Bir gün Dədə Qorqud türk ellərindən birini ziyarət edir. Görür ki, hamı oturub yeyir-içir, kimi oynayır, kimi oxuyur. Birdən gözü qıraqda tək-tənha oturmuş gəncə sataşır. Gedir oglanın yanına, görür ki, oğlan köks ötürüb sonu bilinməyən dağlara böyük həsrətlə baxır və nə isə gözləyir. Ozan Qorqud soruşur:

-Nəyi gözləyirsən igid?

Oglan cavab verir:--Lazımı gözləyirəm Dədə, Lazımı.

-Hansı lazımı oğul?

-Ay dədə bəs o gün prezident demədi ki, Lazım gəlsə QARABAĞI alacayıq mən də gözləyirəm ki, Lazım gəlsin gedim əziz Vətənimi kafirlərədən təmizləyim,azad edim.

Dədə deyir:

-Oğul bir o dağa bax.

Oğlan dağa baxır birdən yerindən qalxır və deyir:

-Dədə, bu ki, Lazımdır.

Bəli bu doğurdan da Lazım idi. Bir əlində Göy rəngli artıq itirilmiş türkçülüyun, qürurun, yenilməzliyin rəmzi, o biri əldə al rəngli hamını mübarizəyə səsləyən bir bayraq tutub gənc igidə tərəf gəlirdi. Lazım yaxınlaşan kimi gənc onun yanına gedir və deyir:

-Ay Lazım, hardasan bu 15 ildi? Gözümüzün nuru qaçdı səni gözləməkdən. Məgər sən başımıza gələnlərdən bixəbərsən?

Lazım cavab verir:

-Yox, ey igid, mən artıq 15 ildir ki, burdayam, amma çox heyif məni səndən başqa heç kim görmür. Sözlərini dedikdən sonra yenidən əmələ gəldiyi kimi yox olur.

Gənc deyir eybi yoxdu mən əlimə silah alıb VƏTƏNİMİ düşmən işğalından xilas edəcəm. Ölsəm də bu mənim üçün ən şərəfli ölüm olacaq. TÜRK VƏTƏN naminə ölmək üçün yaranıb!

Dədə cavab verir:

-Yox oğul tək əldən səs çıxmaz.

"Mən nə edim Dədə?" deyə gənc soruşur.

Yatmış igidləri oyat oğlum. Yadlarına sal ki, onlar TÜRK-dürlər.

Gənc ayağa qalxır, digər ərənlərin, alpların, pəhləvanların,damarlarında TÜRK qanı axan igidlərin yanına gedir və deyir:


EY ALP ƏRƏNLƏR! ÜSTÜNDƏ GÖY ÇAXMADIQCA, ALTDAN YER DİLİNMƏDİKCƏ BİLİN Kİ, TÜRK DÖVLƏTİ POZULMAZ VƏ DAĞILMAZDIR! ÖZÜNÜZƏ QAYIDIN TÜRK OĞULLARI, SİZ ÖZÜNÜZƏ QAYIDANDA DAHA BÖYÜK OLURSUNUZ!