Sayfa 3/3 İlkİlk 123
30 sonuçtan 21 ile 30 arası

Azerbaycan GENCE

  1. #21
    Senior Member
    Üyelik tarihi
    Mar 2007
    Yer
    Danmark
    Mesajlar
    789

    Re: Çox gözel.

    Alıntı ceyda Nickli Üyeden Alıntı
    Alıntı TURAN2023 Nickli Üyeden Alıntı
    Gardaş Azerbaycan'ın her qarış topragı cennet gibidir.Zaten Türk'ün yaşadıgı her topraq gözeldir.
    kesinlikle katılıyorum

    mende mende

  2. #22
    Senior Member
    Üyelik tarihi
    Aug 2007
    Yer
    istanbul
    Mesajlar
    1.141

    Re: Çox gözel.

    Alıntı Kerkuk-Qizi Nickli Üyeden Alıntı
    Alıntı ceyda Nickli Üyeden Alıntı
    Alıntı TURAN2023 Nickli Üyeden Alıntı
    Gardaş Azerbaycan'ın her qarış topragı cennet gibidir.Zaten Türk'ün yaşadıgı her topraq gözeldir.
    kesinlikle katılıyorum

    mende mende

    mensiz olabiler mende mende

    DeLinse yer;çökse gök;yansa küL oLsa dört yan
    Yüce diLeğe doğru yine yürürüz yayan
    YıLdırımdan,tipiden,kasırgadan yıLmayan;
    ÖLümLerLe eğLenen tunç yürekLi TüRKLeRiZz

  3. #23
    Senior Member
    Üyelik tarihi
    Aug 2007
    Yer
    istanbul
    Mesajlar
    1.141

    Re: Çox gözel.

    DeLinse yer;çökse gök;yansa küL oLsa dört yan
    Yüce diLeğe doğru yine yürürüz yayan
    YıLdırımdan,tipiden,kasırgadan yıLmayan;
    ÖLümLerLe eğLenen tunç yürekLi TüRKLeRiZz

  4. #24
    Junior Member
    Üyelik tarihi
    Aug 2007
    Yer
    Gence
    Mesajlar
    1
    Gence Gozel sheherdi ozumde oraliyam ve fexr edirem ki Genceliyem Qurban olum buranin torpaqinada suyunada havasinada

  5. #25
    Member
    Üyelik tarihi
    Dec 2007
    Yer
    GENCE
    Mesajlar
    36
    SALAMLAR MEN GENCEDENEM VE BURDA DA YASAYIRAM.GENCE GOZEL SEHERDIR...QURBAN OLARAM OZ DOGMA YURD YUVAMA....[img][/img][/quote]
    Ulviya

  6. #26
    Senior Member
    Üyelik tarihi
    Sep 2007
    Yer
    İstanbul/ Türkiye
    Mesajlar
    240
    Eeeeyy Genceni gördüm üreyim ağrıdı. Gence, ordakı tanışlarım ve en çoxda anam üçün çox darıxıram. Yay gelseydi gederdim öz evime eşiyime

  7. #27
    Junior Member
    Üyelik tarihi
    Jan 2008
    Yer
    türkiye
    Mesajlar
    1
    salam men türkem ama genceye geldim hacıkenti gördüm.sevgilim gezdirdi.güzel şehirdir.ama gelişmesi lazım qardaşlar.erzincanlıyım buralarda güzel sizi yönetenler türkiyeden biraz ders alsalar iyi olacak bence.selamaetle kalın.
    salam netersiniz qardaşlar menim adım hakandır.biliniz.

  8. #28
    Junior Member
    Üyelik tarihi
    Feb 2008
    Mesajlar
    2

    Re: gence

    Alıntı erben Nickli Üyeden Alıntı
    gence denince aklıma iki şey gelir bir çocukken şehirde satılan gence kelayığı iki suret hüseyinov bu ikinci olanı aklımdan silmeyi çok isterdim!
    duzgun fikirlesmirsen?Suret Huseynov haqqinda yeqin ki,yalnis melumata maliksen.

  9. #29
    Moderator
    Üyelik tarihi
    Feb 2007
    Mesajlar
    6.163
    Gəncə 1-10 əsrlərdə

    E. ə. I minilliyin əvvəllərində Cənubi Azərbaycan ərazisində mərkəzləşmiş dövlətin meydana gəlməsi üçün şərait yaranır və yeni təşkil olunmuş dövlət Manna adlanır. Ekspozisiyada Azərbaycanın tarixi ərazisinin və Manna dövlətinin xəritələri verilmişdir.



    E. ə. VIII əsrin sonunda Azərbaycan ərazisində Midiya dövləti yaranır. E. ə. VI əsrin əvvəllərində qədim Azərbaycanın Manna dövləti süquta uğradı. Bu zaman Midiya dövlətinin qüdrəti artmışdı. Midiya dövləti süquta uğradıqdan sonra Əhəmənilər sülaləsinin hakimiyyəti (e. ə. 550-330-cu illər) bərqərar oldu. E. ə. IV yüzillikdə Azərbaycanda eyni vaxtda iki dövlət yarandı: cənubda Atropatena dövləti, şimalda isə Albaniya dövləti. Ekspozisiyada Albaniya dövlətinin e. ə. IV-III əsrlərdə və b. e.-nın III-IV əsrlərində xəritələri verilmişdir. Albanlar barəsində ilk məlumatı verən Strabon qeyd edir ki, onlar iyirmi altı soydan ibarət olmuşlar. Onların hər birinin öz dili, öz çarlığı olmuşdur. Albaniyada IV əsrə qədər bütpərəstlik və atəşpərəstlik mövcud olmuşdur.



    Xristianlıq isə I-II əsrlərdə meydana gəlmiş və IV əsrdən Roma imperiyası bu dini digər ölkələrə qəbul etdirdikdən sonra böyük ideoloji qüvvəyə çevrilmişdir. Xristianlıq Qafqaza o cümlədən Albaniyaya Suriyadan və Fələstindən 313-314-cü illərdə gətirilmişdir. Sasanilərin hakimiyyəti altında olan Cənubi Azərbaycan xristianlığın Qafqaz ölkəsində vüsətinə və yayılmasına göz yumurdu. Vahid dinin yayılması Albaniya hökmdarlarının əlində öz hakimiyyətini möhkəmləndirmək aləti oldu. Xristianlıq dövlət dini oldu. Qəbələ şəhərində onun baş kilsəsi yaradıldı. Ekspozisiyamızda VII əsrə aid olan Alban çarına məxsus qəbir üstü abidə saxlanılır.



    Sonralar bu dinin mərkəzlərindən biri də Qarabağ oldu (Arsax) VIII yüzilliyin əvvəllərində Albaniya o cümlədən Qarabağ vilayəti ərəblər tərəfindən tutuldu. VII əsrin əvvəllərində Xilafət ordularının Qafqaza hücumu ərəfəsində Azərbaycanda siyasi vəziyyət mürəkkəb idi. Ərəblərin hakimiyyəti dövründə arsaxlılar öz dinini qoruyub saxlaya bildilər. Alban kilsəsinin xeyli zəifləməsi, erməni kilsəsinin isə Xilafətlə ittifaqa girməsi nəticəsində Arsax əhalisinin xaçpərəstliyin ermənilərə məxsus məzhəbinə keçməsinə, daha sonra isə dillərini itirməsinə səbəb oldu. Arsax camaatı erməniləşdirildi. X əsrdə başlamış bu proses XII-XIII əsrlərdə başa çatdırıldı.



    Albaniyanın ən görkəmli hökmdarı Cavanşir (636-681) olmuşdur. Eksrozisiyamızda Cavanşirin rəssam N.Babayev tərəfindən çəkilmiş portreti nümayiş etdirilir.



    VII yüzilliyin əvvəllərdə Ərəbistan yarımadasında Məhəmməd Peyğəmbərin başçılığı altında yeni din-İslam dini yaranaraq tarixdə Xilafət adlanan böyük dövlət qurmuşdu. Ərəb xilafəti Azərbaycanda öz hakimiyyətini möhkəmləndirmək üçün İslam dinindən bacarıqla istifadə edirdi. Onlarda belə bir inam yaratmışdılar ki, istismarçıfeodallardan şəxsi asılılıq Allahın qoyduğu qaydadır. Bunun müqabilində İslam dini onlara öldükdən sonra "cənnətin nemətlərini" vəd edir, müti olmayanları isə "cəhənnəmin əzabları" ilə hədələyirdi. Ərəblərin çox güclü olmasını görən Cavanşir Xilafətlə danışıqlara başlamağa, onunla müqavilə bağlamağa məcbur oldu. Qədim dövr şöbəsinin üçüncü salonunda İslam dininin atributları olan müqəddəs Quran kitabı, ceynamaz, möhür, təsbeh muzeyimizin dəyərli eksponatlarındandır. Eyni zamanda bu salonda ərəblərlə döyüş təsvir olunmuş rəsm əsəri də verilmişdir.



    İbtidai icma quruluşunun dağılıb, quldarlıq quruluşu ilə əvəz olunduğu bir dövrdə şəhərlər meydana gəlmişdir. Sənətkarlığın əkinçilikdən ayrılması, ticarətin daha da geniş şəkil alması, istehsal alətləri üzərində xüsusi mülkiyyətin daha da inkişafı və s. kimi faktlar şəhərlərin yaranmasına səbəb olmuşdur.



