Sayfa 1/2 12 SonSon
16 sonuçtan 1 ile 10 arası

31 mart 1918 ci il soyqirimi

  1. #1
    Senior Member
    Üyelik tarihi
    Sep 2007
    Mesajlar
    342

    31 mart 1918 ci il soyqirimi

    Doğma vətənimin köksünə çəkilmiş yaralar dəfələrcə təzələnmiş.

    1898, 1905, 1918-1920, 1937-1941, 1948, 1957, 1988-1993, 1992 Xocalı
    "Ölüm gözəl şeydir, budur pərdə ardından xəbər
    Gözəl olmasaydı, ölürmüydü Peyğəmbər"

  2. #2
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2006
    Yer
    İsTaNbUl//TüRkİyE
    Mesajlar
    2.922
    evet çok kötü zamanlar bunlar ne yazıkki
    ermeniler tarafından katledilmiş ve soykırıma uğradığımız
    zamanlar bunlar ama ne yaparlarsa yapsınlar bizim birlik
    ve beraberliğimizi bozamayacaklar.Türkiye türkleri ve
    Azerbaycan türkleri hep birlik ve beraberlik içinde
    olacaklar ermeniler ver rusya avrupa
    ve diğer dost görünüpte zayıf zamanımızda bizi
    sırtımızdan vurmaya hazır bekleyen sözde dostlarımız
    bunları asla başaramayacaklar çünkü ATATÜRK ünde
    dediği gibi muhtaç olduğumuz kudret damarlarımızdaki
    asil kanda mevcut ve daimada mevcut olacaktır


  3. #3
    Senior Member
    Üyelik tarihi
    Sep 2007
    Mesajlar
    342
    Bu yaxında Azərbaycanda 1918-ci il Şamaxı rayonunda olan soyqırım kitabı əldə etmişəm. Çox faktlar dərc edilib.
    İnşallh bunları diqqetinize çatdıracam
    "Ölüm gözəl şeydir, budur pərdə ardından xəbər
    Gözəl olmasaydı, ölürmüydü Peyğəmbər"

