3 sonuçtan 1 ile 3 arası

Ana dilimiz

  1. #1
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    3.585

    Ana dilimiz


    Bir çox xüsusiyyətləri ilə çox ziyanları olan virtual dünya bu səfər Ana dilimiz Azərbaycan dilini hədəfə alıb. Bir maraqlı fakt da odur ki, 20 yaş aşağı olan bir çox gənclərimiz dilimizi korlamağa meyillidirlər. Sual olacaq ki, virtual dünyada yazışırıq dilə nə dəxli? Çox dəxli var. Biz ana dilimizin mükəmməlliyini yazaraq öyrənirik və bunun tam qaydalar çərçivəsində olmasına nəzər yetirməz bizim hər birimizin vətənpərvərlik borcumuzdur.

    Azərbaycan dilinə olan hörmətsizlik bizim xəbərimiz olmadan baş verir və biz əyləncəli saatlar içində olarkən dilimizi korlayırıq. Görəsən buna səbəb nədir? Bizləri nə vadar edir ki, xarici sözlərlə dilimizi bəzəyək? Və ya niyə rəy bildirərkən bir çoxları latın qrafikindən istifadə etmir?

    Bu məsələyə bir çoxları göz ucu baxa bilərlər. Və həmçinin mənimlə həmfikir olanlarda ola bilər. Məqsəd odur ki, bir neçə nüansları nəzərinizə çatdırım.

    1cisi elə saytlarda rəy yazmağımız. Böyük bir əskəriyyət "ingilis dili" şiriftilə yazır və bu da Azərbaycan dilinin korlanmasına və onun gözəlliyinin itməsinə səbəb olur. Halbu ki, latın qrfaikinə çevirib yazmaq çox da əziyyət aparmır. Çatışmayan cəhətlərdə "ş" hərifinin "sh" "w" "s" ilə əvəz olunması söz və cümləni çox kobud şəkildə pozur. Digər nümünələrdə "ə" hərifinin "e" ilə əvəz olunması Azərbyancan dilini gülünc vəziyyətə salır. Düzdür sözlər bizə anlayışlı olsa da borcumuzdur ki, bu səhvlərə yol verməyək. Halbu ki, bu hal bildiyim qədərilə Azərbaycan virtual aləmində baş verir.

    2cisi bəzi sözlərə nəzər salaq. "Oldu" Baş üstə" sözləri çerilib "OK" olub. Yenə xarici dil ana dildən üstün tutuldu. ALLAHın "salam"ı bu tip yazılır "slm". Və bir çox hallarda "Hi" "privetik" yazılır. "Sağ ol" "Hələlik" sözləri "bye" "By" "poka" sözlərilə ilə əvəz olunub. Yenə xarici dil ana dilindən üstün oldu. Düzdü virtual aləmdə yazılmış bu sözlər reallıqa o qədər də təsiri olmasa da Azərbaycanın virtual dünyasını çox pis vəziyyətə salır. Təsəffür edin ki, bütün Aznet üzünzə açılıb və Ana dili bərbaq vəziyyətdə. Acı həqiqət odur ki, irtual aləmdə Ana dilinə hörmət qoyulmur. Gənclərimiz Ana dilinin mənşəyini axtarmaqda və bu dilin möhkəmlənməsində kömək olmaq əvəzinə əksinə olaraq xarici sözlərlə pis edirlər.


    Ana dilimizi qorumuruq amma dövlətimizdə nöqsanlar axtarırıq!
    [

  2. #2
    Member
    Üyelik tarihi
    Sep 2009
    Yer
    Azərbaycan
    Mesajlar
    85

    Re: Ana dilimiz

    yeri var çox gözel mövzuya toxundun
    Good Bye My Lover Good Bye My Friend

  3. #3
    Junior Member
    Üyelik tarihi
    Oct 2009
    Mesajlar
    6

    Re: Ana dilimiz

    Güney Azerbaycan'da Farslar Azerbaycanlıların kendi dillerini öğrenmelerine engel oluyormus. Doğrumudur acaba?

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.