6 sonuçtan 1 ile 6 arası

Azərbaycanlılara məktub

  1. #1
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    3.585

    Azərbaycanlılara məktub


    Salam, atacan!

    Necəsən? Nə var nə yox? Məndə hər şey həmişəki kimidir. Amma baharın gəlməsinə baxmayaraq, buralar hələ də soyuqdu. Qış keçdi və qar əridi. 17 il əvvəl səninlə ayrıldığımızdan bəri sənə çoxlu məktub yazır, bu məktublarda öz yaşayışımdan danışırdım. Deyəsən o məktublar sənə gəlib çatmayıb, ya da sən onları oxumamısan. Bəlkə də düz eləmisən, yoxsa mənə görə narahat olardın və vicdan əzabı çəkərdin. Amma mən sənin oğlunam və bunun necə çətin olduğunu başa düşürəm. Ona görə də çox vaxt səsimi çıxarmıram və heç bir şey olmamış kimi davranmağa çalışıram.

    Sən məni onlara verdikdən sonra mən onların dilində danışmağı öyrənmişəm. İndi yalnız o dildə danışıram. Əvvəl-əvvəl çətin idi. Ətrafımda hər kəs bunun mənim öz doğma dilim olduğunu və damarlarımda axdığını, lakin sənin onu məhv etməyə çalışdığını desələr də, mən bunun yalan olduğunu bilirəm. Sən həmişə mənim müxtəlif dillərdə danışmağımın tərəfdarı idin. Sən digər uşaqlarını da müxtəlif dillərdə danışmağa məcbur edirdin. Qonaqların xətrinə dəymək istəmirdin axı. Düzünü desəm mən bunu başa düşmürdüm. Əgər onlar qonaqdırlarsa onlar sənin dilini öyrənməli idilər. Ancaq nədənsə bizdə hər şey əksinə idi. Mən də ona görə hamıdan nümunə götürərək qonaqlara aydın olan dildə danışmağa çalışırdım ki, düşünməsinlər ki, mən özümdən razıyam. Mən həmişə bilirdim ki, mən gözəl, istedadlı, sevimli və hamıdan fərqliyəm. Lakin indi düşünürəm ki, bütün bunlar nəyimə lazımdır? İndi başa düşürəm ki, bu gözəlliyim başıma dərd açdı, aləmi qatdı və nəticədə heç kimə qalmadı. Bu illər ərzində mən arıqladım, ciddiləşdim və daha az cazibədar oldum. Yəqin mənə hərbi vəziyyət yaraşır. Bəlkə belə daha cəsarətli görünürəm.


    Atacan, bu cəsarət nəyimə lazımdı? Bu cəsarətimlə kimi vahiməyə salacam ki? Səni? Atacan mən səninçün, bir yerdə keçirdiyimiz vaxtlarçün çox darıxıram. Biz ayrılandan bəri mən hər gecə müxtəlif yuxular görürəm. Yuxularımda biz bir yerdəyik, öz dilimizdə danışırıq, mən bəzəkliyəm, yaralarım da yoxdu, hələ üstəlik oxuyuram da, elə oxuyuram ki, səsim bütün qəlbləri coşdurur.
    Mən sənə demək istəmirdim, ancaq indi mənim yeni adım var. Bağışla, amma onlar mənim adımı dəyişib özləri istədikləri kimi çağırmağa başladılar. İndi mənim adım-A.. Ən yaxşısı mən bu adı sənə yazmayım, yəqin bu sənə pis təsir edər. Mən səni vacib işlərindən ayırıb əhvalını korlamaq istəmirəm. Yəqin bu məktub da, mənim səhvim idi. Nahaq yerə onu sənə yazdım və səni öz problemlərindən ayırdım. Amma inan, özümü elə pis hiss edirəm. Ətrafda hər kəs yaddır. Hər yerdə onlardır-məni dəyişmək, özlərinə oxşar eləmək istəyirlər, üzərimə işarə və çapıqlar qoyurlar ki, sonra desinlər:
    Baxın ,bu anadangəlmə ləkədir.