    Azərbaycanda hələ inkişaf etmiş dəmir dövründən bir sıra mühüm şəhərlər mövcud olmuşdur. Ancaq ilkin orta əsrlər dövründən başlayaraq şəhərlərin sayı xeyli artmışdır. Feodal münasibətlərinin inkişafı, daxili və xarici ticarətin genişlənməsi və müxtəlif sənət sahələrinin daha da artması nəticəsində şəhərlər də böyüyüb çoxalmışdır. Orta əsr Azərbaycan şəhərlərində dulusçuluq, metal emalı, zərgərlik, ipəkçilik, xalçaçılıq, şüşə istehsalı və s. ilə yanaşı elm və mədəniyyət də inkişaf edərək öz dövrünə görə yüksək səviyyədə olmuşdur. O zaman şəhər əhalisi əsas etibarilə zadəganlardan, din xadimlərindən, sənətkarlardan və tacirlərdən ibarət idi.

    Gəncə 11-12 əsrlərdə



    Gəncə XI-XII əsrlərdə nəinki Azərbaycanın, hətta yaxın şərqin ən görkəmli şəhərlərindən biri sayılırdı. Qədim Gəncənin nə vaxt meydana gəlməsi mübahisəli bir məsələdir. Şəhərin ətrafında olan qədim abidələri nəzərə alsaq, burada hələ tunc dövründə yaşayış olduğunu söyləmək olar. Ticarət yollarına yaxın yerləşməsi isə şəhərin inkişaf edib, çiçəklənməsinə imkan yaratmışdır. Ekspozisiyamızda şəhərin qədim mənzərəsi əks olunmuş maket verilmişdir.



    Şəddadilər dövləti Əbüləsvər Şavurun (1049-1069) dövründə Gəncənin müdafiəsini möhkəmləndirmək məqsədilə onun ətrafına hasar və xəndəklər, möhkəm qala divarları çəkdirdi.1063-cü ildə Gəncənin məşhur dəmir qapılarını dəmirçi İbrahim ibn Osman düzəltdi.



    1139-cu il sentyabrın 30-da böyük sənətkarlıq və mədəniyyət mərkəzinə dəhşətli fəlakət üz verdi. Gecə yarısı cümədən şənbəyə keçən gecə baş verən zəlzələ nəticəsində Gəncə elə dağılmışdı ki,sanki burada əvvəllər heç vaxt şəhər olmamışdır.1139-cu il zəlzələsi zamanı əhalinin təxminən 300 min nəfəri həlak olmuşdu.Şəhərin bu ağır günərində Gəncəyə daha dəhşətli müsibət üz verdi. Gürcü çarı Dmitrinin başçılıq etdiyi gürcü qoşunları dağılmış Gəncənin sərvətini talayıb aparmaq üçün şəhərə basqın etdilər. Matəm və çaşqınlıq içərisində olan silahsız Gəncə əhalisi qılıncdan keçirildi. Gürcü qoşunları qalaq-qalaq insan cəsədlərinin arasından keçib qızıl-gümüş çıxarır, Gəncə xəzinələrini qarət edib Gürcüstana yola salırdılar. Döyüşlərdə gürcü qoşunlarının yaxın düşə bilmədiyi Gəncə qalasının məşhur qala qapıları da Gürcüstana elə bu zaman aparılmışdı. Darvazanın bir hissəsi hal-hazırda Gürcüstanda Helat monastrında saxlanlır. Onun foto şəkli muzeyimizdə nümayiş olunur. Lakin qapının digər hissəsi haqqında bir neçə versiya vardır.



    Şəhərin zəlzələdən əvvəlki görünüşünün panoraması muzeyə gələn qonaqların, xüsusilə də uşaqların ən sevimli və ən maraqlı eksponatlarındandır.



    Muzeydə həmçinin Qədim Gəncənin (Qədim Gəncə ərazisi müasir ərazidən 7 km şimal-şərqdə yerləşirdi) ərazisindən tapılmış gildən hazırlanmış çıraqlar, şamdanlar, bəzək əşyalarının qırıqları və s. nümayiş etdirilir.



    XII əsrin 30-cu illərində Azərbaycanda Atabəylər dövləti meydana gəldi. Atabəylər dövlətinin yaradıcısı Şəmsəddin Eldəniz idi. O, təkcə, dövlətin deyil, adı ilə adlanan Eldənizlər (1136-1225) sülaləsinin də banisi idi. Eldənizlə Möminə Xatunun izdivacından Eldənizlər dövlətinin gələcək böyük hökmdarları Məhəmməd Cahan Pəhləvan və Qızıl Arslan dünyaya gəlmişdi.



    Muzeyimizin maraqlı eksponatlarından biri də nadir tapıntı olan Atabəylər dövlətinə daha dəqiq desək Məhəmməd Cahan Pəhləvana aid edilən konusvari qabdır. Həmin qab köhnə Gəncədən Poylu kənd müəllimi Məmmədov tərəfindən təsadüfən tapılmışdır. Alt hissəsi qırıq olan bu qabın hündürlüyü 30, gövdəsinin ən geniş yerdə diametri 18 sm-dir. Narın gildən dulus çarxında hazırlanmış qab yaxşı bişirildiyindən daş kimi möhkəmdir. Mayeni yaxşı saxlaması, hopdurmaması üçün içərisi anqoba ilə (xüsusi bərkidici məhlulla) örtülübdür. Bədii cəhətdən böyük ustalıqla çox nəfis şəkildə düzəldilib. Gövdəsinin ortasını qurşayan enli kəmərdəki qoşa sünbüllər arasında altı yerdə süvari təsviri,ondan yuxarıdakı dar kəmərdə qaçış vəziyyətində 22 dovşan rəsmi, ondan sonrakı kəmərdə 6 sözdən ibarət yazı (yazıda ərəb dilində "Atabəy Məhəmməd Cahan Pəhləvan Allah ondan razı olsun" sözləri yazılmışdır) daha yuxarıda isə müvafiq surətdə 14 quş təsvirləri ilə möhürlənmişdir.



    Muzeydə nümayiş olunan gil qablar XII əsrə aid olan ən dəyərli məişət nümunələridir. Onlardan ən maraqlısı isə həmin dövrə aid olan mürəkkəb boyalı bədii saxsı qabdır. Bu qab muzeyimizdə saxlanılan ən unikal eksponatlardan biridir.



    Atabəy Məhəmmədin hökmranlığı dövründə Gəncədə pullar da zərb olunmuşdur. Muzeyimizin vitrinlərində XII əsrdə zərb olunmuş mis pulları da görmək olar.



    Azərbaycan Atabəylər dövlətinin hakimiyyəti dövründə mədəni həyatın yüksəlməsi ilə səciyyələnir. Bu zaman dünya mədəniyyətinə görkəmli, məşhur dahilər bəxş etmiş, Azərbaycan poetik məktəbi yaranır və ən yüksək çiçəklənmə dövrünə çatır. Bu dövrdə qədim Gəncədə elm və mədəniyyət dövrünə görə çox yüksək səviyyədə olmuşdur. Əbəs yerə deyil ki, XII əsr Azərbaycan mədəniyyəti və incəsənətinin intibah dövrü adlanır.



    XII əsrdə dünyaşöhrətli şairlərdən olan N.Gəncəvi, Ə.Gəncəvi, M.Gəncəvi, R.Gəncəvi və s. yaşamışlar.



    Azərbaycan şerini dünya miqyasında ən yüksək zirvələrə qaldıran, adı dillər əzbəri, böyük Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi (1141-1209) dünya mədəniyyəti xəzinəsinə qiymətli incilər bəxş etmişdir. N.Gəncəvinin beş romantik poemadan ibarət olan 30 min beytlik "Xəmsə"si ("Beşlik") Gəncəni bütün dünyaya tanıtmışdır. Muzeydə şairin poemalarına həsr olunmuş müasir rəssamların çəkdikləri illüstrasiyalar və kitablar gələn qonaqların marağına səbəb olur. Ekspozisiyamızda nümayiş olunan rəssam A.Məmmədov tərəfindən çəkilmiş N.Gəncəvinin 800 illik yubileyindən hazırlanmış rəsm əsəri şairin bütün dünyada şöhrət qazandığını bir daha sübut edir. II dünya müharibəsi başlandığı bir vaxtda, 1941-ci ildə Rusiyanın Leninqrad şəhərində şairin yubileyi qeyd olunmuşdur. Həmin dövrdə şəhərin blokadada olmasına baxmayaraq N.Gəncəvinin 800 illiyi Ermitajın zirzəmisində qeyd olunmuşdur. Yubileyə Azərbaycan ziyalıları da dəvət olunmuşdu (dəvətnamənin bir nüsxəsi də muzeydə saxlanılır) lakin məlum səbəblərdən bu yubileydə heç kim iştirak edə bilməmişdir. Salonda həmçinin Nizami Gəncəvinin qədim qəbrindən götürülmüş kərpic və qəbrin yaxınlığından tapılmış çıraqlar da nümayiş olunur.



    XII əsrdə yaşamış Azərbaycan şairəsi Məhsəti Gəncəvinin həyatı haqqında məlumat çox azdır. Ekspozisiyamızda rəssam G.Mustafayeva tərəfindən çəkilmiş şairənin portreti də tamaşaçılara təqdim olunur. Məhsəti Gəncəvi öz rübailəri ilə məşhurdur. Onun şerlərində xalqın, xüsusilə Şərq qadınlarının azad və xoşbəxt həyatı haqqında romantik arzuları da əks olunmuşdur. Məhsəti Gəncəvinin haqqında verilən məlumatların hamısında bir fikir aydındır ki, o öz dövrünün son dərəcə istedadlı şairəsi olub, xalq içərisində nüfuz və hörmət qazanmışdır.



    Ekspozisiyamızda həmçinin Xaqani Şirvaninin, Qivami Mütərrizinin, Qətran Təbrizinin və digərlərinin müasir dövrdə çap olunmuş kitabları və Əbülüla Gəncəvinin, Əfsələddin Xaqaninin portretləri də nümayiş olunur.

