Şəhidlik uca zirvədir.Çünki Allahın dini uğrunda, haqqlarının müdafiəsi uğrunda,vətən uğrunda canını qurban verən şəxs geridə bütün arzularını, həyatını, ailəsini və gələcək planlarını bu müqəddəs borcdan aşağı sayaraq Allahın razılığını hər şeydən üstün saymışdır.
Onlar bizlər üçün canlarından,qanlarından keçdilər.Bizim gələcəyimiz üçün,vətənin azadlığı üçün öz canlarını fəda verdilər.Ancaq bizlər nə edirik?Necə yad edirik onları?İldə 2-3 dəfə qeyd olunan xüsusi günlərdə onları yad etməklə borcumuzu ödəyirik?İçimizdən neçəmiz şəhid olan gənclərin ən az 10-nun adını çəkə bilərik?Nə üçün kimisə yad etmək üçün dəyərini anlamaq üçün xüsusi günləri gözləyirik nə üçün?Onları hər gün anmaq hər birimizin borcudur.Ancaq neçəmiz buna əməl edirik?
Şəhidlik uca zirvədir.Bəli uca zirvədir.Hal hazırkı gənclərin anlamadığı bir zirvədir!Hal hazırkı eqoist cəmiyyətin yetişdirmələrinin anlamayacağı bir zirvədir!

Biz onlara layiq ola bilmədik!Onların bizim üçün etdiklərini görməməzlikdən gəlirik.Torpaqlarımınız 20%-i hələdə işğaldadır.İtirdiklərimizi geri ala bilmirik.Çoxlarımız qorxaqlıq edirik.Gənc nəslin yetişdirmələri əsgərlikdən qaçır."Vətən bizə nə verib ki, qarşılığında məndə verim.Kimə dəyər verilir ki?"Eşitdiklərimiz,gördüklərimiz bunlardır.Ancaq günahkar kimdir?Niyə günahı hər zaman başqalarında axtarırıq?Niyə hər zaman özümüzə haqq qazandıracaq bəhanələr tapmağa səy göstəririk?Beləliklə illəri yola salırıq.
Hər ildə bir neçə dəfə andığımız şəhidlər bizim üçün öz canlarını fəda verdilər.
Hər ildə bir neçə dəfə andığımız şəhidlər bizim üçün öz arzularının,öz xəyallarının üstündən xətt çəkdilər.
Hər ildə bir neçə dəfə andığımız şəhidlər sən mən deyib ayrı seçkilik salmadılar.Bizim üçün deyib əllərindən gələni etdilər.
Onların dəyərini hal hazırda anlamırıq nə vaxt anlayacayıq?

Bəli əzizlərim şəhidlik uca zirvədir.Biz hələ ki, bu dəyəri anlayacaq qədər düşüncəli deyilik....