    Atacan, mənim müqavimət göstərməyə daha gücüm qalmayıb. Mən susaraq bütün təhqirlərə dözürəm. Mən artıq onlara öyrəşməyə başlayıram, onlar kimi iyrəncləşirəm. Bilirsən 17 il bütün kökləri kəsib atmağa bəs etməz, lakin 17 il bu köklərin yerində yeni nəsil yetişdirməyə çatar. Bəlkə də nə vaxtsa gorüşsək, sən məni tanımazsan .Zaman insafsızdı və haqsızlıqlar mənim yaddaşımda dərin iz buraxıblar. Bunu sənə heç vaxt bağışlamayacam...

    Bu sadəlövh suala görə bağışla, sən məni geri qaytarmaq istəmirsənmi?

    İmza: Sənin oğlun QARABAĞ...
    [

  2. #2
    Senior Member
    Üyelik tarihi
    Apr 2010
    Mesajlar
    128

    Re: Azərbaycanlılara məktub

    EAST or WEST HOME is BEST..!!!!!!

  3. #3
    Senior Member
    Üyelik tarihi
    Mar 2010
    Mesajlar
    1.376

    Re: Azərbaycanlılara məktub

    Alıntı AgLaYaN_BuLuD Nickli Üyeden Alıntı
    Bəlkə də nə vaxtsa gorüşsək, sən məni tanımazsan .Zaman insafsızdı və haqsızlıqlar mənim yaddaşımda dərin iz buraxıblar. Bunu sənə heç vaxt bağışlamayacam...

    Bu sadəlövh suala görə bağışla, sən məni geri qaytarmaq istəmirsənmi?

    İmza: Sənin oğlun QARABAĞ...

    Ölmək dəhşət deyil, dəhşət yaşamaqdır

  4. #4
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    3.585

    Re: Azərbaycanlılara məktub

    [youtube:7wpx2d63]http://www.youtube.com/watch?v=9LQMrlaY3ME[/youtube:7wpx2d63]


    Qarabağın ən səfalı yerlərindən olan Laçının son görüntüləri
    [

  5. #5
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Dec 2009
    Yer
    I Am From Azerbaijan
    Mesajlar
    2.818

    Re: Azərbaycanlılara məktub

    [

  6. #6
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    3.585

    Ermənilər Ağdamın adını dəyişib Akna qoydular!!!


    Dağlıq Qarabağ separatçı rejiminin qərarı ilə Ağdam şəhəri Akna adlandırılıb. Akna vaxtilə Əsgəran rayonunda məhəllələrdən birinin adı olub. Separatçı rejimin məlumatına görə, hazırda Ağdamda 360 nəfər yaşayır. İşğal altındakı şəhərdə su və elektrik enerjisi yoxdur (ANSPRESS).

    Qeyd edək ki, Ağdam rayonu 1993-cü il iyulun 23-də işğal edilib. Ərazisinin 70 faizini itirən Ağdamın işğalı ilə Azərbaycan iqtisadiyyatı 3 milyard manat vəsait itirib. 40 min ha-dan çox əkin sahəsi olan Ağdam ölkənin ən iri aqrar rayonlarından sayılıb.

    “Belə bir qərarın onun üçün istifadə olunan kağız və mürəkkəbdən artıq qiyməti ola bilməz”. Bu sözləri “Qafqazinfo”ya eksklüziv açıqlamasında Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Elxan Poluxov Ağdamın adının separatçı rejim tərəfindən dəyişdirilməsinə münasibət bildirərkən deyib. XİN-in sözçüsü deyib ki, münaqişə tərəfi Ermənistan və Azərbaycandır və tərəflər danışıqlar aparırlar. Onun sözlərinə görə, qondarma rejimin hansısa bir qərarı gülünc bir şeydir: “Bununla bağlı hər hansı bir reaksiya verməyə ehtiyac yoxdur”.

    Qeyd edək ki, Ağdamın adını dəyişdirən separatçı Dağlıq Qarabağın inzibati ərazi və yerli özünüidarə şöbəsinin müdiri Sergey Nasibyan bildirib ki, bu qərarın məqsədi Ağdamda yaşayan əhaliyə torpaq sahələrinin verilməsi və digər daxili məsələlərin tənzimlənməsidir.
    [

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.