    Gəncə 13-17 əsrlərdə



    1225-ci ildə Xarəzmşah Məhəmmədin oğlu Cəlaləddin Gəncəni ələ keçirərək öz iqamətgahına çevirir. Cəlaləddin tərəfdarlarına qarşı Gəncədə 1231-ci ildə Bəndərin başçılığı ilə üsyan baş verir. Üsyançılar varlıların dövlətini alıb yoxsullar arasında bölürdülər. Bəndər üsyanda iştirak etməyənlərə qarşı da mübarizə aparırdı. Bəndər öz xalqının azadlığı, istismardan öz doğma şəhərini azad etmək uğrunda qəhrəmanlıqla mübarizə aparmışdır. Bəndər tarixi qəhrəmandır. Bu gün də Gəncə xalqı onun qəhrəmanlığı ilə fəxr edir. Bəndərin qəhrəmanlığı bu günkü nəsil üçün bir örnəkdir. Ekspozisiyamızda nümayiş olunan eksponatlar sırasına Bəndərin portreti də daxildir.



    Cəlaləddinin hökmranlığının acı nəticələri sağalmamış Gəncənin başının üstünü yeni bir təhlükə aldı. Monqollar ikinci dəfə Gəncəyə yaxınlaşıb 1235-ci ildə Gəncəni ələ keçirdilər. Monqolların bu hücumunun da şəhərə çox böyük ziyanı dəymişdi. Monqolların hücumu dövründə Gəncədə monqol pulları buraxılırdı. Gümüş, adsız 1244-1245-ci il yazısı ilə (hicri 642-ci il) bürünc, Münke xanın adından 1257-ci ilə məxsus (hicri 655-ci il) pullar bu günkü günə kimi gəlib çatmışdır.



    Monqol hücumlarını xatırladan monqol fiqurlu kül qabı muzeyimizin XIII əsr eksponatları sırasına daxildir.



    Münke bütün Zaqafqaziyanı, o cümlədən Azərbaycanı öz qardaşı Hülakuyə (1256-1265) verdi. Hülakulər sülaləsi 100-ilə yaxın Azərbaycanda hakimiyyətdə olmuşdur. Teymurilərin Azərbaycana hücumu (1386-1405), sonra da Ağqoyunlu, Qaraqoyunlu (XV əsr) və Səfəvilər (XVI əsr) dövlətləri dövründə Gəncə daxili feodal çəkişmələrinə məruz qalmışdır.



    XVI əsrin əvvəllərində üç əsas Azərbaycan dövlətini Səfəvilər dövləti əvəz etdi. Onun əsasını Şah İsmayıl (1501-1524) qoydu. Əsas etibarılə hərbi azərbaycanlı tayfalara arxalanan (şamlı, rumlu, ustaclı, əfşar, qacar və zülqədər) və Azərbaycan xalqının çox hissəsini öz tərəfinə çəkən Şah İsmayıl bütün Azərbaycan dövlətlərini birləşdirdi. Zaqafqaziyanın Səfəvilər tərəfindən tutulan bütün vilayətlər bəylərbəyliyə bölünürdü. Gəncə də belə xüsusi bəylərbəylik idi. I Təhmasib sultan Şahverdini Gəncə bəylərbəyliyi təyin etmişdi. O, qacar tayfasından olan Ziyad-oğlu sülaləsinin əsasını qoydu. Bu sülalə Qarabağ və Gəncə bəylərbəyi sülaləsi idi. Gəncəli Şahverdi hörmətli bəylərbəyi idi, onun Səfəvilər dövründə böyük siyasi rolu vardır. Muzeydə Səfəvilər dövlətinə məxsus gümüş pullar da saxlanılır.



    Səfəvilər dövləti Şah Abbasın dövründə dəyişdi. I Şah Abbas Azərbaycana böyük siyasi əhəmiyyət verirdi. I Şah Abbasın dövründə Gəncə əhalisi yeni Gəncə şəhərinin yerində özlərinə bina salmışdılar. Qədim Gəncədə aparılan arxeoloji qazıntılar zamanı əldə edilən dörd minə yaxın müxtəlif abidələr əsasən eramızın IX-XIV əsrlərinə aiddir. Bu şəhər tarixinin çiçəklənməsi dövrü idi. Orta əsrlər dövr ən məşhur şəhərlərindən olan qədim Gəncədə, şübhəsiz çoxlu memarlıq abidələri olmuşdur. Şah Abbasın dövründən Gəncədə saraylar, karvansaralar, məscidlər, hamamlar, qalalar və başqa tikililər qalmışdır. Şah Abbasın Gəncə memarlığına bəxş etdiyi abidələr bu gün də şəhərimizi bəzəyir. Bu abidələrdən ən məşhurları Cümə məscidi, karvansara və bir də Çökək hamamdır. Bu gözəl tikililəri ucaldan memar Şeyx Bəhaəddin Məhəmməd Amilin olmuşdur.



    Bu dövrdə əməyin ixtisaslaşması təkcə düzəldilən əşya növləri sahəsində deyil, şəhərlər arasında da, özünü büruzə verməyə başlamışdır. Bu dövrdə Ərdəbil şəhəri bədii metal məmulatları düzəltməkdə inkişaf etmiş mərkəzlərdən sayılırdı, lakin Şeyx Səfi türbəsinin gümüş barmaqlıqlarını düzəltmək Gəncə sənətkarlarına, İçərişəhərin dəmir qapılarını Naxçıvan ustalarına sifariş etmişdilər. XVI-XVII əsrlərdə xaricdə Azərbaycan sənətkarları tərəfindən hazırlanmış silahlar (xəncər, qılınc, toppuz, qalxan) və zirehli geyimlər (başlıq, dirsəklik, dizlik və s.) xüsusilə geniş şöhrət tapmışdır.



    XV əsrdə geniş yayılmış düz və enli qılınclar indi əyri aypara şəklini almışdı. Qqızıl, gümüş və qiymətli geyimlər də xeyli zənginləşmiş və dəbdəbəli olmuşdu. Rəssamlar düzəldilən qabqacaq və silahların üzərini bəzəmək üçün onların forması və ölçüsü əsasında müxtəlif kompozisiyalar hazırlayır, bəziləri isə hətta usta ilə birlikdə onu metal üzərində də davam etdirirdi. Azərbaycanın XVI əsrdə yaşamış ən istedadlı rəssamlarından biri olan Soltan Məhəmməd müxtəlif xalça, parça, metal nümunələri üçün bir qrup orijinal kompozisiyalar və rəsmlər yaratmaqla bərabər, həm də dövrünün mahir bir zərgəri olmuşdur. Hazırda Kremlin Silah palatasında saxlanılan XVI əsrə aid bir qalxan xüsusilə diqqəti cəlb edir. Misli görünməyən gözəllikdə olan bu qalxan deyildiyinə görə rus çarı Mixail Romanovun müharibə vaxtı özünü qoruduğu silahlardan olmuşdur.



    Muzeyimizdə saxlanılan qalxan, qılınc, balta-təbərzin, ox qabı, dəmir geyim, dəbilqə, sinəbənd, dirsəkbənd, əsa və digər silah növləri də XV-XVI əsrlərdə Azərbaycan dəmirçiləri tərəfindən hazırlanmış döyüş sursatlarıdır. Bu döyüş sursatları hər biri öz-özlüyündə bir sənət əsəridir.



    Bu dövrdə Azərbaycanda yaradılmış metal məmulatları, gördüyümüz kimi doğrudan da çox bədii və zəngin olmuşdur. Onlar nəinki öz gözəl formaları eyni zamanda bədii tərtibatları ilə də insanı valeh edirlər. Bu bədii tərtibatlar arasında tək nəbati, həndəsi naxışlar, heyvanat aləmindən götürülmüş rəsmlər yox, həm də dərin məzmunlu böyük kompozisiyalara da rast gəlirik.

    Gəncə 18-21 əsrlərdə


    XVIII əsrin birinci yarısında Azərbaycan siyasi və iqtisadi pərakəndəliyə məruz qalsa da el sənətinin bir çox növləri hələ öz keçmiş nüfuzunu itirməmişdi. Azərbaycanda istehsal olunan parça, xalça və qeyri sənət nümunələri qonşu ölkələrə satılır və ya öz içərisində istifadə olunurdu. Bu vaxtlar Azərbaycan şəhərlərindəki sənətkarların öz bayraqları vardı. Hər bayrağın üzərinə həmin sənətkarın gerbi vurulurdu, gerbdə adətən həmin sənətə aid olan alətlər təsvir olunurdu.



    XIII əsrdə Şərqi gəzib dolaşmış məşhur venetsiyalı səyyah Marko Polo yazır: “Azərbaycanda bütün dünyada şöhrət qazanmış parçalar, xalçalar və qılınc tiyələri hazırlayan xeyli gözəl sənətkar var”.



    Gəncə adı Azərbaycanın siyasi, ictimai və mədəni tarixinin parlaq səhifələri ilə bağlıdır. Gəncə uzun illər Azərbaycanın paytaxtı olub. O, indi də mədəniyyətimizin, el sənətinin mərkəzlərindəndir: xalqımızın biri-birindən gözəl, qədim memarlıq abidələrini bu günə qədər qoruyub saxlayır… Gəncə müdrikliyin silinməz izləri Gəncə xalçalarında əbədi yaşayır.



    Gəncə-Qazax növlü xalçaların kompozisiyası əsasən daha sadə, ornament elementləri isə Quba-Şirvan növlü xalçalara nisbətən daha həndəsi olur. Rəng xüsusiyyətlərinə gəldikdə, demək olar ki, Gəncə-Qazax xalçalarında sarı, yaşıl, narıncı rənglərə daha tez-tez rast gəlinir. Muzeyimizdə bir neçə Gəncə-Qazax növlü xalça, namazlıqlar və xurcunlar, heybələr saxlanılır.



