5 sonuçtan 1 ile 5 arası

Oğuz xaqan

  1. #1
    Junior Member
    Üyelik tarihi
    Aug 2007
    Mesajlar
    20

    Oğuz xaqan

    OĞUZ XAQAN


    Yenə günlərdən bir gün Ay qağanın gözü parladı,erkək oğul doğdu.Bu oğulun üzü göy idi,ağzı od qızılı idi,gözləri ala,saçları,qaşları qara idi.Yaxşılıq mələklərindən daha görklü idi.Bu oğul anasının köküsünün ağızını içib bundan daha artıq içmədi,çiy ət,aş,çaxır dilədi,dilə gəldi.Qırx gündən sonra iməklədi,yürüdü,oynadı.Ayağı öküz ayağı tək,beli qurd beli tək,çiyni samur çiyni tək,köküsü ayı köküsü tək idi.Bədəninin hamısı tüklük idi,ilxılar qovurdu,atlar minirdi,ov ovlayırdı;günlərdən sonra,gecələrdən sonra igid oldu.
    Bu çağda bu yerdə bir ulu orman var idi.Çox axar sular,çox çaylar var idi.Buraya gələn heyvanlar çox-çox,burda uçan quşlar bol-bol idi.Bu orman içində qıyat deyən bir heyvan var idi,ilxıları,el adamlarını yeyirdi.Qıyat yaman heyvan idi.Eli-obanı basmış idi.Oğuz qorxmaz kişi idi.Bu qıyatı ovlamaq istədi.Günlərdən bir gün ova çıxdı;cida ilən,yay-ox ilən,qılınc-qalxan ilən atlandı.Bir maral tutdu.Bu maralı söyüd çubuğu ilən ağaca bağladı,getdi.Ondan sonra ertə oldu.Ertəsi gün dan yeri söküləndə gəldi,gördü ki,qıyat maralı alıb aparıb.Yenə bir ayı tutdu,altunlu belbağı ilən ağaca bağladı,getdi.Bundan sonra ertə oldu.Ertəsi gün dan çağı gəldi.Gördü ki,qıyat ayını alıb aparıb.Yenə bu ağacın dibində durdu.Qıyat gəlib başı ilən Oğuzun qalxanını vurdu.Oğuz cida ilən qıyatın başını vurdu,onu öldürdü.Qılınc ilən başını kəsdi,aldı,getdi.Yenə gəlib gördü ki,bir şunqar qıyatın içini yeyir.Yay-ox ilən şunqarı öldürdü,başını kəsdi.Ondan sonra dedi ki,şunqarın axırı budur.Maral yedi,ayı yedi,cidam onu öldürdü,dəmirdəndir.Qıyatı şunqar yedi.Yay-oxum onu öldürdü,yel kimidir deyib söylədi.O qıyatın axırı budur.
    Yenə günlərdən bir gün Oğuz qağan bir yerdə Tanrıya tapınırdı.Qaranlıq çökdü.Göydən bir göy işıq düşdü.Gündən aydın,aydan daha parlaq idi.Oğuz qağan yürüdü,gördü ki,bu işığın içində bir qız var.Yalqız oturmuşdu.Yaxşı görklü bir qız idi.Onun alnında od parıltılı bir xal vardı,Dan ulduzu tək idi.Bu qız elə görklü idi ki,gülsə,Göy Tanrı gülürdü,ağlasa Göy Tanrı ağlayırdı.Oğuz qağan onu gördükdə özündən getdi,sevdi,aldı,onun ilən yatdı,dilədiyini aldı.Qadın hamilə oldu.Günlərdən sonra,gecələrdən sonra yükünü yerə qoydu,üç erkək oğul doğdu.Birincisinə Gün adı qoydular,ikincisinə Ay adı qoydular,üçüncüsünə Ulduz adı qoydular.
    Yenə bir gün Oğuz ova getdi.Bir göl ortasında önündə bir ağac gördü.Bu ağacın koğuşunda bir qız var idi,yalqız oturmuş idi.Yaxşı görklü bir qız idi.Onun gözü göydən göyrək idi,saçı çay axarı tək,onun dişi inci tək idi.Elə görklü idi ki,yerin kişiləri onu görsə “ay ay ax ax ölürük” deyib,süddən qımız olurlar.Oğuz qağan onu gördükdə özündən getdi,ürəyinə od düşdü,onu sevdi,aldı,onun ilən yatdı,dilədiyini aldı.Qadın hamilə oldu,günlərdən sonra,gecələrdən sonra yükünü yerə qoydu,üç erkək oğul doğdu.Birincisinə Göy adı qoydular,ikincisinə Dağ adı qoydular,üçüncüsünə Dəniz adı qoydular.Ondan sonra Oğuz böyük toy qurdu,çağırışla elə üz tutdu;gənəşdilər,gəldilər.Qırx masa,qırx oturacaq çapdırdı,dürlü aşlar,dürlü çaxırlar,qımızlar yedilər,içdilər.Toydan sonra Oğuz qağan bəylərə,elə buyruq verdi,dedi ki,mən sizlərə oldum qağan,alalım yay ilən qalxan,damğa olsun bizə buyan,bozqurd olsun uran;dəmir cidalar olsun orman;ov yerində yürüsün qulan da,dəniz də,çay da;gün tuğ olsun,göy alaçıq.
