6 sonuçtan 1 ile 6 arası

Ermənilər Qarabağda qondarma muzey yaradıblar

  1. #1
    Senior Member
    Üyelik tarihi
    Mar 2010
    Yer
    Baki
    Mesajlar
    357

    Ermənilər Qarabağda qondarma muzey yaradıblar

    Ermənilər yenə Azərbaycanın daşlarından özlərinə tarix tikməyə cəhd göstərirlər. Qondarma Dağlıq Qarabağ Respublikasında adı heç bir tarixi mənbələrdə qeyd olunmayan, naməlum "Tiqranakert" şəhərinin muzeyi açılıb. Erməni mətbuatının (news.am) yazdığına görə, şəhər bizim eradan əvvəl I əsrdə erməni çarı Böyük Tiqran tərəfindən salınıb və 14-cü əsrədək mövcud olub.
    Qondarma respublikanın turizm şöbəsinin rəisi Sergey Şahverdiyan muzeyin açılış mərasimində bəyan edib ki, muzeyin yaradılması növbəti dəfə "tarixi həqiqətləri" sübut edir: "Tiqranakert də - Van, Muş, Kars və Ardaqan kimi bizim vətənimizdir". O, Tiqranakertin “respublikada” ən nəhəng turizm mərkəzi olacağına inandığını qeyd edib
    Muzey haqqında materiallardan ibarət kitabın nəşrinin hazırlıq işləri gedir. Sözsüz ki, kitabda ermənilərin yenidən yazdığı qədim erməni tarixindən qondarma faktlar yer alacaq.
    Ermənilər II Tiqranın dörd şəhərin əsasını qoyduğunu iddia edirlər. Onların iddiasına görə, "Tiqranakert"lərdən biri Azərbaycanın işğal olunmuş ərazilərində yerləşib. Bu məqsədlə Ermənistanın Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları hələ ötən illər ərzində Azərbaycanın işğal olunmuş ərazilərində arxeoloji qazıntılar aparıb. Qazıntıların nəticələri ilə bağlı mətbuat konfransında çıxış edən Hamlet Petrosyan erməni çarı II Tiqran tərəfindən əsası qoyulmuş Tiqranakert şəhərinin qalıqlarını tapdıqlarını bəyan edib. Erməni arxeoloqlarının bildirdiyinə görə, qazıntılar zamanı qədim akropolun divarları, kilsə qalıqları və qəbirlər tapılıb.
    Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun Çöl tədqiqatları sektorunun müdiri, Mil-Qarabağ arxeoloji ekspedisiyasının rəhbəri, tarix elmləri namizədi Təvəkkül Əliyev "Paritet" qəzetinə açıqlamasında bildirib ki, 2005-ci ildən başlayaraq Ermənistan Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya institutu müxtəlif beynəlxalq fondlardan və dünyanın hər yerinə səpələnən erməni lobbisindən maliyyə dəstəyi alaraq Dağlıq Qarabağa Hamlet Petrosyanın rəhbərliyi ilə ekspedisiya göndərir. Bu ekspedisiya işğal olunmuş Azərbaycan torpaqlarında – Şuşada, Ağdamda və Xocalı ətrafında hər il 15 gün müddətində qazıntılar aparır. Ekspedisiyanın əsas diqqəti Ağdam yaxınlığındakı yaşayış məskənlərinə yönəlib. H. Petrosyanın iddiasına görə, bu e.ə I əsrdə Tiqranın zamanında salınmış dörd Tiqranakert şəhərindən biridir. Tədqiqat rəhbərinin sözlərinə görə, onların bir gününə 1000 ABŞ dolları kifayət etmədiyinə görə, onlar üçün daha artıq vəsait tələb olunur. 2008-ci ilin məlumatına görə, Tiqranakert şəhərində tədqiqatların aparılması üçün Ermənistanın dövlət büdcəsindən 35 milyon dram pul ayrılıb ki, bu da təxminən 100 min dollardır.
    Zaman daralır......

  2. #2
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    3.585

    Re: Ermənilər Qarabağda qondarma muzey yaradıblar

    tarixi olmayan dılğırlar tarix yardır muzey yaradır bunların yaxşısınada nəhlət pisinədə
    [

  3. #3
    Senior Member
    Üyelik tarihi
    Mar 2010
    Yer
    Baki
    Mesajlar
    357

    Re: Ermənilər Qarabağda qondarma muzey yaradıblar

    Azərbaycan Milli Elmlər Akademiyasının qənaəti və reallıq da budur ki, onların “Tiqranakert” kimi qələmə verdikləri ərazi hələ 1751-ci ildə Qarabağ xanı Pənahəli xanın bünövrəsini qoyduğu Şanbulaq qalasıdır. Yəni bu qala tarixi olsa da XVIII əsrdən daha qədim dövrə aid edilir. Qalanın divarlarına müxtəlif cür şəkillər çəkməklə dünyaya car çəkillər ki, bu, “Tinqanakert”in qalıqlarıdır. Maraqlıdır ki, bütün daşların üzərinə özləri xaç düzüblər ki, bunu özlərinin qədim şəhəri kimi qələmə versinlər. Amma digər tərəfdən özləri yaxşı bilirlər ki, e.ə.I əsrin birinci yarısında İsa Peyğəmbər doğulmamışdı, deməli, xristianlıq da yarana və yayıla bilməzdi. Bölgənin demək olar ki, bütün yaşayış məntəqələri haqqında müfəssəl məlumat verən orta əsr ərəb tarixçilərinin heç birinin əsərində Tinqanakert xatırlanmır.
    Beləliklə ermənilər tarixi və abidələri saxtalaşdırır, yalnız ideoloji –siyasi maraqlar güdürlər.
    Zaman daralır......

  4. #4
    Senior Member
    Üyelik tarihi
    Mar 2010
    Yer
    Baki
    Mesajlar
    357

    Re: Ermənilər Qarabağda qondarma muzey yaradıblar

    Alıntı AgLaYaN_BuLuD Nickli Üyeden Alıntı
    tarixi olmayan dılğırlar tarix yardır muzey yaradır bunların yaxşısınada nəhlət pisinədə
    Hirslənmə Emin haqq öz yerini tapacaq əvvəl-axır
    Zaman daralır......

  5. #5
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    3.585

    Re: Ermənilər Qarabağda qondarma muzey yaradıblar

    inşallah
    [

  6. #6
    Senior Member
    Üyelik tarihi
    Nov 2009
    Yer
    Naxçıvan
    Mesajlar
    546

    Re: Ermənilər Qarabağda qondarma muzey yaradıblar

    Şerefsiz ermeniler
    Dısımda kahkaLardan bi Suuret... İcimde Kan agLayan bi VeLet

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.