    Klassik ədəbiyyatımızda, xüsusilə Q.Təbrizi (XI əsr), N.Gəncəvi, X.Şirvaninin (XII əsr) və başqalarının əsərlərində Azərbaycanda hazırlanan sənət əsərlərinin təsvirlərinə rast gəlinir. XV əsrdən başlayaraq məşhur Avroparəssamlarının əsərlərində Azərbaycan xalçaları təsvir olunur. Həmin xalçalara Hans Holbeynin "Elçilər" rəsmində rast gəlinir. Niderland rəssamı Yan Van Eyk özünün "Keşiş Vander Pale madonnası"nı Azərbaycanın "Quba" tipli xalçaları fonunda çəkmişdir. XVI-XVII əsrlər Səfəvilər dövrü Azərbaycanın xalçaçılıq sənətinin ən coşqun inkişaf mərhələsi olmuşdur. Həmin dövrdə Şah İsmayıl Xətainin şərəfinə toxunmuş "Şeyx Səfi" xalçası Aərbaycan xalçaçılıq sənətinin ən dəyərli incisidir. İndiyə qədər ona bərabər xalça toxunmamışdır. İngilislər bu xalçanı İrandan aparmışlar. İndi Londondakı "Viktoriya və Albert" muzeyində saxlanılır.



    XVIII-XIX əsrlərdə Qarabağda, Gəncədə, Qazaxda, Qubada, Şamaxıda və Bakıda toxunmuş bir neçə xovlu və xovsuz nadir xalçalar hazırda ölkəmizdə, eləcə də xaricdə bəzi muzey və şəxsi kolleksiyalarda saxlanmaqdadır. Gəncə tarix diyarşünaslıq muzeyində saxlanılan XIX əsrə aid Qarabağda toxunmuş atlı və itli xalça ekspozisiyamızın ən maraqlı eksponatlarındandır.



    XVI-XVII əsrlərdə metaldan düzəldilmiş bədii sənət nümunələrinin ayrılmaz bir qolunu da zinət işləri təşkil edir. Bunlar əsas etibarilə qızıl və gümüşdən düzəldilərək həyatda qadın və kişi bəzəyi kimi istifadə edilirdi. Ümumiyyətlə, qiymətli metallardan düzəldilmiş qızıl-gümüş bəzəklər gəzdirilməsi və geyilməsinə görə 4 hissəyə bölünür: 1. Boyun bəzəkləri; 2. Qol və barmaq bəzəkləri; 3. Baş bəzəkləri; 4. Libaslara bənd olunan bəzəklər.



    XVIII əsrdə Azərbaycanda müxtəlif metallardan ev avadanlığı, zinət şeyləri hazırlamaq Təbriz, Şamaxı, Gəncə, Ordubad, Şəki, Şuşa və Naxçıvanda xüsusilə geniş şöhrət tapmışdır. Bu dövr sənət nümunələrinin əksəriyyətini bəzək əşyaları təşkil edirdi. Bu əsrlərdə Azərbaycan qadınları tərəfindən istifadə edilən bəzək nümunələrindən ən geniş yayılanı boyun bəzəkləri idi. Bunlardan: sinəbənd, boğazaltı, çəkic, qara-batdaq və s. göstərmək olar. Yuxarıda qeyd etdiyimiz yerlərdə qızıl və gümüş saplarla naxışlanmış güləbətin tikməli araqçınlar xüsusilə geniş yayılmışdı. Bu araqçınların qabaq tərəfindən alından silsilə adlanan qızıl, gümüş hissəciklərindən düzəldilmiş bəzəklər asırdılar. Belə bəzəklər Gəncədə, Qarabağda, Naxçıvanda, Qazaxda daha çox yayılmışdı. Belə bəzək əşyalarından bir çox nümunələr muzeymizdə saxlanılır. XVIII əsrdə və sonralar Azərbaycanda "təsəkqabağı" adlı parçadan tikilmiş baş geyimi də geniş yayılmışdı. Daha çox qadınların alnını bəzəyən baş geyimlərini bu əsrdə dərzilər yox zərgərlər hazırlayırdılar. Tarixi sənədlərə görə bu dövrdə yaşamış Gəncə zərgəri Ağamirzə "təsəkqabağı" hazırlamaqda dövrün ən məşhur ustası olmuşdur. XVIII əsr qadın baş və üst geyimləri üzərində müxtəlif forma və bəzəkli metal hissələri ilə yanaşı muncuq, qiymətli daş-qaşlara da təsadüf edilirdi. Muncuq və daş-qaşlar içərisində ən çox istifadə olunan kəhraba, əqiq, şəvə və göz muncuğu idi. Belə bəzək əşyalarından muzeyimizin ekspozisiyasında görmək mümkündür.



    Xalqımızın əməyi sayəsində yaranıb onun həyatını əks etdirən Azərbaycan xalq sənətinin çox zəngin bir tarixi vardır. Daha qədimdən xalqımız öz geyiminə, eləcə də həyat və məişətdə istifadə etdiyi bir çox əşyaya gözəllik verməyə çalışmışdır. Geyim üzərində, habelə məişət əşyalarından pərdə, örtük, süfrə, balış, mütəkkə və s. üzərinə salınmış bəzəklər xalq, sənətinin ən çox yayılmış növü sayılan tikmə üsulu ilə icra olunmuşdur. Parça və zərif meşindən hazırlanmış müxtəlif əşyalar üzərinə salınan bu tikmələr o qədər zərif və rəngarəngir ki, bu gün də öz estetik mahiyyətini itirməmişdir.



    Azərbaycan tikmələrinin bu dövrlərdə belə geniş şöhrəti, hər şeydən əvvəl onların orijinal texniki icrasilə əlaqədar idi. Bunlardan təkəlduz, saya, güləbətin, pilək, cülmə, muncuqlu, qurama və oturtma (qondarma) xalq arasında daha çox yayılmışdı. Bu tikmə növləri içərisində təkcə biri-pilək bu dövrün məhsulu sayıla bilərdi,qalanları isə ənənəvi xarakter daşıyaraq XVIII əsrdə inkişaf edib daha da mürəkkəb bir şəklə düşmüşdü. Pilək əsasən böyük və kiçik ölçülü taxta və pəncərələr üçün düzəldilmiş pərdələrin üzərində işlənirdi. Pilək metal parçalarından (dəmir, bürünc, gümüş, qızıl) dairəvi formada çox nazik kəsilib xırda düymə kimi müxtəlif rəngli ipək parçalara bənd edilirdi. Rəngarəng effektlər verən bu piləklər bir-birinin yanına düzüldükdə, müxtəlif formalı nəbati və həndəsi ornamentlər əmələ gətirirdi. Muzeydə saxlanılan piləli pərdə ən qiymətli sənət əsərlərindən biridir. Pərdənin aşağı hissəsində qarşı-qarşıya oturmuş iki tovuz quşu rəsmləri verilmişdir. Tovuz quşu rəsmi Azərbaycanda ən geniş yayılmış ornamentlərdən olmuşdur. Bu da uzaq keçmişimizdə tovuz quşunun qədim türk tayfaları arasında günəş və od tanrısı kimi ilahi və rəmzi bir məna daşıdığına işarədir. Əsrlər keçdikcə bu inanclar öz mənasını itirmiş, lakin bunlar öz gözəlliklərini rəsmlərdə və belə tikmələrdə qoruyub saxlamışdır.



    Araşdırmalar göstərir ki, XVIII əsrdə və sonralar tikmələrimizdə istifadə olunmuş rənglər tək bədii xüsusiyyət kəsb etməmiş el-oba arasında onlar müxtəlif mənalar daşımışdır. Muzeyimizdə nümayiş olunan güləbətin tikməli örtük, qurama, piləli tikmə pərdə, metal tikməli zərəndaz və s. bu gün də muzeyə gələnlərin marağına səbəb olur. Azəri qadınların yaratdığı möcüzələr burada öz əksini tapır. Güləbətin tikmə əsas etibarilə ağır və bahalı parçalar üzərində olur. Güləbətin üçün yerlik adətən tirmə parçalardır. Gülə-bətin tikmələrdə quş, at və müxtəlif gül və yarpaqlar təsvir edilir.



    Qurama rəngarəng parça tikələrinin müxtəlif formalarda yan-yana qoyularaq tikilməsindən əmələ gəlir. Bu işdə ən çox həndəsi rəsm formasından istifadə olunur. Bu növ tikməyə ən çox Abşeronda, Gəncədə, Qazax, və Gədəbəydə rast gəlirik. XVIII əsrə aid olan belə gözoxşayan tikmələrdən biri muzeyimizin ekspozisiyasını bəzəyir.



    Bu dövrdə Azərbaycandə ən çox misgərlik inkişaf etmişdir. Bu dövrdə Azərbaycan şəhərlərində külli miqdarda məişət əşyaları və ev avadanlığı hazırlanırdı. Xalqımızın məişət xüsusiyyətindən və təsərrüfat məşğuliyyətindən asılı olaraq vətənimizdə qazan, tava, sərpuş, sərnic, sini, satıl, aftafa, səhəng, dolça və s.kimi mis qablara hələ də böyük ehtiyac var idi. XVII-XVIII-XIX əsrlərə aid mis qab nümunələri muzeyimizdə kifayət qədər vardır.



    Mis qabların içərisində gələn qonaqların diqqətini cəlb edən isə adətən sərpuşlar olub. Belə ki, sərpuşu bəzən dəbilqəyə bənzədirlər. Lakin sərpuş yemək süfrəyə verildikdə sininin ağzına qoyulur ki, yemək soyumasın.