    Yenə ondan sonra Oğuz qağan dörd yana yarlıq yolladı.Bildirgilər yazdı,elçilərə verib göndərdi.Bu bildirgilərdə yazılmışdı ki,mən Uyğur qağanıyam,ki,yerin dörd yönünün qağanı olmağım gərəkdir.Sizlərdən baş əyməyi diləyirəm.Kim mənim ağzıma baxar olsa dost tutaram,deyib söylədi,kim mənim ağzıma baxmaz olsa yağı tutaram.Bağlayıb basıb asdırıb yox edərəm,deyib söylədi.
    Yenə bu çağda sağ yanda Altun qağan deyən bir qağan var idi.Bu Altun qağan Oğuz qağana elçi yolladı.Çoxlu altun,gümüş yığıb,çoxlu yaqut daş götürüb,çoxlu var-yatır yollayıb Oğuz qağana soyurqal verdi,ağzına baxındı.Oğuz yaxşı bəyi ilən dostluq etdi,bəyəndi.Sol yanda Urum deyən bir qağan var idi.Bu qağanın qoşunu çox,şəhərləri çox-çox idi.Urum qağan Oğuz qağanın yarlığını saxlamaz idi,qatılmağı istəməz idi.Bunun sözlərini qəbul etmirəm,deyib yarlığa baxmadı.Oğuz qağan acıqlanıb onun üstünə atlanmaq dilədi.Qoşun ilən atlanıb tuğlarını tutub getdi.Qırx gündən sonra Buz dağı deyən dağın ayağına gəldi.Alaçığını düşürtdü,uyuyub durdu.Ertə dan çağı olduqda Oğuz qağanın alaçığına gün tək bir işıq girdi.O işıqdan boz tüklü,boz yallı böyük bir erkək qurd çıxdı.Bu qurd Oğuz qağan ilən danışırdı.Dedi ki,ay Oğuz,Urum üstünə atlanırsan.Ay Oğuz,öndən mən yürüyürəm,deyib söylədi.Yenə ondan sonra Oğuz qağan alaçığını yığdı,getdi,gördü ki,qoşununun qarşısında boz tüklü,boz yallı böyük bir erkək qurd yürüyür.O qurdun ardınca qatılıb yürüyürdülər.Bir neçə gündən sonra boz tüklü,boz yallı bu böyük erkək qurd durdu.Oğuz da ordu ilən durdu.Burda İdil çayı deyən bir dəniz var idi.İdil çayının qırağında bir böyük dağ qarşısında vuruş oldu.Ox ilən cida ilən qılınc ilən vuruşdular.Qoşunların aralarında çox vuruş oldu.Adamların könüllərində çox oldu qayğı.Vuruşma elə yaman oldu ki,İdil çayının suyu qıp qızıl oldu.Oğuz qağan basdı,Urum qağan qaçdı.Oğuz qağan Urum qağanın qağanlığını aldı,adamlarını aldı.Ordusuna çox böyük ölü,çoxlu diri doyum düşdü.
    Urum qağanın bir qarındaşı var idi,Urus bəy deyərdilər.O Urus bəy oğlunu dağ başında Terən çay arasında yaxşı qorunan şəhərə yolladı.Həm də dedi ki,şəhəri qorumaq gərəkir.Sən də vuruşlardan sonra şəhəri saxlayıb gəl,deyib söylədi.Oğuz qağan bu şəhərə atlandı.Urus bəyin oğlu ona çoxlu altun gümüş göndərdi.Həm də dedi ki,ay mənim qağanım.Mənə atam bu şəhəri verdi.Həm də dedi ki,bu şəhəri qorumaq gərəkir.Sən də vuruşlardan sonra şəhəri saxla gəl,deyib söylədi.Atam acıqlansa mənim torpağım əlimdə qalarmı?Səndən bəylik,bilgəlik öyrənirəm.Bizim qutumuz-xoşbəxtliyimiz sənin qutun,bizim soyumuz sənin ağacının budağı olmuşdur.Tanrı sənə yer verib buyurmuşdur.Mən sənə başımı,canımı verərəm.Vergi verib dostluqdan çıxmaz olaram,deyib söylədi.Oğuz qağan igidin sözlərini sevdi,sevindi,güldü,həm də ayıtdı ki,mənə çoxlu altun göndəribsən,şəhərini yaxşı saxlayıbsan.Onun üçün ona Saklab adını qoydu,dostluq qıldı.
