `Mixaylo` ləqəbini qazanmışdı. DİN-nin mükafatlarına layiq görülmüşdür. Mixaylonun son döyüşü 13 yanvar 1992-ci ildə oldu. Məlikcan postu ətrafında qızğın döyüşlər gedirdi, Mehdi həmişə olduğu kimi ön sırada vuruşurdu. Bu döyüşdə snayper gülləsi onu başından ağır yaraladı. Həmin gün o əbədi olaraq gözlərini yumdu.
    [

  2. #2
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Mar 2009
    Yer
    Azərbaycan.Bakı
    Mesajlar
    1.739

    Re: Azərbaycan Milli Qəhrəmanları

    qaqulik melumatlara göre sağol ama ne yalan deyim heç mende burda çoxsun bilmirdim buları bütün millete aşılamaq lazımdıre amma qoyasan bizimkiler ancaq şou biznes ve s ve ilaxır seviyyesiz verlişler,proqramlar çox sağol melumata göre

  3. #3
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    3.585

    Re: Azərbaycan Milli Qəhrəmanları

    mende calisiram ki Qehramanlarimiz unudulmasin bir iki nefer sorusanda hec olmasa adini deye bilsinler birdene Cingiz Mustafayevden basqa deye bilmirler buda tv nin gunahidir
    [

  4. #4
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2009
    Mesajlar
    2.189

    Re: Azərbaycan Milli Qəhrəmanları

    sağolasan emin
    sonra da bezi qızlar
    ve ya bezi oğlanlar
    vetenden qeyretden dem vururlar
    amma bilkmek olmur onnar ne işle meşğuldurlar
    qoyasan yalnız tehqir tenqid tehdid etsinler ve s...
    ne ise çox anışmıyım söz bazamız yeterince vardır
    yeri gelende susduracaq cavabimizda vardır
    Qehrəmanlar hemişe ürekde yaşayır.

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.