    Şəki sənətkarları bəzəkli tökmə manqallar düzəltməkdə xüsusilə məharət qazanmışdılar. Belə bədii tökmə manqallar Bakı, Gəncə, Şəki muzeylərində saxlanılır.



    Muzeyimizin 7-ci salonunda hazırlanmış ev maketi XIX əsrdə xalqımızın yaşayış şəraitini, həmin dövrdə istifadə olunmuş məişət əşyalarını özündə əks etdirən ən maraqlı guşədir. Bu salona daxil olan hər bir şəxs özünü qədim dövrdə hiss edir.



    XVIII əsrdə də əvvəlki dövrlərdə olduğu kimi taxtadan düzəldilmiş məişət əşyaları, musiqi alətləri və s. sənət nümunələri ayrı-ayrı ornament motivi və rəsmlərlə bəzədilərdi. Bəzəklər taxta məmulatları üzərində əsasən 3 texnoloji üsulda icra edilirdi. Bunlar oyma, şəbəkə və xatəmkarlıqdır. Taxtadan düzəldilmiş əşyaların bəzəmə üsulları içərisində ən geniş yayılanı oyma idi. Ən gözəl oyma işlərinə biz bu vaxt memarlıqda geniş istifadə edilən taxta sütunlarda, məhəccər, pəncərə, qapı və bir qrup məişət əşyalarının (təhnə, cəhrə, tavaq, qəlib və s.) üzərində rast gəlirik. Azərbaycanda taxta üzərində həkk olunmuş bədii oyma işlərinə bu əsrlərdə məişət əşyalarında da tez-tez təsadüf olunur. Bu əsrlərdə Azərbaycan sənətkarları tərəfindən bu üslubda bəzədilmiş bir çox tar, kamança, saz, mücrü, stul, kreslo, şərbət qaşıqları, çörəyin üzərinə bəzək vurmaq üçün möhür və s. şeylər bir sıra muzeylərdə, o cümlədən bizim muzeyimizdə nümayiş etdirilir



    XVIII yüzilliyin ortalarında ardı-arası kəsilməyən müharibələr, feodal çəkişmələri İranda mərkəzi hakimiyyəti zəiflətmişdi. Nadir şahın ölümü ilə taxt-tac uğrunda mübarizənin qızışdığı, mərkəzi hakimiyyətin zəiflədiyi bir dövrdə Azərbaycan ərazisində müstəqil feodal dövlətləri - on dörd xanlıq, beş sultanlıq yarandı və Qarabağda olan beş məliklik müstəqilləşdi. Azərbaycan ərazisində belə pəra-kəndəliyin, yəni onlarla xırda feodal dövlətlərinin yaranmasının əsas səbəbi ölkədə iqtisadi əlaqələrin zəif olması, təsərrüfatın hələ əmtəə səviyyəsinə yüksələ bilməyib, natural xarakter daşıması və feodalların mərkəzdənqaçma meylləri, hər birinin müstəqil hakimliyə can atması ilə şərh edilməlidir.



    Azərbaycanın şimal torpaqlarında olan xanlıqlardan fərqli olaraq, onun cənub torpaqlarında yaranmış xanlıqların bir çoxu mərkəzi hakimiyyətdən, ya da bu və ya digər xanlıqdan asılı vəziyyətdə idi. Şimal torpaqlarında yaranmış xanlıqların içərisində, hələ Nadir şahın sağlığında Hacı Çələbinin başçılığı altında yaranmış Şəki xanlığı ən güclü xanlıq idi. Hacı Çələbi xan Şəkidə hakimiyyətinin ilk illərində Qarabağ torpaqlarının bir hissəsini ələ keçirdi. Bundan sonra Hacı Çələbi xan Gəncə və Qarabağ xanlıqlarını özünə tabe etmək uğrunda mübarizəyə başladı. Qarabağ, Gəncə, Qaradağ, Naxçıvan və İrəvan xanlıqları Hacı Çələbi xanın qüvvətlənməsindən qorxuya düşərək öz aralarında ona qarşı ittifaq bağladılar və gürcü çarını bu ittifaqa cəlb etmək istədilər. Gürcü çarı da qonşuluğunda olan Şəki xanlığının qüvvətlənməsindən ehtiyat edirdi. Gürcü çarı öz qoşunu ilə Gəncə istiqamətinə hərəkət etdi. Lakin Qarabağa və Gəncəyə yiyələnməyi qarşısına məqsəd qoymuş gürcü çarı Azərbaycan xanlarını əsir etdi. Hacı Çələbi xan bu barədə məlumat alan kimi gürcü çarının üzərinə hücum etdi. Şəmkir yaxınlığında baş vermiş döyüşdə Hacı Çələbinin qoşunları qalib gəldi. Hacı Çələbi əsir alınmış xanları azad etdikdən sonra Gəncəni, Qazax və Borçalını tutdu. Hacı Çələbi xanın dövründə Şəki xanlığı Şimali Azərbaycan xanlıqlarından ən güclüsü idi. 1755-ci ildə Hacı Çələbi xan vəfat etdi. Hakimiyyət uğrunda feodallar arasında uzun illər davam etmiş mübarizənin nəticəsində Şəki xanlığı əvvəlki qüdrətini itirdi.



    Hacı Çələbi xanın ölümündən sonra Qarabağ xanlığı qüvvətlənməyə başladı. Qarabağ xanı Pənahəli xan İranda Nadir şahın xələfləri arasında ara müharibələrinin genişlənməsindən istifadə edərək Gəncə, İrəvan, Naxçıvan xanlıqlarını, xüsusən Ərdəbil xanlığını ələ keçirməyə çalışdı. Qısa müddətdə həmin xanlıqları zorla və nigah diplomatiyası (qohumluq əlaqələri yaratmaq) yolu ilə öz təsiri altına salmağa müvvəffəq oldu. Sarıcalı Dərgahqulu bəyi Ərdəbilə, Gəncənin Ziyadoğlu nəslinin (İ.P.Petruşevski yazır: "irsiyyətə keçən bəylərbəyliklərdən ən səciyyəvisi Ziyad-oğlu sülaləsinin hakimiyyəti altında olan Qarabağ bəylər-bəyliyidir. Onlar qızılbaş Qacar tayfasından, Ziyəddin oymağından idilər. Həmin bəylərbəylik XVI əsrin I yarısından başlayaraq, 300 ilə yaxın həmin sülalənin hakimiyyəti altında olmuşdur". İlk Qarabağ bəylərbəyliyi Kəmaləddin Şahverdi oğlu Qacar olmuşdur 1551-ci il) xələflərini isə Gəncəyə hakim təyin etdi.



    Şahverdi xanın dövründə Gəncə xanlığı Qarabağ xanlığından asılı vəziyyətdə idi. Onun üçüncü oğlu Cavad xan girov kimi Şuşada yaşayırdı.



    Şahverdi xanın vəfatından sonra hakimiyyətə oğlu Məhəmmədhəsən xan (1760-1780) keçir. Ədalətli, təəssübkeş hökmdar kimi Gəncə əhalisinin böyük rəğbətini qazanmış Məhəmmədhəsən xan Gəncənin qonşu feodallardan asılılığına son qoyur. Gəncənin nüfuzunu gücləndirməyə çalışır. Lakin o qardaşı Məhəmməd xan tərəfindən (1780) öldürülür. Gəncəni tutan II İrakli və İbrahimxəlil xan yenə də Ziyadoğluları hakimiyyətdən məhrum edirlər. Bu hal çox davam etmir, 1783-cü ildə Hacı bəy Ziyadoğlu (1783-1785) üsyan qaldıraraq gürcü və Qarabağ hakimlərini şəhərdən qovur. Rəhim xan Ziyadoğlunun (1785-1786) qısa müddətli hakimiyyətindən sonra Gəncə taxtına Cavad xan Ziyadoğlu keçir. Rəhim xan hakimiyyət uğrunda mübarizəyə başlasa da, tezliklə qardaşı Cavad xan tərəfindən məğlub edilir.



    Cavad xan ibn Şahverdixan Ziyadoğlu Qacar 1748-ci ildə Gəncədə tanınmış bir ailədə anadan olmuşdur.



    Cavad xanın dövründə Gəncə xanlığının torpaqları Azərbaycanın Aran məmləkətinin böyük bir ərazisini əhatə edirdi. Xanlıq dövründə Gəncənin ilk xanı Şahverdixan, son xanı isə Cavad xan olmuşdur.



    Şahverdi xanın qardaşı Rəhim xan İrandan qaçıb Gəncəyə gəldi. İbrahim xanın əlaltılarını qovdu və hakimiyyəti əlinə aldı. Bir müddətdən sonra gəncəlilər Cavad xanı Qarabağdan oğurlayıb 1785-ci ildə taxta çıxardılar.



    Cavad xanın hakimiyyəti dövründə Gəncə xanlığı qüvvətləndi. Uzun sürən mübarizədən sonra Nadir şahın vaxtında gürcülərə verilən Azərbaycan torpaqlarının əksər his-səsi Kartli-Kaxetiya çarlığından alındı. Cavad xanın yeritdiyi incə siyasət nəticəsində onun təbəələri əmin-amanlıq şəraitində yaşamağa başladılar.



    Amma ölkədə vahid dövlət olmadığından hər hansı bir xanlıqda dinclik uzun sürə bilməzdi.



    1795-ci ildə Qacar Qarabağa hücum edib Şuşanı mühasirəyə aldı. Şəhəri ələ keçirə bilməyib Gəncəyə üz tutdu. Cavad xan ona qoşulub Tiflis yürüşündə iştirak etdi. Lakin Qacar Tiflisdə çox qalmadı. Cənubda Lütvəli xan Zəndin hakimiyyət uğrunda mübarizəyə başladığını eşidib qoşuna geri dönmək əmrini verdi. Qacar gedəndən sonra Gəncə xanlığının vəziyyəti gərginləşdi.