    Yenə qoşun ilən Oğuz qağan İdil deyən çaya gəldi.İdil deyən çay böyük bir çaydır.Oğuz qağan onu gördü,dedi ki,İdilin axınından necə keçərik?Qoşunda bir yaxşı bəy var idi.Onun adı Uluğ Ordu bəy idi.Görmüş,bilmiş bir ər idi.Gördü ki,qıraqda çoxlu budaqlar,ağaclar var.Bu bəy o ağacları kəsdi,ağaclarda yatdı,keçdi.Oğuz qağan sevindi,güldü.Həm də ayıtdı ki,sən burda bəy ol,Qıpçaq deyən bəy ol.Daha irəli getdi...
    Ondan sonra Oğuz qağan yenə boz tüklü,boz yallı erkək qurd gördü.Bu boz qurd Oğuz qağana ayıtdı ki,indi qoşun ilən burdan adla Oğuz.Adlayıb eli,bəyləri gətir,mən sənə başlayıb yolu göstərərəm,deyib söylədi.Ertə dan çağı olduqda Oğuz qağan gördü ki,qurd qoşunun qarşısında yürüyür.Sevindi,irəli getdi.Oğuz qağan bir xallı dan ayğırına minirdi.Bu atı çox sevirdi.Yolda bu ayğır gözdən itib qaçdı,getdi.Burda böyük bir dağ var idi.Onun üstündə don,buz var.Onun başı soyuqdan apağdır.Onun üçün onun adı Buz dağdır.Oğuz qağanın atı Buz dağın içinə qaçıb getdi.Oğuz qağan bundan çox çağlar əzab çəkib durdu.Qoşunda bir böyük ürəkli ər bəy var idi.Heç nədən qorxmazdı.Yürüşdə,soyuqda dözümlü ər idi.Bu bəy dağlara girdi,yürüdü.Doqquz gündən sonra Oğuz qağana ayğırını gətirdi.Buz dağlarda çox soyuq olduğundan o bəy qarla sarınmış idi,apağ idi.Oğuz qağan sevinc ilən güldü,ayıtdı ki,sən burda bəylərə ol başçı,biryolluq sənə ad olsun Kağarlıq.Çoxlu bəxşiş verdi,irəli getdi.
    Yenə yolda böyük bir ev gördü.Bu evin damı altundan idi,günlükləri-pəncərələri də gümüşdən,qapıları dəmirdən idi.Qapalı idi,açar yox idi.Qoşunda bir yaxşı yaraşıqlı ər var idi,onun adına Tömürdü kağul deyərdilər.Ona buyruq verdi ki,sən burda qal,aç.Qapını açdıqdan sonra gəl orduya,deyib söylədi.Buna görə ona Kalaç adı qoydu,irəli getdi.
    Yenə bir gün boz tüklü,boz yallı erkək qurd yürüməyib durdu.Oğuz qağan da durdu,alaçıq düşürtdü,durdu.Tarlasız bir yazı yer idi.Buna Cürcit deyərdilər.Böyük bir yurd,el idi.İlxıları çox,öküz,buzovları çox,altun-gümüşləri çox,var-yatırı çox idi.Burda Cürcit qağanın eli Oğuz qağana qarşı gəldilər.Vuruş-döyüş başlandı,oxlar ilən qılınclar ilən vuruşdular.Oğuz qağan yendi,Cürcit qağanını basdı,öldürdü,başını kəsdi.Cürcit elini öz ağzına baxındırdı,boyun əydirdi.Vuruşdan sonra Oğuz qağanın qoşununa,nökərlərinə,elinə onca böyük ölü doyumu-qənimət düşdü ki,yükləməyə,gətirməyə at,qatır,öküz azlıq etdi. Onda Oğuz qağanın qoşununda başarıqlı,cüssəli bir yaraşıqlı kişi var idi.Onun adı Barmakluğ Cosun Billiq idi.Bu kişi bir araba çapdı.Araba üstünə ölü doyumu qoydu,araba başına diri doyumu(əsir) qoydu;dartdılar,getdilər.Nökərlərin,elin hamısı bunu gördülər,şaşdılar.Arabalar da çapdılar.Bunlar araba yürüdükcə kanğa(araba),kanğa deyirdilər.Onun üçün onlara Kanğa adı qoydular.Oğuz qağan arabaları gördü,güldü.Həm də ayıtdı ki,Kanğa,araba ilən ölü doyumu diri doyum yürütsün,Kanğaluğ adı sənə qoy kanğanı-arabanı yada salsın,deyib söylədi,getdi.
