Suda oksigen əmələ gətirən yeganə orqanizmlər yosunlardır. Bu canlılar fotosintez prosesi zamanı suya sərbəst oksigen buraxırlar ki, bunun da suda yaşayan heyvanların tənəffüsündə əhəmiyyəti vardır. Yosunlar ətraf mühitə çox həssas olduqlarına görə suyun və torpağın keyfiyyətinin bioloci analizində mühüm rol oynayırlar, onların bir çoxu indiqator orqanizmləridir. Yosunlar su hövzələrinin öz-özünə təmizlənməsində, onların sanitar-gigiyenik vəziyyətinin yaxşılaşmasında iştirak edirlər. Bu orqanizmlərdən istifadə etməklə, bioloci gölməçələrdə tullantı suların tam təmizlənməsini həyata keçirirlər.