  4. #4
    Senior Member
    Üyelik tarihi
    Sep 2007
    Mesajlar
    342

    Azərbaycan Xalq Cümhuriyyəti dövrünün daxili işlər nazirləri
    Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 aylıq mürəkkəb və ziddiyyətli inkişaf yolu keçsə də, bu dövrdə dövlətçiliyin bərpa olunması, sosial-mədəni quruculuq, hüquq-mühafizə orqanlarının formalaşdırılması sahəsində xeyli tədbirlər görülmüşdü. 1918-ci il mayın 28-də Azərbaycan özünün istiqlaliyyətini elan etdikdən sonra Milli Şura hökumətin təşkilini görkəmli ictimai-siyasi xadim Fətəli xan Xoyskiyə tapşırmışdı. Elə həmin gün Fətəli xanın təklif etdiyi Nazirlər Şurasının tərkibi təsdiq olunmuşdu. İyulun 2-də isə cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təmin edilməsi kimi məsuliyyətli bir vəzifəni yerinə yetirən, müstəqil Azərbaycanın mühüm struktur qurumlarından hesab olunan Daxili İşlər Nazirliyinin tərkibində polis orqanlarının yaradılmasına başlanmışdır. 1998-ci il mayın 29-da isə Azərbaycan Respublikasının prezidenti Heydər Əliyev həmin tarixin Polis günü elan edilməsi barədə xüsusi fərman imzalamışdır. Bu isə tarixi varisliyin, ədalətin bərpası kimi ən yüksək qiymətə layiq mühüm bir addım idi.
    İnkişaf yolunu asayişi mühafizə dəstələrinin təşkilindən başlayan və xalqımızın dövlətçilik ənənələrinə sadiq olan Azərbaycan polisi 1918-1920-ci illərdə ilk müstəqil Azərbaycan dövlətinin qurulmasında və müdafiəsində həmişə ön sıralarda olmuşdur. Qısa müddət ərzində ordunun, xüsusi xidmət və təhlükəsizlik, daxili işlər orqanlarının həmin dövr üçün məqbul sayılan formada yaradılması, təchiz edilməsi ciddi və mühüm problemlərdən idi. Azərbaycan Xalq Cümhuriyyətinin ilk hökumət kabineti təşkil olunarkən Fətəli xan Xoyski Nazirlər Şurasının sədri olmaqla yanaşı, həm də gənc ölkənin daxili işlər naziri vəzifəsini icra etmişdir. Əsli Cənubi Azərbaycanın Xoy şəhərindən olan F.Xoyski 1875-ci il dekabrın 7-də Şəki şəhərində anadan olmuşdur. Onun atası rus ordusunun general-leytenantı idi. Bu nəsildən görkəmli sərkərdələr, dövlət xadimləri və çoxlu ali təhsilli ziyalılar çıxmışdır. Onlardan biri də Fətəli xan idi. O, Gəncə Klassik Gimnaziyasını, 1901-ci ildə isə Moskva Universitetinin hüquq fakültəsini bitirmişdir. Əvvəlcə Gəncədə, sonra isə Suxumi, Batumi və Kutaisi dairə məhkəmələrində müxtəlif vəzifələrdə işləmişdir. 1907-ci ildə Yekaterinodar dairə məhkəməsində prokuror müavini təyin edilməsi F.Xoyskinin ictimai fəaliyyətində yeni mərhələ olmuşdur. O, Yelizavetpol qurberniyasından II Dövlət Dumasına nümayəndə seçilmiş, Peterburqun məşhur Tavriya sarayında toplanan Rusiya parlamentinin iclaslarında çar hökumətinin Zaqafqaziyada və Azərbaycanda yeritdiyi müstəmləkəçilik siyasətinə qarşı dəfələrlə çıxışlar etmişdir. 1917-ci ildə Rusiyada fevral burjua inqilabı baş verdikdən sonra F.Xoyski Bakıda yaranmış Milli Müsəlman Şurasının müvəqqəti icraiyyə komitəsinin üzvü seçilmişdir. Həmin ilin aprelində Bakıda çağırılan Qafqaz müsəlmanlarının qurultayında iştirak etmişdir. O, 1917-ci ilin dekabrında yaranan Zaqafqaziya Seyminin üzvü və müstəqil Zaqafqaziya Federativ Respublikasının ədliyyə naziri işləmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin ilk üç hökumət kabinetinin təşkili Xoyskiyə tapşırılmışdır. Məhz onun dövründə müstəmləkə siyasətinin rəmzi olan Yelizavetpol şəhəri və quberniyası yenidən Gəncə və Gəncə quberniyası adlandırılmış. Qaryagin Cəbrayıl qəzası adı ilə əvəz edilmiş, çoxpartiyalı parlament sistemi yaradılmış, Azərbaycan Respublikasının pul və poçt markalarının buraxılması, ana dilində məktəb və seminariyaların açılması, Bakı Dövlət Universitetinin yaradılması və digər mütərəqqi tədbirlər Xoyskinin rəhbərlik etdiyi hökumət kabinetləri dövründə həyata keçirilmişdir. O, daxili işlər naziri olarkən Bakı, Lənkəran, Şamaxı, Quba, Cavad qəzalarında, həmçinin Dağıstan vilayətində fəhlə-kəndli polisi (milisi) təşkil olunmuşdu. Elə həmin vaxtdan başlayaraq, yəni iyun ayında Bakı qəza polis komissarlığı 4 yerə - Maştağa, Qala, Saray, Binəqədi sahə polis komissarlıqlarına bölünmüşdü. Göyçay qəzasının bir hissəsində isə fəhlə-kəndli polisi yaradılmışdır. 1919-cu il martın əvvəllərində F.Xoyskinin başçılıq etdiyi hökumət kabineti istefaya çıxmışdır. Nəsib bəy Yusifbəyli Nazirlər Şurasının sədri seçilmişdir. 1920-ci ilin aprelində XI qızıl ordunun Bakıya yaxınlaşdığı xəbərini alandan sonra Fətəli xan öz ailəsi ilə birlikdə Tbilisiyə köçmüşdür. Elə həmin il iyunun 19-da F.Xoyski muzdlu erməni qatili tərəfindən öldürülmüşdür.