    Ondan sonra yenə bu boz tüklü,boz yallı erkək qurd ilən Sındu(Hindeli),Tanğut(Tibet),Şağam(Şam,Suriya ) yönlərinə də adlayıb getdi.Çox vuruşmadan sonra,çox toqquşmadan sonra onları aldı,öz yurduna birləşdirdi,yendi,basdı.
    Yenə gizli qalmasın,bəlli olsun ki,güneydə Baraka deyən bir yer var.Çox varlı bir yurddur,çox isti bir yerdir.Burda çoxlu heyvanları,çoxlu quşları var,altunu çox,gümüşü çox,var-yatırı çoxdur.Elindəkilərin üzləri qapqaradır.O yerin qağanı Masar deyən bir qağan idi.Oğuz qağan onun üstünə atlandı.Yaman vuruşma oldu.Oğuz qağan yendi,Masar qağan qaçdı.Oğuz onu basdı,yurdunu aldı,getdi.Onun dostları çox sevincli idi,onun yağıları çox qayğılar tapdı.Oğuz qağan onu yendi,saysız nəsnələr,ilxılar aldı,yurdu onu çəkdi,getdi.
    Yenə gizli qalmasın ki,bəlli olsun ki,Oğuz qağanın yanında ağ saqqallı,qar saçlı çox bilgə bir qoca kişi var idi,gəzmiş-görmüş bir ər idi,qam(şaman) idi.Onun adı Uluğ Türk idi.Günlərdən bir gün yuxuda bir altun yay ilən üç gümüş ox gördü.Bu altun yay gündoğandan ta günbatanadək gen idi,bu üç gümüş ox da gecəyə sarı gedirdi.Yuxudan sonra düşdə gördüyünü Oğuz qağana bildirdi.Dedi ki,ay qağanım,yaşamın uzun olsun,hökmün sonsuz olsun.Düşümə Göy Tanrı girdi,gerçək etsin.Aldığın yerləri sənin soyuna versin,deyib söylədi.Oğuz qağan Uluğ Türkün sözünü sevdi,öyüdünü dilədi.Öyüdünə görə etdi.
    Ondan sonra ertə olduqda böyük oğullarını,kiçik oğullarını car çəkdirib gətirdi,ayıtdı ki,mənim könlüm ov diləyir.Qarıdığımdan mənim heyim yoxdur.Gün,Ay,Ulduz,dan yerinə sarı siz varın.Göy,Dağ,Dəniz,gecəyə sarı siz varın,deyib söylədi.Ondan sonra üçü dan yerinə sarı vardılar,üçü də gecəyə sarı vardılar.Gün,Ay,Ulduz çox heyvanlar,çox quşlar ovladıqdan sonra yolda bir altun yay tapdılar,aldılar,atalarına verdilər.Oğuz qağan sevindi,güldü,onu üçə böldü,ayıtdı ki,ay böyük oğullar,yay olsun sizin,yay tək oxları göyəcən atın,deyib söylədi.
    Yenə ondan sonra Göy,Dağ,Dəniz çox heyvanlar,çox quşlar ovladıqdan sonra yolda üç gümüş ox tapdılar,aldılar,atalarına verdilər.Oğuz qağan sevindi,güldü,oxları üçə bölüşdürdü,ayıtdı ki,ay kiçik oğullar,oxlar olsun sizin.Yay atdı oxları.Oxlar tək olun siz,deyib söylədi.
    Yenə ondan sonra Oğuz qağan ulu qurultay çağırdı,nökərlərini,elini car çəkdirib çağırdı.Gəlib gənəşib oturdular.Oğuz qağan böyük orduda sağ yanda qırx qulac ağac dikəltdi.Onun başına bir altun toyuq qoydu,ayağına bir ağ qoyun bağladı.Sol yanda qırx qulac ağac dikəltdi.Onun başına bir gümüş toyuq qoydu,ayağına bir qara qoyun bağladı.Sağ yanda Bozoxlar,sol yanda Üçoxlar oturdu.Qırx gün,qırx gecə yedilər,içdilər,sevinc tapdılar.Ondan sonra Oğuz qağan yurdunu bölüşdürüb oğullarına verdi.Dedi ki,ay oğullar,mən çox yaşadım,çox vuruşmalar gördüm,çox cida ilən ox atdım,ayğır ilən çox yürüdüm,yağıları ağlatdım,yoldaşlarımı güldürdüm.Göy Tanrıya borcumu ödədim,sizlərə verirəm yurdumu...

