2 sonuçtan 1 ile 2 arası
Like Tree1Beğenme
  • 1 Gönderen Secde

QARABAĞ MÜHARİBƏSİ

  1. #1
    Senior Member
    Üyelik tarihi
    Sep 2007
    Mesajlar
    342

    QARABAĞ MÜHARİBƏSİ

    QARABAĞ MÜHARİBƏSİ


    1980-cı illərin sonlarına yaxın dünyanın ən böyük imperiyalarından olmuş SSSR-i süqut dönəmlərini yaşayırdı, SSSR-nin parçalanması nəticəsində regionda yaranacaq boşluqdan yararlanmağa çalışan erməni separatçıları və millətçiləri qızğın fəaliyyətə keçmişdilər. Erməni millətçiləri ilk növbədə cəmiyyətdə Azərbaycanlılara qarşı mənfi rəy oyatmağa başladılar. Zori Balayanın “Ocaq” və başqa millətçi, faşist ruhunda yazılmış kitabları çapdan çıxdı. Nəticədə Ermənistan SSSR-nin və DQMV-nin ərazisində anti Azərbaycan kompaniyası başlandı. Erməni öngörmələri Azərbaycanlılara qarşı açıq nifrət yaratmaq üçün 1988-ci il 28 fevral Sumqayıt hadisələrini törətdilər. Sumqayıtda yaşayan ermənilər erməni terror təşkilatlarına xərac vermədikləri üçün millətçi ermənilər tərəfindən bəyənilmirdilər, erməni öngörənləri bu kartdan məharətlə istifadə etdilər, onlar indi həm terror təşkilatlarına xərac verməyənləri aradan götürür, həmdə Azərbaycanlılara qarşı mənfi rəy formalaşdırmaq üçün öz millətlərini vəhşicə qətlə yetirir hədda diri diri yandırırdı, evlərini qarət edib inanılmaz vəhşiliklər törədirdilər. Artıq Azərbaycan xalqında Milli Azadlıq ideyası formalaşırdı. Artıq iki region dövləti Azərbaycan və Ermənistan arasında müharibə qaçılmaz olmuşdu. 1988-ci ildə Qərbi Azərbaycan ərazisindən ata babalarımızdan yadigar torpaqlarımızdan soydaşlarımız deportasiya edilmişdi. Regionda suveren və güclü dövlətlərin olmasından qorxan Rusiya erməniləri tam dəstəkləyirdi. Artıq 1991-ci ilin sonlarına yaxın Ermənistandan bütün Azərbaycanlılar deportasiya edilmiş, Azərbaycanlılar yaşayan ərazilər erməni faşistləri tərəfindən hücuma məruz qalırdılar. 1991-ci il Rusiya ilə Ermənistan arasında “Dostluq, qarşılıqlı təhlükəsizlik və əməkdaşlıq haqqında” müqavilənin imzalanması Rusiyanın niyyətindən xəbər verirdi, artıq Rusiya silahlı yardım <<kompaniyas>> başlamışdı. Qarabağın Malıbəyli, Quşçular, Kərkicahan kəndləri ermənilər tərəfindən işğal edilmiş, əhali qətlə yetirilmişdi. Dağlıq Qarabağda könüllü yaradılmış özünümüdafiə batalyonları yaxşı silahlanmamışdılar və peşəkar hərbiçilər yox dərəcədə idi. Özünümüdafiə batalyonlarında hətda ov silahları ilə döyüşən əsgərlər var idi. Bütün bunlardan istifadə edən erməni quldur dəstələri və muzdlulardan ibarət qoşun 1991-ci il 18 noyabr Xocavənd rayonunu işğal etdilər, şəhər vəhşicə qarət olundu, evlər yandırıldı, əhali əsir götürüldü, yüzlərlə adam öldürüldü, bunun ardınca 1991-ci il 26 dekabr erməni işğalçıları Xankəndi rayonunu işğal etdilər ermənilər hətta qəbrisatnlığıda qarət etdilər, körpələri, silahsız insanları vəhşicə qətlə yetirdilər yaşayış yerləri yandırılıb dağıdıldı. 1991-ci ilin sonlarına yaxın artıq Şuşa mühasirədə idi, 1992-ci il yanvarın 26-da Şuşanı mühasirədən çıxarmaq üçün hazırlanmış “Daşaltı” əməliyyatının uğursuzluğu, əməliyyatı həyata keçirən alayın demək olarki tam məhvi ilə nəticələndi. Belə bir şəraitdə erməni silahlıları və Rusiyaya məxsus 366-cı moto-atıcı alay əvvəlcə Qaradağlı kəndinə hücum edərək əhalini vəhşicə qətlə yetirib, meyitləri silos quyularına atıb, kəndi yandırmışdılar sonra isə Xocalı şəhərini mühasirəyə aldılar 25 fevral 1992-ci il şəhər artilleriya atəşinə məruz qaldı, yerli əhalini məhv etmək üçün hücum qaranlıqda saat 9-10 radələrində başlanılmışdı.