    Qarabağ hakimi İbrahim xan gürcü çarı II İrakli ilə saziş bağlayıb Gəncəni mühasirəyə aldı. Vəziyyətin çıxılmaz olduğunu görən Cavad xan nahaq qan tökülməsin deyə hər cür şərtə razı olduğunu bildirdi. O, İbrahim xana xərac verməyi və öz yaxın adamlarından birini onun yanına girov göndərməyi, II İrakliyə isə gürcü əsirlərini qaytarmağı vəd etdi.



    Qafqazda güclü yerli hakimiyyətin olmamasından istifadə edən Rusiya buraya müdaxilə etməyə başladı. 1796-cı ilin yazında qraf Zubovun komandanlığı altında rus qoşunları Bakı, Şəki, Dərbənd, Şirvan xanlıqlarına soxuldular. Vahid milli siyasətin və milli birliyin olmaması üzündən bu xanlıqlar istilaçılara güclü müqavimət göstərə bilmədilər. Arazın şimalında ən nüfuzlu hakim olan İbrahim xan isə Qacarla düşmənçilik etdiyindən özünə ikinci böyük düşmən qazanmaq istəmədi və Zubovun yanına elçi göndərib rus imperatorunun təbəəliyini qəbul etmək fikrində olduğunu bildirdi.



    Beləliklə, Cavad xanın qarşısında iki yol qalırdı: rəiyyəti qırğına vermək və ya tabe olmaq. Cavad xan rusların Qafqazdakı hakimiyyətini ötəri hesab edərək üzdə onlara itaət göstərəcəyini bildirməyə məcbur oldu. Bu zaman rus çariçası II Yekaterinanın ölüm xəbəri gəldi. Rus qoşunları geri qayıtmaq əmrini aldılar.



    Cavad xan Gürcüstana verilmiş Azərbaycan torpaqlarını geri tələb etdi. Gürcüstandakı rus qoşunlarının komandanı bu mübahisəyə müdaxilə etsə də, Cavad xan öz siyasəti, ağlı və tədbiri sayəsində onu susdurmağa nail oldu. XII Georgi məktub vasitəsilə Borçalı və Şəmşəddil torpaqlarını Gəncəyə qaytarmağa razılıq verdi.



    Rusiya imperiyasının niyyətlərini çox gözəl dərk edən Cavad xan nicat yolunu yalnız milli birlikdə görürdü. O, çox çətinliklə qonşu xanlıqlarla münasibətlərini yoluna qoydu. Cavad xan Gəncəyə hücum hazırlandığından xəbərdar idi. Ona görə özü də hazırlıq görürdü. Yollara nəzarətçilər qoymuşdu. Erməniləri ruslara kömək göstərdikləri üçün sərhəddən uzaqlaşdırmışdı.



    Qafqazdakı rus qoşunlarının baş komandanı general-leytenant Sisyanov Cavad xanın özü və nəsli üçün olduqca xeyirli və mənfəətli şərtlər təklif etdi. Bu şərtlərə əsasən Gəncə əyalətinin bütün mülkləri irsən Cavad xan ailəsinin ixtiyarına keçir, Cavad xan və onun nəsli irsən Gəncə əyalətinin müstəqil xanı kimi qalırdı. Əvəzində İran himayəsindən çıxıb, rus imperatorluğunun himayəsi altına keçməli və ildə iyirmi min manat (rublə) imperatorluq xəzinəsinə ödəməli idi. General bu təklifləri beş dəfə təkrar etdi. Lakin Cavad xan bütün bu şərtləri rədd edib, boyunduruğun altına girmədi. Nəhayət Sisyanov Cavad xana hədələyici məktublar yazıb Gəncəni təslim etməyi, üstəlik bir oğlunu girov göndərməyi tələb edirdi. Cavad xan məktublarından birində bu hədə-qorxuya belə cavab vermişdi: "Əgər müharibə fikrin varsa, mən hazıram. Əgər sən öz toplarınla öyünürsənsə, mənim toplarım onlardan əskik deyil. Sənin topların bir arşındırsa, mənim toplarım üç-dörd arşındır…"



    Cavad xan düşmənin çox güclü olduğunu bilirdi. Ona görə də Gəncə qalasına çəkilib müdafiə olunmaq haqda əmr vermişdi.



    Dekabr ayının əvvəlində şəhər mühasirəyə alındı. Sisyanovun yazdığı mətublar heç bir nəticə vermirdi. Cavad xan ən münasib şərtlərlə belə qalanı təslim etmək istəmirdi. Şəhər hər tərəfdən toplardan atəşə tutulurdu. Rus qoşunları içərisində olan şahidlərdən biri yazırdı: "Su boruları insan cəsədləri ilə dolmuşdu, şəhər sakinləri məcbur olub bu sudan içirdilər. Xəstəlik tüğyan edirdi. Buna baxmayaraq, Cavad xan təslim olmurdu ".



    Sisyanovun Cavad xana son məktublarından biri belə olmuşdu: "Mən şəhəri alacağam, səni biabırcasına edam edəcəyəm".



    Cavabında isə Cavad xan demişdi: "Sən mənim meyidimi divarın üstündə tapa bilərsən".



    Bir ay çəkən mühasirə heç bir nəticə vermədi. Nəhayət Sisyanov hərbi şuranı yığıb qəti və amansız hücum planı hazırladı. 1804-cü il yanvarın 3-nə keçən gecə bu hücuma başlamaq əmri verildi.



    Hücum başlandı. Şəhər əhli daşla, yay-oxla müdafiə olunur, yapıncılarını neftə batıraraq düşmənlərin başına yağdırırdı. Qanlı döyüşlərdən sonra rus əsgərləri qalanın bir neçə qülləsini ələ keçirə bildilər. Qalanın üstündə vuruşan Cavad xan döyüşdə şəhid oldu. Oğlu Hüseynqulu xan da öldürüldü. Muzeydə F.Abdullayevin çəkdiyi "Cavad xan Gəncə qalasını müdafiə edərkən" adlı rəsmi onun son döyüşü təsvir olunmuş rəsmdir. Burada onun Gəncə qalasını müdafiə edərkən öz ailəsi ilə birlikdə döyüşməsi təsvir olunub.



    Cavad xan düşmən tərəfindən də əsil qəhrəman kimi qəbul olunaraq Cümə məscidinin həyətində torpağa tapşırıldı. Cavad xanın qəbri bu gün də xalqımızın and yeridir.



    Həmin gün qoşun şəhərə daxil oldu. Günortayacan əsgərlər Gəncə əhlini gülləyə tutub qılıncdan keçirdilər. Sonra qarət başlandı. Xanın böyük və kiçik oğulları qaça bildilər, qalan ailə üzvləri isə əsir düşdülər.



    Şəhər işğal olunan kimi Gəncədə komendant üsul-idarəsi yaradıldı.Şəhərin adını dəyişib rus çariçasının şərəfinə Yelizavetpol qoydular. Şəhərin adı ancaq ADR-in dövründə yenidən dəyişdirilərək Gəncə adlandırıldı. Gəncə xanlığı ləğv olundu.



    Muzeydə qorunan ən unikal eksponatlardan biri Gəncə xanlığına aiddir. Burada saxlanılan XVIII əsrə aid olan Gəncə xanlığının bayrağı ən dəyərli və şərəfli eksponatlarımızdan biridir.



    Onu da qeyd etmək istərdik ki, Ziyadxanovlar nəslinə aid olan bu bayrağın üzərindəki emblem bu gün Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov tərəfindən şəhərin emblemi kimi qəbul olunmuşdur.



    XIX yüzilliyin birinci yarısında Azərbaycan ədəbi həyatı romantik və realist cərəyan istiqamətində inkişaf edirdi. Birinci cərəyanın nümayəndələrinin əksəriyyəti feodal ideologiyası ilə bağlı idi. Realist-mütərəqqi cərəyanın nümayəndələri isə ədəbiyyatımızı ölməz əsərlərlə zənginləşdirmişdir.



    Görkəmli mütəfəkkir Mirzə Şəfi Vazeh (1794-1852) Gəncədə memar ailəsində anadan olmuşdur. O, ilk təhsilini məktəb və mədrəsədə almış, lakin dini xurafatın qatı düşməni olan şair Azərbaycan və Şərqin klassik ədəbiyyatını öyrənmiş, rus ədəbiyyatı ilə tanış olmuşdu. Gəncədən Tiflisə köçmüş şair burada M. F. Axundovla tanış olmuş, Tiflis qəza məktəbində Azərbaycan dili müəllimi olmuşdur. M.Ş.Vazeh lirik şerlər yazmış əsərlərində azadlıq müjdəçisi kimi çıxış etmişdir. Öz yaradıcılığında şair qadın azadlığı məsələsinə xüsusi yer verirdi,müsəlman qadınlarını çadranı atmağa çağırırdı. Şair cəsarətlə olmasa da yoxsul kütlələrin vəziyyətini kökündən dəyişəcək sosial dəyişikliklər barəsində mülahizələr söyləmişdir.



    Mirzə Şəfinin şerləri bizə orijinal deyil, alman dilində çatmışdır. Onun şerlərinin əlyazması alman yazıçısı F.Bodenştedin əlinə keçmiş o da bu şerləri Berlində alman dilində "Mirzə Şəfinin nəğmələri" adı altında ayrıca kitab kimi nəşr etdirmişdir.



