2 sonuçtan 1 ile 2 arası

Azərbaycan vətəndaşı xüsusi amansızlıqla qətlə yetirilib

  1. #1
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    3.585

    Azərbaycan vətəndaşı xüsusi amansızlıqla qətlə yetirilib


    1970-ci il təvəllüdlü Atakişiyev Fərhad Rəhman oğlunun əsirlikdə olarkən xüsusi qəddarlıqla qətlə yetirilməsi barədə məlumatlar aşkarlanıb
    Ermənilər tərəfindən əsir götürülmüş Azərbaycan vətəndaşının xüsusi amansızlıqla qətlə yetirildiyi məlum olub. APA-nın xəbərinə görə, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb.
    Məlumatda bildirilir ki, Ermənistanın Azərbaycana təcavüzü nəticəsində əsir götürülmüş şəxslərlə bağlı Dövlət Komissiyasında toplanmış materialların təhlili zamanı 1970-ci il təvəllüdlü Atakişiyev Fərhad Rəhman oğlunun əsirlikdə olarkən xüsusi qəddarlıqla qətlə yetirilməsi barədə məlumatlar aşkarlanıb. Araşdırmalar nəticəsində müəyyən edilib ki, erməni hərbçilərinin F. Atakişiyevə qarşı qəddarlığının əsas səbəbi onun Kərkicahan qəsəbəsinin sakini kimi döyüşçülərimizə bələdçilik etməsi olub. Ermənistan hərbçiləri 1991-ci ilin dekabr ayında Kərkicahan qəsəbəsinə hucum zamanı çoxsaylı itkilərinə bu amilin böyük təsir etdiyini düşündükləri üçün F. Atakişiyevə işgəncələr verərək onu “Qarabağ ermənilərindir” ifadəsini deməyə məcbur etmək istəyiblər. Lakin F. Atakişiyev işgəncələrdən və ölümdən qorxmayaraq, “Qarabağ Azərbaycanındır, Azərbaycanın da olacaq” dediyinə görə erməni qəsbkarları tərəfindən amansızcasına qətlə yetirilib. Onun meyitinin ekspertizası zamanı bədənində hər biri ayrı-ayrılıqda insan ölümünə səbəb ola biləcək 72 müxtəlif işgəncə izi aşkar edilib. Atakişiyev Fərhad Rəhman oğlu ilə bağlı toplanmış materiallar Dövlət Komissiyası tərəfindən Azərbaycan prezidentinə təqdim edilib və prezidentin 28 iyul 2009-cu il tarixli sərəncamı ilə o, “Azərbaycan bayrağı” ordeni (ölümündən sonra) ilə təltif olunub.
    ALLAH RƏHMƏT ELƏSİN!
    [

  2. #2
    Senior Member
    Üyelik tarihi
    Apr 2009
    Yer
    Azərbaycan,Odlar Yurdu Bakı
    Mesajlar
    668

    Re: Azərbaycan vətəndaşı xüsusi amansızlıqla qətlə yetirilib

    Allah o dunyasini versin
    ♥(¯`´•.¸(¯`´•.¸ ________ღ♥ღ_________ ¸.•´´¯)¸.•´´¯)♥
    ♥----==-♥°° ♥°°♥montin♥°°♥°°♥suzi333♥°° ♥°°-===----♥
    ♥(_¸.•´´(_¸.•´´ ¯¯¯¯¯¯¯¯ღ♥ღ¯¯¯¯¯¯¯¯¯ `´•.¸_)`´•.¸_)♥

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.