Azərbaycanda ən böyük xüsusi mühafizə olunan təbiət ərazisi Şahdağ Milli Parkıdır. Milli park Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 08 dekabr tarixli 1814 nömrəli Sərəncamı əsasında Quba, Qusar, İsmayıllı, Qəbələ, Oğuz və Şamaxı rayonlarının inzibati ərazilərində 115895 hektar ərazidə yaradılmışdır. Şahdağ Milli Parkının ərazisinin yerləşdiyi yüksəklik onun iqliminin müxtəlifliyinə, bitki örtüyünün, torpaqlarının və heyvanlar aləminin zənginliyinə əsaslı təsir göstərmişdir. Buradakı meşələr zəngin, füsunkar və gözəl mənzərələr yaratmaqla məşhurdur.