5 sonuçtan 1 ile 5 arası

Şərəfimiz Vətənimizə bağlıdır

  1. #1
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    3.585

    Şərəfimiz Vətənimizə bağlıdır

    İllər boyu dilimizde 'menim Azerbaycanım' sözü dolaşıb-durub. Bu gün 'men Azerbaycanınam' demeyin vaxtı çatmayıbmı? !
    İnsan üçün dünyaya gəldiyi andan bəri və yaşadığı müddətcə, iki varlığın xüsusi yeri olmuşdur. Bu iki dəyərə könül evində özəl sevgi bəsləyib, onları özünə daha yaxın bilmişdir. İnsan heyatında əbədi olaraq əziz qalan bu iki dəyər 'Ana ve Vətəndir'. Bizlər Ananı dünyaya gəlişimizin, var oluşumuzun səbəbkarı olduğu, illərcə gecə -gündüz bütün çətinliklərə baxmayaraq böyük sevgiylə qayğımıza qaldıqları üçün-bir sözle bizə heyat gücü verdiklərindən dolayı sonsuz sevgiyle sevib, özümüzü onlara ömür boyu borclu hiss edərik.

    Vətən isə əzizdir çünkü varlığımız, mənliyimiz və qürur qaynağımızdır. Bizə insani dəyər və ad qazandıran yalnız Vətəndir. Elə buna görə də mənliyini dərk edən hər bir insan, öz vətəninə candan bağlı olub, onu qoruyub ve yeri gəldiyində bu uğurda canını verməkdən çəkinməmişdir.
    Tarixə, keçmişimizə dönüb baxdığımızda bir çox milli savaşlara rast gəlirik. Ulu babalarımızın yaratdığı ve yaşatdığı bir çox milli dəyərlərimiz qatı düşmənlərimiz tərəfindən unutdurulmağa çalışılmış, çox zaman bu dəyərlər millətimizə yalnış şəkildə çatdırılmışdır. Bu gün bizə düşən vəzifə nədir? Biz Vətən üçün nə etməliyik? !
    Realist olsaq, Azerbaycanın müasir nəsli, xüsusilə gencleri özlərini yetərince Vətənə, torpağa bağlı hiss etmirler.
    Şərəfimiz Vətənimizə bağlıdır. Bəs biz Vətən üçün nə etməliyik? Şərəfinə qiymət verən hər bir insan, öz heysiyyətini, adını qorumaq üçün canını belə fəda etməzmi bu yolda?
    !
    Vətənini, torpağını ürəkdən sevən qeyrətli Azərbaycanlılar hər zaman qürurla 'mənim Azərbaycanım' deyərək bir Azərbaycanlı olduqları ilə öyünmüşlər. Azərbaycanın yerinə, göyünə, daşına, torpağına, bulağına, çiçəyinə, gülünə məhəbbət bəsləyib özlerininki bilmişlər. Vətənə olan bu eşq çox qiymətli görünsə də, bu gün artıq ürəyimiz, dilimiz, iradəmizlə birləşməli, və 'mən Azərbaycanınam' sözünə bağlanmalıyıq.
    Artıq bütün varlığımız, canımız ve qanımızla Azərbaycanımızın xidmetinde olmalıyıq. Vətən üçün yaşamalıyıq, savaşmalıyıq, gərəkirsə yolunda canımızı verməliyik.
    Vətən üçün, Millət üçün döyünən ürəklər var olsun!
    [

  2. #2
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    3.585

    Re: Şərəfimiz Vətənimizə bağlıdır

    Bu gün qüvvət alaq tək ilahidən, Tarixi çevirək canlı şahidə, Vətənə can fəda edən şəhidə, Bir söz, bir ah olsun, vətən sağ olsun! Barmaq yumruq olsun, bu qol bu bilək, Eyni bir hədəfə yönəlsin gərək, Bir ünvan tanıyaq, bircə yol bilək, O Qarabağ olsun, vətən sağ olsun! Toxunulmaz bilək gölü, batağı, Hər damla suyu, hər qarış torpağı, Çöllər, boz səhralar, yataq otağı, Daşlar yataq olsun, vətən sağ olsun!
    [

  3. #3
    Moderlər Deli_UREK - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    Jan 2008
    Yer
    Latvia Riga
    Mesajlar
    1.485

    Re: Şərəfimiz Vətənimizə bağlıdır

    TEK 1 soznen HALAL olsun Vətən üçün, Millət üçün döyünən ürəklər var olsun!

  4. #4
    Senior Member
    Üyelik tarihi
    Mar 2010
    Mesajlar
    1.376

    Re: Şərəfimiz Vətənimizə bağlıdır

    Vetenim de vetenperverliyim de menim ureyimdedr. Cox tessuf ki,elimden onu sevmekden bashqa ve qurur duymagdan bashqa hec ne gelmir

    Ölmək dəhşət deyil, dəhşət yaşamaqdır

  5. #5
    Senior Member Tutu20 - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    Jan 2010
    Yer
    Azerbaycan.Quba
    Mesajlar
    1.028

    Re: Şərəfimiz Vətənimizə bağlıdır

    Haladi bele movzular tez tez olsa yaxsi olar

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.