    F.Bodenşted bu şerləri özününkü kimi qələmə vermiş və uydurma irəli sürmüşdür ki, M.Şəfi onun ləqəbidir. Şəfinin şerlərinin bəziləri hələ o zaman rus dilinə tərcümə edilmiş və görkəmli bəstəkar və pianoçu A.Q.Bubinşteyn həmin sözlərə nəğmələr bəstələmişdir. Muzeyin salonunda böyük şairin portreti və Berlində "Mirzə Şəfinin nəğmələri" adı altında çap olunmuş kitabın üz vərəqlərinin foto surəti, şairin kitabı nümayiş olunur. Onun xarici dildə çap olunmuş əsərlərinin üz şəkilləri muzeyə gələnlərin marağına səbəb olur.



    XIX əsrin II yarısında Azərbaycanda maarif sahəsi də inkişaf etməyə başlamışdı. Əsas tədris ocaqları məktəblər isə mədrəsələr idi. Azərbaycanda onların sayı 500-700-ə çatırdı. Əsasən məscidlərdə, kiçik binalarda yerləşən məktəblərin hər birində yüzə qədər uşaq təhsil alırdı. Məktəblərdə uşaqlara kitab oxumağı və fars dilini öyrədir, bəzilərində tarix fənnini də tədris edirdilər. Belə məktəblər uşaqlarda doğma ana dilinə məhəbbətin artmasında, gələcək savadlı nəslin yetişməsində mühüm rol oynayırdı. Bu dövrün ziddiyyətlərinə baxmayaraq dövrünün qabaqcıl maarifçisi olan M.A.Abbaszadə 1900-cü ildə Gəncədə "Birinci il.Türk əlifbası" dərsliyini çap etdirir. "Yelizavetpol şəhər məktəbləri üçün dərslik kimi qəbul olunmuş" bu dərsliyin ikinci (1907) və üçüncü (1910) nəşri Gəncədə, dördüncü (1913) və "mübtədilər üçün birinci kitab" olan "Əlifba"-nın son tamamlanmış beşinci nəşri isə (1914) Bakıda çap edilmişdir. "Əlifba" dərsliyi yalnız Azərbaycanda deyil, təlim Azərbaycan dilində olan Ermənistan, Gürcüstan, Krım, Orta Asiya məktəblərində də dərsliyə olan tələbi müəyyən müddət ödəmişdir. Ekspozisiyamızda bu kitabların titul vərəqlərinin foto surətləri və rəssam F. Abdullayevin çəkdiyi M.A.Abbaszadənin portreti nümayiş olunur. Eyni zamanda muzeyimizdə həmin dövrdə fəaliyyət göstərən mədrəsələrin müəllim və şagird kollektivlərinin foto şəkilləri nümayiş etdirilir.



    Kəndli islahatının yarımçıq keçirilməsinə baxmayaraq, məhsuldar qüvvələrin inkişafı kapitalizmin sürətli inkişafına təkan vermişdir. Rusiyanın tərkib hissəsinə çevrilmiş, iqtisadiyyatı Rusiya iqtisadiyyatı ilə üzvü surətdə bağlanmış Azərbaycan da heç şübhəsiz bu sosial dəyişikliyin, sosial iqtisadi inkişafın axınına düşməli idi.



    İqtisadiyyatın inkişafındakı əskikliklərə baxmayaraq, XIX yüzilliyin ikinci yarısında Azərbaycan kənd təsərrüfatında və sənayesində kapitalist ünsürlərinin yaranıb inkişaf etməsi, feodal istehsal münasibətlərinin sıxışdırılması şübhəsiz ki, mütərəqqi hal kimi qiymətləndirilə bilər. Azərbaycanda demək olar ki, Yaxın və Orta Şərqdə məşhur olan kənd təsərrüfatı məhsullarının bütün növləri yetişdirilirdi. XVII əsrin 40-cı illərində Azərbaycanda olmuş türk səyyahı Övliya Çələbi burada taxıl və s. bitkilərin yetişdirilməsi barədə geniş söhbət açır.



    Azərbaycanda bu dövrdə çəltik, paxla əkininə böyük yer verilirdi. Övliya Çələbinin məlumatına görə Gəncə, Şamaxı, Təbriz, Naxçıvanda çəltik, paxla yetişdirilirdi. Azərbaycanda eləcə də Gəncədə kənd təsərrüfatının inkişafı ilə əlaqədar ekspozisiyada kənd təsərrüfatı alətlərindən xış, toxa, dırmıx, şana, kirkirə və qoşa vəllər ilə bərabər XIX əsrdə kəndlinin əkin sahəsi təsvir olunmuş maket muzeyə gələnlərin marağına səbəb olur.



    Əmtəə pul münasibətlərinin inkişafı üçün şosse yollarının qaydaya salınmasının, xüsusən də dəmir yollarının çəkilməsinin böyük əhəmiyyəti olmuşdu, yolların xeyli hissəsi təmir olunmuş yaxud da yeni istiqamətlərdə uzadılmışdı. 1883-cü ildə Qafqaz dəmir yolunun Bakı ilə Tiflisi birləşdirən hissəsinin və 1900-cü ildə isə Bakını Rusiyanın mərkəzi quberniyaları ilə birləşdirən Bakı-Vladiqafqaz dəmir yolunun istismara başlaması ölkənin iqtisadi inkişafında mühüm əhəmiyyətə malik idi.



    Ekspozisiyada nümayiş olunan 1883-cü ildə Tiflis-Bakı dəmir yolu çəkilməsinə dair xəttlə hərəkət edən paravoz maketi diqqəti cəlb edən eksponatlardandır.
    [
    Ya da
    [

  10. #30
    Moderator
    Üyelik tarihi
    Feb 2007
    Mesajlar
    6.163
    Gəncə 1930-1940 illərdə

    Xalq Cümhuriyyətinin süqutundan sonra Azərbaycan tarixinin sovet dövrü başlandı. Keçmiş Rusiya imperiyasını bərpa etmək məqsədini güdən bolşeviklər Azərbaycanda da işğalçılıq niyyətlərini həyata keçirən 1920-ci il aprelin 28-də Bakıda Azərbaycan Sovet Sosialist Respublikasının yaradılmasını elan etdilər. Bütün hakimiyyəti Müvəqqəti İnqilab Komitəsinə verdilər. Bolşeviklərin təsiri güclü olan bəzi yerlərdə Sovet ordu hissələri hələ özünü yetirməmiş hakimiyyət onların əlinə keçmişdi. Aprelin 28-30-da Gəncə, Lənkəran, Şamaxı, Salyan, Şuşa, Ağdam və b. yerlərdə bolşeviklər hakimiyyəti artıq ələ almışdılar. Buna baxma-yaraq XI Qızıl ordu öz işğalçılıq missiyasını davam et-dirirdi. 1920-ci ildə mayın 1-də Qırmızı ordu Azərbaycan milli ordu hissələrinin müqavimətini qıraraq Gəncəyə daxil olmuş, Qazağı zəbt etmiş, Şamaxı və Göyçayı, Şəkini, Zaqatalanı, Balakəni ələ keçirmişdi. May ayının ortalarında Qarabağ bölgəsini nəzarət altına almışdı.



    Sovet rejimi yarandığı andan diktatura tipli quruluş ol-muşdu.Təsadüfi deyil ki, o, proletariat diktaturası adlandı-rılırdı. Özünü dünyada ən demokratik, ən azad dövlət,ən humanist cəmiyyət kimi təbliğ edən bir ölkədə hər an insan haqları və azadlıqları pozulurdu. Bütün ölkədə o cümlədən Azərbaycanda, avtoritar rejimin öz müstəqil fikri və sər-bəst düşüncəsi olan vətəndaşlara qarşı kütləvi represiyala-rın təşkili buna misal ola bilər. Bu represiyalar əsasən, açıq fikirli, istedadlı, qabaqcıl ziyalılara, təcrübəli dövlət xadim-lərinəqarşı çevrilmişdi. 1937-ci ildə “xalqa xəyanətdə", "əksinqilabi" və "cəsusluq" fəaliyyətində təqsirləndirilən partiya rəhbərləri, o cümlədən R. Axundov, Ə. Qarayev, S. M. Əfəndiyev, Q. Musabəyov, Q.Vəzirov, D.Bünyadzadə mühakimə olunub güllələndilər. Təkcə 1937-ci ildə Azər-baycanda 29 min "xalq düşməni" güllələndi və ya Sibirə sürgün olundu. 1937-1938-ci illərdə Azərbaycanın məşhur ziyalılarından H.Cavid, M.Müşfiq, Əli Nəzmi, Əhməd Cavad, T. Şahbazi, S.Mümtaz, S. Hüseyn, B. Talıblı, H. Sanılı, Ə. Razi və minlərlə başqaları represiya qurbanı oldular. Ekspozisiyamızda represiya qurbanlarından olan D.Büyadzadənin teatr kollektivi arasında foto şəkli, Ə. Nəzminin "Kefsiz" imzası ilə "Molla Nəsrəddin" jurnalının 3№-də nəşr edilmiş fleytonu nümayiş etdirilir. Eyni zamanda xalq artistləri S.Ruhulla, M.Davıdova Gəncə dram teatrının artistləri ilə birlikdə çəkdirdiyi (1931) foto şəkil, məşhur tarzən Məşədi Cəmil Əmirovun (1930) foto şəkli, Bül-bülün "Sandıq" mahnısının not dəftəri və Bülbülün foto şəkli muzeyimizin Müasir dövr şöbəsinin ikinci otağında saxlanılır. Burada saxlanılan eksponatların içərisində hə-min dövrün maarifçiləri Mir Cəlalın, Cavadzadə Cahan-baxşın, Zeynal Xəlilin, Əhməd Cəmilin, Səməd Vurğunun foto şəkilləri də vardır. Həmçinin burada həmin dövrdə şəhərimizdə dərc olunmuş "Şura Gəncəsi" (1929), "Kirovabad bolşeviki" (1937) qəzetləri, mətbəə işçisi olmuş İ. Məmmədbəyovun şəxsi əşyaları və mətbəə işçiləri ara-sında foto şəkli saxlanılır.