    1918-ci il iyunun 17-də Azərbaycan Milli Şurasının göstərişinə əsasən F. Xoyskinin başçılığı ilə ikinci hökumət kabineti təşkil olunarkən daxili işlər naziri vəzifəsinə o dövrün görkəmli ictimai-siyasi xadimi Behbudağa Cavanşir təyin olunmuşdu. B.Cavanşir 1886-cı ildə Tərtərdə anadan olmuşdu. Orta təhsilini Tbilisi realnı məktəbində almış, sonra dünyada ilk ali texniki məktəb olan Frayberq Dağ-Mədən Akademiyasını (Almaniya) bitirmişdir. O, bu akademiyanın ilk azərbaycanlı məzunu olmuşdur. Behbudağa Cavanşir alman, ingilis, fransız, rus və gürcü dillərini mükəmməl bilirdi. 1916-cı ildə Azərbaycana qayıdan B.Cavanşir Bakı neft müəssisələrində məsul vəzifələrdə çalışmışdır. 1918-ci il iyunun 17-də daxili işlər naziri vəzifəsində işləyərkən Bakıda, İçərişəhərdə podpolkovnik Şükür bəy Yüzbaşinskinin rəisliyi altında polis məmurları (qorodovoy) məktəbinin açılmasına ciddi səy göstərmişdir. 1920-ci il aprelin 28-də baş verən hadisələrdən sonra B.Cavanşir neft sənayesi sahəsində işləmişdir. Həmin ilin sonunda N.Nərimanov neft-mədən avadanlığı almaq üçün onu Almaniyaya ezam etmişdir. B.Cavanşir yolüstü İstanbulda dayanaraq həmyerlisi Əhmədbəy Ağayevin evində yaşamışdır. Bir gecə evdən çıxıb küçə ilə gedərkən arxadan Daşnaksütyun partiyasının üzvü Toplaqyan tərəfindən güllə ilə öldürülmüşdür. Behbudağa nazir olduğu dövrdə Gəncə quberniyasında ilk milli nizami polis orqanları təsis edilmiş, onların yeni ştatları və artırılmış əməkhaqları təsdiq olunmuşdur.
    Göründüyü kimi, daxili işlər orqanlarının formalaşması prosesi ardıcıllıqla inkişaf etmişdir. 1918-ci il dekabrın 26-da bu vəzifəyə tanınmış ictimai-siyasi xadim Xəlil bəy Xasməmmədov təyin olunmuşdur. Bir faktı qeyd edək ki, o dövrdə daxili işlər orqanları hərbi nazirlik, təhlükəsizlik və xüsusi xidmət orqanları ilə sıx əlaqəli şəkildə fəaliyyət göstərirdi. Bunun da əsas səbəblərindən biri o idi ki, Azərbaycan Xalq Cümhuriyyəti hökumətinə qarşı işləyən əks qüvvələrin xeyli hissəsi milli ordunun və digər qurumların tərkibində əsgər, çavuş, zabit, polis və s. vəzifələr daşıyırdılar. Ona görə də hökumətin əleyhinə planlaşdırılan hər hansı bir təxribatın qarşısını almaq üçün belə birgə fəaliyyət zəruri idi.
    Sayca üçüncü daxili işlər naziri olan X.Xasməmmədov da əslən gəncəli idi. 1875-ci ildə Gəncədə anadan olmuşdur. O, Moskva Universitetinin hüquq fakültəsini bitirib müstəntiq işləmişdir. Xəlil bəy bütün həyatı boyu "Azərbaycana muxtariyyət" amalı uğrunda mübarizə aparmış, istər Türk Ədəmi Mərkəziyyət Partiyasının, istərsə də Zaqafqaziya Seyminin üzvü kimi daim millətin qurtuluşu naminə geniş işlər görmüşdür. X.Xasməmmədovun ictimai-siyasi fəaliyyətinin ən coşqun dövrü Azərbaycan Cümhuriyyətinin təşəkkülü və dirçəlişi ilə bağlı idi. O, müstəqil hökumətin beş kabinetindən dördündə iştirak etmiş, iki dəfə ədliyyə naziri, iki dəfə daxili işlər naziri vəzifələrində işləmişdir. Xəlil bəy Cümhuriyyətin süqutunu İstanbulda eşitmişdi. Həmin vaxt o, Türkiyəyə yenicə səfir təyin olunmuşdu. Ömrünün qalan illərini İstanbulda yaşamış və 1947-ci ildə vəfat etmişdir. Xəlil bəy İstanbulun Fəri Göy məzarlığında dəfn olunmuşdur.
    1919-cu il martın 14-də yeni hökumət kabinetini formalaşdırmaq Nəsib bəy Yusifbəyliyə həvalə olunmuşdur.O, Nazirlər Kabinetinin sədri olmaqla yanaşı, həm də dördüncü daxili işlər naziri idi. N.Yusifbəyli 1881-ci ildə Gəncədə anadan olmuşdur. Orta təhsilini klassik gimnaziyada başa çatdırdıqdan sonra 1902-ci ildə Odessa Universitetinin hüquq fakültəsində oxumuşdur. Həmin dövrdə Nəsib bəy siyasi fəaliyyətlə daha çox məşğul olduğu üçün çar hökuməti orqanları tərəfindən daim təqib edilirdi. 1908-ci ildə bir müddət İstanbulda yaşayan N.Yusifbəyli müxtəlif cəmiyyətlərin yaradıcılarından olmuşdur. O Zaqafqaziya Seyminin üzvü seçilmiş, 1918-ci il aprelin 26-da yaranmış müstəqil Zaqafqaziya Respublikası hökumətinin maarif naziri vəzifəsini icra etmişdir. Cümhuriyyət dövründə də N.Yusifbəyli birinci, ikinci və üçüncü kabinetlərdə həmin vəzifədə çalışmışdır. 1919-cu il aprelin 14-də Azərbaycan Respublikası Nazirlər Şurasının sədri təyin olunan Nəsib bəy həmin vəzifəni 1920-ci il aprelin 1-dək icra etmişdir. Dövrünün görkəmli ictimai-siyasi xadimi olmuş, mürəkkəb və ziddiyyətli həyat yolu keçmiş Nəsib bəy Yusifbəyli 1920-ci il mayın əvvəllərində Kürdəmir qəzasında quldur Əşrəfin yaxın adamları tərəfindən qətlə yetirilmişdir.
