9 sonuçtan 1 ile 9 arası

Çingiz Mustafayevin şəhid olmasından 18 il keçir

  1. #1
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    3.585

    Çingiz Mustafayevin şəhid olmasından 18 il keçir


    Qısa həyatı və hətta öz ölümü ilə Çingiz Mustafayev "vətənpərvərlik - dəbdə deyil" kimi fikirləri alt-üst etdi. Çingiz “vətənpərvər” sözünün həqiqi mənasını özünə qaytardı. Əgər onun kimiləri daha çox olsaydı, kim bilir, bəlkə də biz Qarabağı itirməzdik...

    O bizim yaddaşımızda elə belə də qaldı - tikə-tikə edilmiş Xocalı körpələrinin nəfəssiz bədənləri üzərində ağlayan Çingiz Mustafayev. Bu, onun ermənilər tərəfindən törədilən qanlı faciə yerində çəkdiyi ilk kadrlar idi. Bütün dünyanı gəzən və erməni separatçılarının vəhşiliyini nümayiş etdirən ilk kadrlar. Yəqin ki, Çingiz elə onda milyonlarla azərbaycanlının ürəyində və beynində Milli Qəhrəman kimi həkk olundu.
    Görəsən, Çingiz ömrünün sonuna necə az qaldığını bilsəydi... Yox, o, müharibənin az hiss edildiyi şəhərdə gizlənməzdi, təhlükəli cəbhə müxbiri peşəsindən əl çəkərək artıq tanınmış jurnalist kimi qalmağı üstün tutmazdı. O, Qarabağın taleyi həll olunan, əsgərlərin həlak olduğu, qadın və uşaqların ermənilər tərəfindən girov götürüldürü cəbhəyə doğru can atırdı.

    Əgər o bilsəydi... Qorxmadan demək olar ki, o, heç bir təhlükəyə baxmadan ölkəsinin taleyi həll olunan cəbhəyə yenidən qayıdardı. Çingiz Mustafayev təhlükə riskinin nə qədər böyük olduğunu çox yaxşı başa düşürdü, amma həmin vaxt Bakıda hakimiyyət uğrunda mübarizə aparan yalançı vətənpərvərlərdən fərqli olaraq özünü qırağa çəkmədi.

    Çingiz üçün Vətən, Azərbaycan anlayışı yəqin ki, “ana”, “həyat”, “ailə” sözlərinin daşıdığı məna ilə bir idi. Onları satmaq olarmı? Məhz buna görə də Çingiz əsgərləri geri çəkilməməyə, vicdana çağırmaq üçün son nəfəsinə qədər qışqırırdı: “Kişisiniz yoxsa, yox?”. Şərq kişisi üçün onun cəsarətini şübhə altına almaqdan o yana heç bir təhqir yoxdur. Kim bilir, bəlkə də bu, onun artıq tarix qarşısında qoyduğu məsələdir. Geri çəkilən əsgərlərə çağırışı ilə o, doğma torpağı müdafiə etməyə kömək etdi. Çingiz Azərbaycana lazımdır. Gün gələcək ki, itirilmiş torpaqlar uğrunda döyüşmək lazım gələcək. Bax onda qorxusuz və məzəmmətsiz arxası ilə digərlərini aparan onlarla, yüzlərlə Çingiz lazım olacaq.

    Bu gün Azərbaycanda Çingiz Mustafayev adına radiostansiya, Çinfiz Mustafayev adına fond fəaliyyət göstərir. Amma Çingizin özü yoxdur- 18 il bundan əvvəl o, bizi əbədi olaraq tərk edib.
    [

  2. #2
    Moderator
    Üyelik tarihi
    Dec 2006
    Mesajlar
    2.721

    Re: Çingiz Mustafayevin şəhid olmasından 18 il keçir

    Allah rehmet elesin ! Serefle anilasi nadir insanlardandir.
    [

  3. #3
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Dec 2009
    Yer
    Türkiye
    Mesajlar
    2.269

    Re: Çingiz Mustafayevin şəhid olmasından 18 il keçir

    Allah Rahmet elesin
    HaKKım heLaL,Sewqim haRam oLsun

  4. #4
    Senior Member
    Üyelik tarihi
    Mar 2010
    Yer
    Baki
    Mesajlar
    357

    Re: Çingiz Mustafayevin şəhid olmasından 18 il keçir

    Əsil türk oğlu olduğunu sübut edən Çingiz Mustafayev Allah rəhmət eləsin.Mövzuya görə təşəkkür
    Zaman daralır......

  5. #5
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    3.585

    Re: Çingiz Mustafayevin şəhid olmasından 18 il keçir

    [youtube:1v2c0ocv]http://www.youtube.com/watch?v=kUfu9LobcBw[/youtube:1v2c0ocv]
    [

  6. #6
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Dec 2009
    Yer
    I Am From Azerbaijan
    Mesajlar
    2.818

    Re: Çingiz Mustafayevin şəhid olmasından 18 il keçir

    Allah Rəhmət Eləsin
    [

  7. #7
    Senior Member
    Üyelik tarihi
    Jun 2010
    Mesajlar
    594

    Re: Çingiz Mustafayevin şəhid olmasından 18 il keçir

    Allah rəhmət eləsin...
    Məncə o şəhid olmasaydi da ya elə ya belə Vətənimizin bu halina aciyib dünyasini dəyişəcəkdi.!Onun çəkilişlərindən həddindən artiq əzab çəkdiyini görmək olar.
    Nə deyək ki...Torpaği nurla dolsun.

  8. #8
    Moderlər
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    2.892

    Re: Çingiz Mustafayevin şəhid olmasından 18 il keçir

    Allah şehidlerin hamisina rehmet elesin.Coxlarina şəhid deyirler.Məncə əsil şəhid Cingizdi.Onun anasi fexr etmelidi oğluyla.Cox teesüflerki bele oğullar azdi bizde.Torpaq uğrunda ölen varsa vetendi... Cingiz sözün esil menasinda veten ücün öldü..Qebri nurla dolsun... Cingiz kimi oğullarimiz cox olsun ki torpaqlarimizi ala bilek
    Yaşamaq istəyirsənsə, hərəkət et. Süküt ölümdür

  9. #9
    Senior Member
    Üyelik tarihi
    Mar 2010
    Yer
    Baki
    Mesajlar
    357

    Re: Çingiz Mustafayevin şəhid olmasından 18 il keçir

    Atatürkün belə sözü var:Bayrağı bayrak edən üstündəki kandır, toprak ugrunda ölen varsa vatandır
    Zaman daralır......

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.