2 sonuçtan 1 ile 2 arası

Azadlığa həsrət doğum günün mübarək olsun, cənab leytenant!

  1. #1
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    3.585

    Azadlığa həsrət doğum günün mübarək olsun, cənab leytenant!


    Artıq neçənci ilindir ki, məhbəsdə qeyd edirsən doğum gününü. Tək qeyd etsən də, əslində sən tək deyilsən, doğum günündə milyonların ürəyi sənin yanındadır həmişə olduğu kimi..Ana-bacı namusunu, vətən sevgisini, bayraq müqəddəsliyini uca tutanlar 6 ildir ki, bu günü səndən uzaqda amma qəlblərində səninlə birgə qeyd edirlər. Doğum günündə sənə hədiyyəm var, cənab leytenant! Aç o hədiyyəni. Kiçik bir kağızda yazılan yazılardan ibarətdir əslində:
    “Bağışla bizi, cənab leytenant! O zaman ki, başımız kreslolara qarışdı, o zaman ki, rüşvət azarına tutulduq biz səni çox asanlıqla unutduq.
    Bağışla bizi, cənab leytenant! O zaman ki, namus-qeyrəti ölən bəzi üzdəniraqlar özlərini günə çıxarmaq istədilər, təkidlə səni erməni itini yatdığı yerdə öldürdüyünü dedilər..Həmdə necə təkidlə...
    Bağışla bizi, cənab leytenant! O zaman ki, konsertlərə pul tökməkdən başımız ayılmadı sənin adına açılmış hesab boş qaldı.
    Bağışla bizi, cənab leytenant! O zaman ki, hər ağzı olan danışmağa başladı sənin bizdən istədiyin kimi o “qeyrət ağacları”nın önündə səbr edib susa bilmədik.
    Bağışla bizi, cənab leytenant! Utanmadan, qızarmadan, xəcalət çəkmədən doğum gününü qandallı qolların arasında təbrik etməyə belə üz tapırıq..Bağışla bizi... İnanıram ki, bağışlayacaqsan...Çünki, sən ömrünün 30 ilini bizə bağışladığın halda sənin önündə günahkar olmamızı da bağışlayacaqsan... Bağışla bizi... Doğum günün mübarək olsun, ey qəlblərin məhkumu!

    [

  2. #2
    Moderlər
    Üyelik tarihi
    Sep 2007
    Yer
    Azerbaycan
    Mesajlar
    2.061

    Re: Azadlığa həsrət doğum günün mübarək olsun, cənab leytenant!

    Allah Komeyi Olsun Dualarimiz onunladi!
    Bir günah etsən əgər,
    Minbir gün aahh etmən gərək.
    Minbir gün aahh etsən əgər,
    Heç bir günahın yox sənin.


Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.