    Cümhuriyyət dövrünün beşinci daxili işlər naziri Məmmədhəsən Hacinski olmuşdur. Bir maraqlı faktı qeyd etmək istərdik ki, 1919-cu il dekabrın 24-də N.Yusifbəylinin fraksiyalarla danışıqlarında yeni koalisiya haqqında prinsipial razılıq əldə edilmişdir. Yalnız nazir vəzifələrinin bölüşdürülməsi həll olunmamışdır. Ən çox mübahisəyə səbəb olan daxili işlər naziri vəzifəsi idi. "Müsavat" və sosialistlər bu vəzifəni özlərində saxlamağa, "İttihad" bitərəf adama verməyə çalışırdı. Bütün fraksiyaların həmin vəzifəyə yiyələnmək cəhdləri bu güc nazirliyinin dövlət idarəçilik sistemində xüsusi vəziyyətilə, yəni həm polis, həm inzibati orqanların, həm də gömrük və vergi strukturlarının ona tabe olması ilə bağlı idi. Son nəticədə bütün fraksiyalar M.Hacinskinin namizədliyi ilə razılaşmışdılar.
    M.Hacinski 1875-ci ildə Bakıda doğulmuş, realni məktəbini bitirdikdən sonra Peterburq Texnoloji İnstitutuna daxil olmuşdur. Gənc mühəndis bir neçə ay Moskvada Azərbaycan messenantı Şəmsi Əsədullayevin neftayırma zavodlarının tikintisində çalışmışdır. O, Bakının abadlaşdırılmasına böyük diqqət yetirmiş, onun rəhbərliyi altında 1911-ci ildə Dənizkənarı bulvarın tikintisi başa çatdırılmışdır. M.Hacinski bitərəf Xoyskinin təşkil etdiyi birinci kabinetdə xarici işlər naziri, ikinci kabinetdə maliyyə naziri vəzifəsini tutmuşdu. Həmin il Azərbaycan parlamentinə üzv seçilmişdir. Məmmədhəsən Hacinski 1919-cu il dekabrın 24-də daxili işlər naziri təyin olunmuşdur. 1920-ci il fevralın 18-də Mustafa bəy Vəkilovun daxili işlər naziri vəzifəsinə təyin edilməsi ilə əlaqədar o, öz vəzifəsindən azad olunmuş, ticarət, sənaye və ərzaq naziri vəzifəsini tutmuşdur. Ziddiyyətli həyat yolu keçmiş M.Hacinski o zaman Lavrenti Beriyanın göstərişi ilə həbs edilmiş və 1931-ci il martın 8-də Tiflis həbsxanasında həlak olmuşdur.
    Cümhuriyyət dövrünün sonuncu daxili işlər naziri Mustafa Vəkilov əslən Qazax mahalından idi. 1912-ci ildə Moskva Universitetinin hüquq fakültəsini bitirmişdir. Siyasi fəaliyyəti ilə diqqəti cəlb edən M.Vəkilov 1917-ci il noyabrın 15-də yaranmış Zaqafqaziya Komissarlığında daxili işlər komissarı A.Çxenkelinin məsləhətçisi vəzifəsini icra etmişdir. Sonra Zaqafqaziya Seymində müsəlman fraksiyasının fəal üzvü olmuşdur. M.Vəkilov Nazirlər Şurasının sədri Nəsib bəy Yusifbəylini 24 dekabr 1919-cu ildə təşkil etdiyi ikinci hökumət kabinetində daxili işlər nazirinin müavini vəzifəsini icra etməyə başlamışdır. 1920-ci il fevralın 18-də 23 yaşlı M.Vəkilov Azərbaycan Respublikasının daxili işlər naziri təyin olunmuşdur. O, hökumətin ən gənc naziri idi. Bir faktı qeyd edək ki, 1920-ci il aprelin əvvəllərində inqilabçı Əli Bayramovu öldürmüş cinayətkarların həbs edilməsi və onlar haqqında cinayət işi qaldırılması üçün M.Vəkilov özü şəxsən göstəriş vermişdir. Cümhuriyyətin süqutundan sonra o, Tbilisiyə, oradan da İstanbula yola düşmüşdür. 1965-ci il noyabrın 1-də 69 yaşında Ankarada vəfat etmişdir.
    Qısa zaman kəsiyində özünün formalaşma dövrünü yaşayan daxili işlər orqanları 1918-1920-ci illərdə xeyli təkmilləşmiş, ictimai-siyasi sabitliyin və dövlətin, xalqın təhlükəsizliyini qorumağa qadir olan layiqli bir quruma çevrilmişdir. Bunu cümhuriyyət dövrünün Milli Ordusu ilə birlikdə Daxili İşlər Nazirliyi qüvvələrinin XI orduya qarşı ciddi müqavimət göstərməsi də sübut edir. Cəmi 23 ay yaşamış Azərbaycan Xalq Cümhuriyyəti hökumətində 6 nüfuzlu şəxsin daxili işlər naziri vəzifəsini icra etməsi bu işin nə qədər məsuliyyətli və çətin olduğunu aydın şəkildə göstərir. Dövlətçiliyimizin əsas dayaqlarından olan daxili işlər orqanları bu gün ölkədə aparılan quruculuq prosesində fəal iştirak edir, dövlətin, vətəndaşların qanuni mənafelərinin və mülkiyyətinin hüquqazidd əməllərdən qorunması, insanların azad, sərbəst yaşaması üçün lazımi şəraitin yaradılması istiqamətində üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışırlar. Ümummilli liderimiz Heydər Əliyev Azərbaycan polisinin işini həmişə yüksək qiymətləndirmiş və ona arxa, dayaq olmuşdur. Bu diqqət və qayğını Azərbaycan polisi bu gün də hiss edir.
    "Ölüm gözəl şeydir, budur pərdə ardından xəbər
    Gözəl olmasaydı, ölürmüydü Peyğəmbər"

