6 sonuçtan 1 ile 6 arası

Ramil Səfərovun Bu gün ad günüdür!!!

  1. #1
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    3.585

    Ramil Səfərovun Bu gün ad günüdür!!!


    Ramil Sahib oğlu Səfərov 1977-ci ildə Cəbrayıl rayonunda doğulub. Uşaqlıqdan hərbçi olmaq arzusunda olub və orta məktəbin 7-ci sinifini başa vurandan sonra 1991-ci ildə Bakıdakı C.Naxçıvanski adına hərbi litseyə daxil olub.

    1992-ci ildə hərbi təhsilini davam etdirmək üçün Türkiyəyə göndərilib. 1992-1996-da Türkiyənin İzmir şəhərində Maltepe Əsgəri Liseyində təhsil alıb.

    Ermənistan ordusunun Cəbrayıl rayonunu işğalı etməsi zamanı Ramilin xalası oğlu şəhid olub, əmisi oğlu həyat yoldaşı ilə birlikdə itkin düşüb. R.Səfərovun ailəsi isə Bakıda Dərnəgül qəsəbəsindəki tələbə yataqxanalarının birində məskunlaşıb.

    Əsgəri liseyi uğurla başa vuran Ramil 1996-2000-ci illərdə Ankarada Quru Qoşunları Hərbi Məktəbində ali hərbi təhsil alıb. 2000-2001-ci illərdə isə İzmirdəki Tuzla Piyada Məktəbində ixtisasartırma kursunu bitirib.

    Sonra vətənə qayıdıb və Azərbaycan Ali Hərbi Məktəbində kursant taqımının komandiri təyin olunub, 2003-cü ildən kursant bölüyünün komandiri olub, hərbi xidmətinə görə dəfələrlə komandanlıqdan fəxri fərmanlar alıb.

    2004-cü il yanvarın əvvəlində Budapeştə NATO-nun "Sülh naminə tərəfdaşlıq" proqramı çərçivəsində ingilis dili kursunu dinləməyə göndərilib. Üç aydan sonra həmin kursu başa vuraraq Azərbaycan ordusundakı xidmətinə qayıtmalı idi.

    Sözsüz ki, belə qüsursuz və mükəmməl hərbi xidmət tərcümeyi-halına malik olan gənc zabiti qarşıda gözəl hərbi karyera gözləyirdi. Lakin 2004-cü il fevralın 19-da baş verən olay, azərbaycanlı baş leytenantın onunla eyni kursda təlim keçən Qurgen Markaryan adlı erməni leytenantı öldürməsi bütün bunları yarımçıq qoydu.

    Sözsüz ki, Ramilin yeniyetmə ikən keçirdiyi hislər, doğma kəndinin işğal olunması, yaxınlarının həlak olması, nəhayət, Budapeştə gəldiyi gündən rastlaşdığı erməni həyasızlığı - bu əməli törətməsində müəyyən emosional təsir rolunu oynayıb. Lakin bununla yanaşı onu da qeyd etməyə məcburuq ki, Ramil kimi 10 il mükəmməl hərbi təhsil almış, savadlı, pəhləvan cüssəli bir zabit bu əməli törətməməli, özünü erməni məkrinin güdazına verməməli idi.

    Nə yazıqlar ki, bizlər dəfələrlə soyuqqanlı olmaq gərəkən yerdə emosiyanın bizə güc gəlməsi nəticəsində erməni məkrinin güdazına getmişik və bundan nəticə çıxarmağı bacarmırıq. Qarabağ münaqişəsinin tarixi belə faktlarla zəngindir, neçə dəfələrlə biz soyuqqanlı davranışı emosiyanın güdazına verərək hədəfi qoyub kənarı vurmuşuq. Ramil əslən Qarabağdan olan bir zabit kimi torpaqlarımızın işğaldan azad olunması uğrunda savaşa hazırlaşırdı və bu müqəddəs savaşı göz önündə tutaraq alçaq erməni məkri qarşısında soyuqqanlı davranmalı idi.

    Lakin bu gün azərbaycanlı zabitin vətəndən uzaqda ömürlük həbsə məhkum olunmasının günahını, sadəcə, onun özündə görmək tam yanlışlıq olardı. Burada üzərinə ən azı mənəvi məsuliyyət yükü düşən xeyli tərəflər də var. Məsələn, iki düşmən dövlətin hərbçilərini birgə təlimə dəvət edəndə NATO yetkililəri bu cür sülhpərvərliyin ağır fsadlarının ola biləcəyini də diqqət almalı idilər. Bu, necə deyərlər, alyans təmsilçilərinin siyasi sayıqlığına sual altına alan bir faktdır. Bəs özümüz necə, Budapeştdə meydana gələn olaya münasibətdə adekvat davrana bildikmi?

    Ad Günün Mübarək Azərbaycan Xalqının Qəhramanı.
    2379 Gün Kecdi Azərbaycan sənsizdir Xalqın adını andıqında qürurla fəxrlə anır səni!
    Xalqın səninlə fəxr edir. Bügün 33 yaşın tamam olur!
    Doğum günün mübarək qəlbimizin məhkumu!
    [

  2. #2
    Moderlər Kralica_ - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    Aug 2009
    Yer
    Azerbaycan.Quba
    Mesajlar
    1.618

    Re: Ramil Səfərovun Bu gün ad günüdür!!!

    Ad gunun mubarek inshallah bir bagli qapi acilar sene
    Her sheyi bilmek vacib deyil, Vacib olan heddinizi bilmekdir!

  3. #3
    Moderlər GLAMOURKA - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    May 2009
    Yer
    Germany/Berlin
    Mesajlar
    3.843

    Re: Ramil Səfərovun Bu gün ad günüdür!!!

    Ad gunun mubarek Veten oglu.Allahdan ona coxlu coxlu sebr dileyirem.
    Yollar uzak, mevsim soğuk, hava kar...
    Yüzyüze gelmeden ölmek de mi var..?




  4. #4
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Mar 2009
    Mesajlar
    2.630

    Re: Ramil Səfərovun Bu gün ad günüdür!!!

    Doğum günün mübarək qəlbimizin məhkumu!



  5. #5
    Moderator
    Üyelik tarihi
    Dec 2006
    Mesajlar
    2.721

    Re: Ramil Səfərovun Bu gün ad günüdür!!!

    Allah sebr versin.

  6. #6
    Senior Member
    Üyelik tarihi
    Mar 2010
    Mesajlar
    1.376

    Re: Ramil Səfərovun Bu gün ad günüdür!!!

    Nə deyək vallah..Mən də bir Azərbaycanli olaraq həm təbrik edirəm (kədərlə olsa da),həm də Ramil Səfərovun qəhrəmanliği ilə fəxr edirəm..Onun ad gününə hədiyyə olaraq ən layiqli hədiyyəni Mübariz verdi..Ümid edək ki,hələ o neçə-neşə oğullara örnək olacaq.!
    Bu da bir fəxrdir ,erməni zabiti Qurgen Marqaryani yox etmish..(Onlara o da azdir).

    Birinci Vətəni sev, xalqının adını uca tut! Əgər bunlar səndə varsa, özün də ucalacaqsan! Azərbaycanimizin sənin kimi ,Mübariz kimi övladlari daimi ucalmaga layiqsiniz.. Tanri qapini açsin.Allah sənə yar olsun...

    Ölmək dəhşət deyil, dəhşət yaşamaqdır

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.