    1939-cu il sentyabr ayının 1-də Almaniya Polşa üzə-rinə hücuma keçir. Bir gün sonra İngiltərə və Fransa Al-maniyaya müharibə elan edirlər. Bununla da İkinci dünya müharibəsi başlandı. Tezliklə Almaniya müttəfiqi İtaliya ilə birlikdə Qərbi, Mərkəzi və Cənub Şərqi Avropanın bü-tün ölkələrini işğal etdi. Dünya ağalığına sahib olmaq üçün o, SSRİ-ni də işğal etməli idi. Bunun üçün geniş hüçum planı hazırlanmışdı.


    Gəncə 1941-1945 illərdə

    1941-ci il iyunun 22-də Almaniya SSRİ-yə hücum etdi. "Barbarossa planı"na görə alman ordusu ildırım sürətilə Sovet ordusuna ağır zərbələr endirməli, qışa qədər Arxangelsk-Həştərxan xəttinə çıxmalı idi. Almaniyanın işğalçılıq planında Azərbaycan xüsusi yer tuturdu. Azərbaycanın sərvətləri, Qərb və Şərq arasındakı əlverişli strateji coğrafi mövqeyi faşistlərin diqqətini cəlb edirdi.



    Müharibənin ilk günlərindən Azərbaycan xalqı da SSRİ-nin başqa xalqları ilə birlikdə işğalçılara qarşı mübarizəyə qalxdı.Azərbaycanda 1941-ci ilin avqustunda 402-ci, oktyabrında 223-cü, 1942-ci ilin mart-sentyabr aylarında 416-cı, avqust-sentyabrda 271-ci milli atıcı diviziyalar ya-radıldı.



    Müharibə illərində Azərbaycan zəhmətkeşləri ölkənin müdafiə fonduna 15 kq qızıl, 1000 kq gümüş, tank kolon-nası və təyyarə eskadrilyasının təşkili fonduna 230 mln. manat, 75 mln. ton neft, 5 mln. tondan artıq benzin ver-mişdilər.



    Müharibənin ilk günlərindən minlərlə Azərbaycan və-təndaşı cəbhələrdə düşmənə qarşı mərdliklə vuruşurdu. 1941-ci ilin dekabrında Novqorod yaxınlığında gedən dö-yüşlərdə kiçik leytenant İsrafil Məmmədov böyük qəhrəmanlıq göstərdi və azərbaycanlılar arasında ilk dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldü. Müasir dövr şöbəsinin II dünya müharibəsinə aid salonunda İ.Məmmədovun büstü, onun şəxsi əşyaları və foto şəkilləri verilmişdir.



    Ağır döyüşlərdə əsir düşmüş və faşist əsir düşərgələrinə salınmış əsirlərin çoxu əsarətdən qurtulmaq üçün mübarizəni davam etdirir, düşərgədən qaçıb partizanlara qoşulurdu. Azərbaycanlılar Avropa xalqlarının partizan və antifaşist müqaviməti hərəkatlarında da iştirak edirdilər. Ekspozisiyamızda partizan hərəkatlarında iştirak etmiş Hümmət Namazovun, Qəhrəman Əsgərovun, M. Qulubəyovun, Mirdaməd Seyidovun, İsgəndər Orucovun, Zülfüqar Məmmədovun foto şəkilləri və dövrü mətbuatda onların haqqında məqalələr verilmişdir.


    Gəncə müharibədən sonrakı dövrlərdə

    Azərbaycan SSR-ə rəhbərlik 1969-cu ilin iyulunda Heydər Əlirza oğlu Əliyevə tapşırıldı.



    H.Əliyev 1923-cü il mayın 10-da Naxçıvan şəhərində fəhlə ailəsində anadan olmuşdur. 1941-ci ildən Naxçıvan MSSR Xalq Daxili İşlər və Xalq Komissarları Sovetində şöbə müdiri, 1944-cü ildən Dövlət Təhlükəsizlik Komitəsində işləməyə başlamışdır. 1964-cü ildə Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsi sədrinin müavini, 1967-ci ildə isə sədr təyin edilmişdir.



    Azərbaycan KP MK-nin birinci katibi seçilən H.Əliyev ilk günlərdən Respublikada qanunçuluğun qorunması, idarəçiliyin möhkəmləndirilməsi işində əhəmiyyətli addımlar atdı. O, korrupsiyaya qarşı ciddi mübarizəyə başladı.



    H.Əliyevin 1969-1982-ci illərdə respublikaya rəhbərliyi dövründə 250-dən çox zavod, fabrik, istehsal sexləri istifadəyə verildi. 630 min nəfərlik yeni iş yerləri açıldı. H.Əliyev 1975-ci ildə Bakıda Kondisionerlər zavodunun tikilməsinə nail oldu. Bakı, Sumqayıt, Gəncə şəhərləri böyüdü. Minlərlə məktəb, klub, kitabxana, xəstəxana, istirahət evi və s.tikildi.



    Gəncənin də 70-ci illərdən bu yana olan inkişaf tarixi Heydər Əliyev cənablarının bu şəhərə göstərdiyi xüsusi diqqət və qayğının intibah tarixidir. Heydər Əliyev Gəncəni hər tərəfli diqqət mərkəzində saxlamışdır. 70-ci illərin əvvəllərindən başlayaraq şəhərdə yeni istehsal obyektlərinin inşasına başlanıldı. H.Əliyevin təşəbbüsü ilə Qənnadı fabrikinin təməli qoyuldu, nəhəng Çini qablar zavodu qədim dulusçuluq sənətinin müasir sənaye davamçısı kimi işə salındı. Billur zavod Azərbaycanda elektron sənayesinin inkişafının təməlini qoydu. Bilavasitə H.Əliyevin təşəbbüsü ilə şəhərdə miqyasına görə nəhəng Gəncə avtomobil zavodu, tikilməyə başladı. Xalça kombinatının ikinci növbəsi, Taxıl məhsulları, ət, süd, iri panelli evtikmə kombinatları, əlvan metalların emalı, iki saylı şərab, Azərkənd-sutikinti Dövlət Komitəsinin dəmirbeton zavodu, quşçuluq fabriki, "Kəpəz" mehmanxanası, Gil-torpaq kombinatının genişləndirilməsi, 40 min sakini olan "Yeni Gəncə" yaşayış qəsəbəsi, "Allüminiumçular" yaşayış qəsəbəsi, "Gülüstan" yaşayış qəsəbəsi və s. H.Əliyevin Azərbaycan xalqı üçün eləcədə Gəncəlilər üçün gördüyü işlərin bir hissəsidir.



    H.Əliyevin hakimiyyəti dövründə erməni separatçıları açıq çıxışlardan çəkinirdilər. Bölgənin iqtisadi və mədəni inkişafı diqqət mərkəzində salanılırdı. Şuşanın mədəni və iqtisadi inkişafına qayğı göstərilirdi.



    Ekspozisiyamızda həmin dövrdə Gəncədə fəaliyyətə başlamış və yaxud da fəaliyyətini genişləndirmiş bir çox zavod, fabrik və kombinatların foto şəkilləri və istehsal etdiyi əşyalar verilmişdir.



    Partiya təşkilatçılığı, dövlət idarəçiliyi sahəsində böyük qabiliyyəti sayəsində Heydər Əliyev 1982-ci ilin dekabrında Sov. İKP. MK siyasi bürosuna üzv seçildi, SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini təyin edildi və bu imkanlardan da Azərbaycanın inkişafı naminə istifadə etdi.



    80-ci illərin ortalarında sovet cəmiyyətinin iqtisadi, siyasi və mənəvi həyatında böhranqabağı vəziyyət yaranmışdı. İstehsalın artım sürəti, səmərəliliyi, əməyin məhsuldarlığı durmadan aşağı düşürdü. Kommunist ideologiyasına inam azalmışdı. Azərbaycan da daxil olmaqla müttəfiq respublikalarda milli özünüdərk, hüquqların tapdanmasına, sərvətlərin talan olunmasına etiraz güclənməkdə idi.



    1989-cu ildə ölkədə ilk dəfə olaraq çoxmandatlı sistem əsasında xalq deputatları arasında Kommunist partiyasının namizədləri çoxluq təşkil etsələr də, siyasi müxalifət üçün şərait yaranırdı.



    Azərbaycanda Mərkəzin qeyriardıcıl, sistemsiz və ziddiyyətli siyasəti anlaşılmır, "sürətləndirmə", "demokratikləşdirmə", "aşkarlıq" və başqa çağırışlar forma etibarı ilə yeni siyasi fənd kimi qəbul edilirdi.



    “Yenidənqurma” və aşkarlıq imperiyanın süqutunu sürətləndirirdi. Moskva müxtəlif manevrlər etməklə labüd iflasın qarşısını almağa çalışdı. Respublikalarda, regionlarda milli qarşıdurma yaratmaqla ölkə əhalisinin diqqətini vacib məsələlərdən yayındırmağa cəhdlər göstərilirdi. Belə pozucu addımlardan biri türk xalqlarına nifrəti qızışdırmaq, xristian-müsəlman qarşıdurması yaratmaq idi. Heydər Əliyev qeyd edirdi ki, Qorbaçovun ən bariz xüsusiyyəti müsəlman-türk dünyasına qarşı olan düşmənçilik idi.
    [
    Ya da
    [

Sayfa 3/3 İlkİlk 123

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.