  5. #5
    Junior Member
    Üyelik tarihi
    Oct 2007
    Mesajlar
    8
    sizlere katılıyorum paylaşım için teşekkürler

  6. #6
    Junior Member
    Üyelik tarihi
    Nov 2007
    Yer
    sinop
    Mesajlar
    2
    evet gardaşlar 100 yıllar önce sözde soykırım gündemde ama ermenistanın yaptığı hainlik daha 15 inci yılın da ama dünya bir avuç hain ermeniyi konuşuyor arkdaşlar herkez biliyor bu sırf para için azerilere yapılanlar ne çabuk unutuldu hemde bunu yapanlar ermeniler


    usa+euro=pkk

  7. #7
    Senior Member
    Üyelik tarihi
    Sep 2007
    Mesajlar
    342
    31 mart soyqırımı nəsillərin yaddaşında…



    Nəsillər dəyişsə də, ermənilərin azərbaycanlılara qarşı törətdikləri vəhşiliklər unudulmur. 1918—20-ci illərdə yaşanan dəhşətlər bu gün də ağrıyla xatırlanır. Həyatı başa düşdüyü vaxtdan bu günə qədər Məhəmməd dayı göz yaşlarını saxlaya bilmir. Çünki onun ata nəslini 1920-ci ildə ermənilər tamam qırıb. Baba yurdlarının yerləşdiyi Haqqıxlı kəndi isə tarixdən silinib. Deyir ki, hadisələri nəsilin sağ qalan nümayəndələri - atası Bayram və onun əmisi oğlu Əsgərdən eşidib. Məhəmməd dayı deyir ki, atası hər dəfə qohumlarının başına gətirilən oyunlardan danışanda dəhşətə gəlirdi. Deyirdi ki, ermənilər körpə uşaqları kabab eləyib valideynlərinə gətirirdilər. Bu dəhşətləri yaşayan ailələrin sayı minlərlədir. Belə ki, ermənilər 1918-20 –ci illərdə Bakıda 15 min, Şamaxı qəzasında 15027, Quba qəzasında 16 min, Zəngəzurda 10068, İrəvanda 132 min azərbaycanlını amansızcasına qətlə yetiriblər. Ermənilər türk-müsəlman soyqrımını Cənubi Azərbaycanın Urmiya, Xoy, Maku, Səlmas, Təbriz şəhərlərində də həyata keçiriblər. Burda isə 100 minə qədər insan öldürülüb. Qətlə yetirilənlərin arasında uşaqlar, qadınlar, qocalar da olub. Bütün bu faktlar sənədlərdə əksini tapsa da, erməni caniləri yaxalansa da, 1918-ci ildə Paris sülh konfransında Azərbaycana nümayəndə heyəti göndərilməsi barədə qəbul edilən qərar hər şeyi alt-üst etdi. Məhz bu dövrdə Məhəmməd dayı kimi minlərlə zərərçəkənin iddiası ört basdır edildi. Soyqırımla bağlı 36 cildlik sənədləri isə tarixçilər yalnız Azərbaycan müstəqillik qazandıqdan sonra aça bildilər və 1998-ci ildə milli liderimiz Heydər Əliyevin fərmanı ilə 31 mart azərbaycanlıların soyqrım günü kimi tarixə yenidən yazıldı. İndi bu soyqırımın bütün dünyada tanınması istiqamətində iş aparılmalıdır.
    "Ölüm gözəl şeydir, budur pərdə ardından xəbər
    Gözəl olmasaydı, ölürmüydü Peyğəmbər"