    __________________________________________________ ___________________________

    © ATB – Azərbaycan Türkçülər Birliyi
    VƏTƏN çağırır !

    [

  2. #2
    Member
    Üyelik tarihi
    Aug 2007
    Yer
    istanbul
    Mesajlar
    44
    yaa çok güzel bir paylaşımdı. anlatım tarzıda çok iyi teşekkürler
    TÜRK DOĞDUM TÜRK YAŞARIM TÜRK OLARAKTA ÖLMEKTİR AMACIM

    [

    [
    HAYKO CEPKİN is life_the rest is mere detail

  3. #3
    Junior Member
    Üyelik tarihi
    Aug 2007
    Mesajlar
    20
    Oxuduğunuz üçün siz sağ olun
    VƏTƏN çağırır !

    [

  4. #4
    Junior Member
    Üyelik tarihi
    Oct 2007
    Mesajlar
    7
    BU VATAN KİMİN

    Bu vatan toprağın kara bağrında
    Sıradağlar gibi duranlarındır,
    Bir tarih boyunca onun uğrunda
    Kendini tarihe verenlerindir.

    Tutuşup kül olan ocaklarından,
    Şahlanıp köpüren ırmaklarından,
    Hudutta gaza bayraklarından
    Alnına ışıklar vuranlarındır.

    Ardına bakmadan yollara düşen,
    Şimşek gibi çakan, sel gibi coşan,
    Huduttan hududa yol bulup koşan,
    Cepheden cepheyi soranlarındır.

    İleri atılıp sellercesine
    Göğsünden vurulup tam ercesine,
    Bir gül bahçesine girercesine
    Şu kara toprağa girenlerindir.

    Tarihin dilinden düşmez bu destan,
    Nehirler gazidir, dağlar kahraman,
    Her taşı yakut olan bu vatan
    Can verme sırrına erenlerindir.

  5. #5
    Member
    Üyelik tarihi
    Nov 2007
    Yer
    Almanya
    Mesajlar
    33
    Bende cok tesekür ederim, cok güzel bir paylasim. Ellerine saglik arkadasim.

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.