    Qaynaq. [
    ismayil123 bunu beğendi.
    "Ölüm gözəl şeydir, budur pərdə ardından xəbər
    Gözəl olmasaydı, ölürmüydü Peyğəmbər"

  2. #2
    Senior Member
    Üyelik tarihi
    Sep 2007
    Mesajlar
    342
    Könüllülərdən ibarət alaylar əhalini mühasirədən çıxarırdılar, Aqil Quliyev rota komandiri idi, vətənin igid övladı neçə-neçə adamı xilas edərək öz həyatını qurban verdi, Əlif Hacıyev isə hava limanına nəzarət edirdi düşmənin əlinə keçməsin deyə o disbetçer məntəqəsini partlatdı sonraki döyüşlərdə həmən gecə qəhrəmancasına həlak oldu. Tofiq Hüseynov “N” saylı özünümüdafiə batalyonunun komandiri idi o xeyli soydaşlarımızı xilas etdi, düşmənin hücumunun qarşısını üç dört dəfə ala bildi son anda mühasirəyə düşən vətənin qəhrəman övladı sonuncu qumbarası ilə özünü həlak etdi. Hər üçü: Quliyev Aqil, Hacıyev Əlif, Hüseynov Tofiq ölümlərindən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşlər. 20-ci əsrin ən böyük faciələrindən olan Xocalı soyqırımı zamanı 613 nəfər öldürüldü, 487 nəfər yaralandı, 6 ailə tam məhv edildi, 1275 nəfər əsir götürüldü. Bu faciə zamanı erməni faşistləri dinc əhalini öldürməklə kifayətlənməmiş meyitləri parçalayır, qollarını, bədənlərini ayırır, beyninlərini parçalayır yaralılarlı yandırmışdılar. Xocalının işğalından sonra xalqda ruh düşkünlüyü yarandı, erməni təcavüzkarları Dağlıq Qarabağda yeganə hava limanını ələ keçirdilər bu amillər erməni basqınçılarını həvəsləndirmişdi. Xocalı şəhərinin işğalından sonra Şuşa və Laçın mühasirə vəziyyətində idi. 1992-ci il 8 may erməni basqınçıları Rusiyanın faşist hərbiçiləri ilə hər zamankı kimi 366-cı moto-atıcı alay, 6000 canlı qüvvə, 72 tankla “Dağlarda Toy” adlı planla Şuşaya hücum etdilər. Şəhərin müdafiəsi çox zəif idi könüllülərdən təşkil edilmiş alayda 150 nəfər şəhid oldu. Şəhər hər tərəfdən artilleriya atəşinə məruz qaldı.

    Aqarunov Albert öz tankı ilə Şuşada əfsanələr yazdı, sərrast atəşlərlə erməni basqınçılarının saysız hərbi qurğularını, tanklarını məhv edən vətənimizin cəsur övladı döyüş meydanında qəhrəmancasına həlak oldu. Ölümündən sonra ona “Azərbaycanın Milli Qəhrəmanı” adı verildi. Azərbaycan tarixinin ən böyük səhifələrindən olan, ata babalarımızın yadigarı, Türk elinin gözü olan Şuşa 9 may süqut etdi...

    Öz məkrli, işğalçı, millətçi, faşistlik siyasətindən əl çəkməyən ermənilər növbəti hədəf kimi Laçını seçmişdilər. May ayının 18 də 1992-ci il xeyli qüvvə ilə hücuma keçən ermənilər Laçın rayonunu işğal etdilər. Laçının işğalı ilə ermənilər Dağlıq Qarabağda dəhlizi ələ keçirmiş oldular artıq bu istiqamətdəki yollar erməni faşist dəstələrinin nəzarəti altında idi.


    ARDI VAR...
    "Ölüm gözəl şeydir, budur pərdə ardından xəbər
    Gözəl olmasaydı, ölürmüydü Peyğəmbər"

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.