  8. #8
    Senior Member
    Üyelik tarihi
    Sep 2007
    Mesajlar
    342

    Azərbaycanın ən qədim mədəniyyət mərkəzlərindən biri olan "könlümiizün məhbubu" Şamaxının 2200-2400 yaşı olduğu güman edilir. Uzun müddət qüdrətli Şirvanşahlar dövlətinin paytaxtı olan Şamaxı zaman-zaman xarici basqınlara və təbii fəlakətlərə düçar olsa da, kərpic-kərpic, ev-ev yenidən dikəlib ayağa qalxmışdır. Bu qədim Şirvan torpağı Azərbaycan mədəniyyətinə Xaqani, Nəsimi, Seyid Əzim Şirvani, Mirzə Ələkbər Sabir kimi dühalar vermişdir.
    "Ölüm gözəl şeydir, budur pərdə ardından xəbər
    Gözəl olmasaydı, ölürmüydü Peyğəmbər"

  9. #9
    Senior Member
    Üyelik tarihi
    Sep 2007
    Mesajlar
    342
    Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini yaratmaq imkanı əldə edilmişdir. Uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulmuş həqiqətlər açılır, təhrif edilmiş hadisələr özünün əsl qiymətini alır.
    Azərbaycan xalqına qarşı dəfələrlə törədilmiş və uzun illərdən bəri öz siyasi-hüquqi qiymətini almamış soyqırımı da tarixin açılmamış səhifələrindən biridir.

    1813-cü və 1828-ci illərdə imzalanan Gülüstan və Türkmənçay müqavilələri Azərbaycan xalqının parçalanmasının, tarixi torpaqlarımızın bölünməsinin əsasını qoydu. Azərbaycan xalqının bu milli faciyəsinin davamı kimi onun torpaqlarının zəpti başlandı. Qısa bir müddətdə bu siyasəti gerçəkləşdirəcək ermənilərin kütləvi surətdə Azərbaycan torpaqlarına köçürülməsi həyata keçirildi. Soyqırım Azərbaycan torpaqlarının işğalının ayrılmaz bir hissəsinə çevrildi.
    İrəvan, Naxçıvan və Qarabağ xanlıqlarının ərazilərində məskunlaşdırılan ermənilər orada yaşayan azərbaycanlılarla müqayisədə azlıq təşkil etmələrinə baxmayaraq öz havadarlarının himayəsi altında «erməni vilayəti» adlandırılan inzibati bölgünün yaradılmasına nail oldular. Belə süni ərazi bölgüsü ilə, əslində, azərbaycanlıların öz torpaqlarından qovulması və məhv edilməsi siyasətinin bünövrəsi qoyuldu. «Böyük Ermənistan» ideyaları təbliğ olunmağa başlandı. Bu uydurma dövlətin Azərbaycan torpaqlarında yaradılmasına «bəraət qazandırmaq məqsədilə» erməni xalqının tarixinin saxtalaşdırılması yönəlmiş geniş miqyaslı proqramlar reallaşdırıldı. Azərbaycanın və ümumən Qafqazın tarixinin təhrif olunması həmin proqramların mühüm tərkib hissəsini təşkil edirdi.
    «Böyük Ermənistan» yaratmaq xülyasından ruhlanan erməni qəsbkarları 1905-1907-ci illərdə azərbaycanlılara qarşı açıq şəkildə geniş miqyaslı qanlı aksiyalar həyata keçirdilər. Ermənilərin Bakıdan başlanan vəhşilikləri Azərbaycanı və indiki Ermənistan ərazisindəki Azərbaycan kəndlərini əhatə etdi. Yüzlərlə yaşayış məntəqəsi dağıdılıb yerlə yeksan edildi, minlərlə azərbaycanlı vəhşicəsinə qətlə yetirildi. Bu hadisələrin təşkilatçıları məsələnin mahiyyətinin açılmasına, ona düzgün hüquqi-siyasi qiymət verilməsinə maneçilik törədərək azərbaycanlıların mənfi obrazını yaratmış, özlərinin avantürist torpaq iddialarını pərdələmişlər.
    Birinci dünya müharibəsi, Rusiyada baş vermiş 1917-ci il fevral və oktyabr çevrilişlərindən məharətlə istifadə edən ermənilər öz iddialarını bolşevik bayrağı altında reallaşdırmağa nail oldular.1918-ci ilin mart ayından etibarən əksinqilabçı ünsürlərlə mübarizə şüarı altında Bakı Komunası tərəfindən ümumən Bakı quberniyasının azərbaycanlılardan təmizləmək məqsədi güdən mənfur plan həyata keirilməyə başladı. Həmin gənlərdə ermənilərin törətdikləri cinayətlər Azərbaycan xalqının yaddaşına əbədi həkk olunmuşdur. Minlərlə dinc azərbaycanlı əhali yalnız milli mənsubiyyətinə görə məhv edilmişdir. Ermənilər evlərə od vurmuş, insanları diri-diri yandırmışlar. Milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıtmış, Bakının böyük bir hissəsini xarabalığa çevirmişlər.
    Azərbaycanlıların soyqırımı Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkaranda və Azərbaycanın başqa bölgələrində xüsusi qəddarlıqla həyata keçirilmişdir. Bu ərazilərdə dinc əhali kütləvi surətdə qətlə yetirilmişdir, kəndlər yandırılmışdır, milli mədəniyyət abidələri dağıdılıb məhv edilmişdir.
    Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra 1918-ci ilin mart hadisələrinə xüsusi diqqət yetirmişdir. Nazirlər Şurası 1918-ci il iyulun 15-də bu faciənin tədqiqi məqsədilə fövqəladə istintaq komissiyasının yaradılması haqqında qərar qəbul etdi. Komissiya mart soyqırımını, ilkin mərhələdə Şamaxıdakı vəhşilikləri, İrəvan Quberniyası ərazisində ermənilərin törətdikləri ağır cinayətləri araşdırdı. Dünya ictimayyətinə bu həqiqətləri çatdırmaq üçün Xarici İşlər Nazirliyi nəzdində xüsusi qurum yaradıldı. 1919 və1920-ci ilin mart ayının 31-i ilk dəfə Azərbaycan Xalq Cumhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd edilmişdir. Əslində bu, azərbaycanlılara qarşı yürüdülən soyqırımı və bir əsrdən artıq davam edən torpaqlarımızın işğalı proseslərinə tarixdə ilk dəfə siyasi qiymət vermək cəhti idi. Lakin, Azərbaycan Xalq Cumhuriyyətinin süqutu bu işin başa çatmasına imkan vermədi.
    Zaqafqaziyanın sovetləşməsindən öz çirkin məqsədləri üçün istifadə edən ermənilər 1920-ci ildə Zəngəzuru və Azərbaycanın bir sıra torpaqlarını Ermənistan SSR-in ərazisi elan etdilər. Sonrakı dövrdə bu ərazilərdəki azərbaycanlıların deportasiya edilməsi siyasətini daha da genişləndirmək məqsədilə yeni vasitələrə əl atdılar. Bunun üçün onlar SSRİ Nazirlər Sovetinin 23 dekabr 1947-ci il «Ermənistan SSR-dən kolxozçuların və başqa azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür –Araz ovalığına köçürülməsi haqqında» xüsusi qərarına və 1948-1953-cü illərdə azərbaycanlıların öz tarixi torpaqlarından kütləvi surətdə deportasiyasına dövlət səviyyəsində nail oldular.
    Erməni millətçiləri öz havadarlarının köməyi ilə 50-ci illərdən e’tibarən Azərbaycan xalqına qarşı kəskin mə’nəvi təcavüz kampaniyasına başladılar. Keçmiş Sovet məkanında müntəzəm şəkildə yayılan kitab, jurnal və qəzetlərdə milli mədəniyyətimizin, klassik irsimizin, me’marlıq abidələrimizin ən nəfis nümunələrinin erməni xalqına mənsub olduğunu sübut etməyə çalışırdılar. Eyni zamanda onlar tərəfindən bütün dünyada azərbaycanlıların mənfi obrazını formalaşdırmaq cəhdləri də güclənirdi. «Yazıq, məzlum erməni xalqı»nın surətini yaradaraq əsrin əvvəlində regionda baş verən hadisələr şüurlu surətdə təhrif olunur, azərbaycanlılara qarşı soyqırım törədənlər soyqırım qurbanları kimi qələmə verildi.
    Əsrin əvvəlində əksər əhalisi azərbaycanlı olan İrəvan şəhərindən və Ermənistan SSR-in digər bölgələrindən soydaşlarımızın tə’qiblərə mə’ruz qalaraq kütləvi surətdə qovulur. Azərbaycanlıların hüquqları ermənilər tərəfindən kobudcasına pozulur, ana dilində təhsil almasına əngəllər törədilir, onlara qarşı repressiyalar həyata keçirilir. Azərbaycan kəndlərinin tarixi adları dəyişdirilir, toponimika tarixində misli görünməyən qədim toponimlərin müasir adlara əvəzolunma prosesi baş verir.
    Saxtalaşdırılmış erməni tarixi gənc ermənilərin şovinist ruhunda böyüməsinə zəmin yaratmaq üçün dövlət siyasəti səviyyəsinə qaldırılır. Böyük humanist ideallara xidmət edən Azərbaycan ədəbiyyatı və mədəniyyəti ruhunda tərbiyə olunmuş yeni nəslimiz ekstremist erməni ideologiyasının tə’qiblərinə mə’ruz qalır.
    Azərbaycan xalqının mə’naviyatına, milli qüruruna və mənliyinə yönəlmiş böhtanlar siyasi və hərbi təcavüz üçün ideoloji zəmin yaradırdı. Xalqımıza qarşı aparılan soyqırım siyasəti özünün siyasi-hüquqi qiymətini tapmadığı üçün tarixi faktlar Sovet mətbuatında ermənilər tərəfindən təhrif olunur və ictimai fikir çaşdırılırdı. Ermənilərin Sovet rejimindən bəhrələnərək həyata keçirdikləri və 80-ci illərin ortalarında daha da güclənən antiazərbaycan təbliğatına Azərbaycan Respublikasının rəhbərliyi vaxtında lazımi qiymət vermədi.
    1988-ci ildən ortaya atılan qondarma Dağlıq Qarabağ konfliktinin ilkin mərhələsində yüz minlərlə azərbaycanlı öz tarixi torpaqlarından qovuldu və buna heç bir siyasi qiymət verilmədi. Azərbaycan Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistan SSR-in tərkibinə daxil edilməsi haqqında ermənilərin qeyri-konstitusion qərarını və Moskvanın əslində bu vilayyəti Xüsusi İdarəetmə Komitəsi vasitəsilə Azərbaycan tabeliyindən çıxarmasını xalqımız ciddi narazılıqla qarşıladı və mühüm siyasi aksiyalara əl atmaq məcburiyyəti qarşısında qaldı. Respublikada keçirilən mitinqlər zamanı torpaqlarımızın işğalı siyasətli qətiyyətlə pislənsə də Azərbaycan rəhbərliyi öz passiv mövqeyindən əl çəkmədi. Məhz elə bunun nəticəsi olaraq 1990-cı ilin yanvar ayında getdikcə güclənən xalq hərakatını boğmaq məqsədilə Bakıya qoşunlar yeridildi, yüzlərlə azərbaycanlı məhv və şikəst edildi, yaralandı, digər fiziki təzyiqlərə məruz qoyuldu.
    1992-ci ilin fevralında ermənilər Xocalı şəhərinin əhalisinə misli görünməyən divan tutdu. Tariximizə Xocalı soyqırımı kimi həkk olunan bu qanlı faciə minlərlə azərbaycanlının məhv edilməsi, əsir alınması, şəhərin yerlə yeksən edilməsi ilə qutardı.
    Millətçi-separatçı ermənilərin Dağlıq Qarabağda başladığı avantürist hərakatın nəticəsi olaraq bu gün bir milyondan artıq soydaşımız erməni qəsibkarları öz doğma yurd-yuvalarından didərgin salınmış, çadırlarda yaşamağa məhrum edilmişdir. Ərazimizin 20 faizinin erməni silahlı qüvvələri tərəfindən işğalı zamanı minlərlə vətəndaşımız şəhid olmuş, xəsarət almışdır.
    Azərbaycan¬ XIX-XX əsrlərdə baş verən bütün faciələri torpaqlarının zəbti ilə müşayit olunaraq, ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırımı siyasətinin ayrı-ayrı mərhələlərini təşkil etmişdir. Bu hadisələrin yalnız birinə –1918-ci il mart qırğınına siyasi qiymət vermək cəhdi göstərilmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi Azərbaycan Respublikası bu gün onun axıra qədər həyata keçirə bilmədiyini qərarların məntiqi davamı olaraq soyqırım hadisələrinə siyasi qiymət vermək borcunu tarixin hökmü kimi qəbul edir.
    Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırım faciələrini qeyd etmək məqsədilə QƏRARA ALIRAM:
    1. 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edilsin.
    2. Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə olunsun ki, azərbaycanlıların soyqırımı ilə bağlı hadisələrə həsr olunmuş xüsusi sesiyanın keçirilməsi məsələsinə baxsın.
    Heydər Əliyev
    Azərbaycan Respublikasının Prezidenti
    Bakı şəhəri, 26 mart 1998-ci il
    "Ölüm gözəl şeydir, budur pərdə ardından xəbər
    Gözəl olmasaydı, ölürmüydü Peyğəmbər"

  10. #10
    Member
    Üyelik tarihi
    Nov 2007
    Yer
    Almanya
    Mesajlar
    33
    Selam,

    kesinlikle sizlere katiliyorum kardesler. Yillarca yapilan bu soykirim bu cekilen acilar insallah cevapsiz kalmaz. Allah yardimcimiz olsun.


Sayfa 1/2 12 SonSon

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.