Sayfa 1/2 12 SonSon
15 sonuçtan 1 ile 10 arası

Xocalı soyqırımından 18 il ötür

  1. #1
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Dec 2009
    Yer
    I Am From Azerbaijan
    Mesajlar
    2.818

    Xocalı soyqırımından 18 il ötür

    1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan Silahlı Qüvvələri Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərkən etnik azərbaycanlılara qarşı soyqırım da həyata keçiriblər. Bu faciə Dağlıq Qarabağ münaqişəsi zamanı ermənilərin törətdiyi ən dəhşətli hadisələrdən biridir.

    Fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri SSRİ dövründən Xankəndi (Stepanakert) şəhərində yerləşən 366-cı motoatıcı alayın zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərini işğal edib. Hücumdan əvvəl - fevralın 25-i axşam şəhər toplardan və ağır artilleriyadan şiddətli atəşə tutulub. Nəticədə, fevralın 26-ı səhər saat 5 radələrində Xocalı tam alova bürünüb. Mühasirəyə alınan şəhərdə qalmış təqribən 2500 nəfər xocalılı Ağdam rayonunun mərkəzinə çatmaq ümidi ilə şəhəri tərk edib. Amma bir günün içində yer üzündən silinən şəhəri tərk edən 2500 Xocalı sakinindən 613-ü düşmən gülləsinə tuş gəlib qətliamın qurbanı olub. Bu soyqırım nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla - 613 nəfər Xocalı sakini qətlə yetirilib. O cümlədən, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsinə tuş gəlib yaralanan 487 nəfərdən 76-sı uşaq olub. 1275 xocalılı əsir, 150 xocalılı itkin düşüb. Dövlətin və əhalinin əmlakına 1 aprel 1992-ci il tarixinə olan qiymətlərlə 5 milyard rubl dəyərində ziyan vurulub.

    Bu hadisələr Azərbaycanda ve Türkiyədə "Xocalı soyqırımı", "Xocalı faciəsi" kimi adlanır. Ermənistanda isə bu əməliyyat "Xocalı döyüşü", "Xocalı hadisəsi" terminləri ilə ifadə olunur. Qərb və dünya mətbuatı "Xocalı qətliamı" (ingilis dilində "Khojaly Massacre", fransız dilində "Massacre de Khodjaly") terminindən istifadə etməyə üstünlük verir.

    Dəhşətli qətliamı öz gözləri ilə görən xarici mətbuat da müşahidə etdikləri vəhşilikdən dəhşətə gələrək çalışdığı mətbu orqanlarda yazılar dərc etdiriblər. Onlardan bəziləri bunlardır:

    “Krua l Eveneman” jurnalı (Paris), 29 fevral 1992-ci il: “Ermənilər Xocalıya hücum ediblər. Bütün dünya eybəcər hala salınmış meyitlərin şahidi oldu. Azərbaycanlılar minlərlə ölənlər barədə xəbər verirlər”.

    “Sandi Tayms” qəzeti (London), 1 mart 1992-ci il: “Erməni əsgərləri minlərlə ailəni məhv ediblər”.

    “Tayms” qəzeti (London), 4 mart 1992-ci il: “Çoxları eybəcər hala salınıb, körpə qızın ancaq başı qalıb”.
    “İzvestiya” (Moskva), 4 mart 1992-ci il: “Videokamera qulaqları kəsilmiş uşaqları göstərdi. Bir qadının sifətinin yarısı kəsilmişdi. Kişilərin skalpları götürülmüşdü”.
    “İzvestiya” (Moskva), 13 mart 1992-ci il: Mayor Leonid Kravets: “Mən şəxsən təpədə yüzə yaxın meyit gördüm. Bir oğlanın başı yox idi. Hər tərəfdə xüsusi qəddarlıqla öldürülmüş qadın, uşaq, qocalar görünürdü”.

    “Le Mond” qəzeti (Paris), 14 mart 1992-ci il: ”Ağdamda olan xarici jurnalistlər, Xocalıda öldürülən qadın və uşaqlar arasında skalpları götürülən, dırnaqları çıxarılan 3 nəfəri görüblər. Bu azərbaycanlıların təbliğatı deyil, bu reallıqdır”.

    “Valer aktuel” jurnalı (Paris), 14 mart 1992-ci il: “Bu "muxtar regionda" erməni silahlı dəstələri Yaxın Şərqdən çıxmışlarla birlikdə müasir texnikaya, o cümlədən vertolyotlara malikdirlər. ASALA-nın Suriya və Livanda hərbi düşərgələri və silah anbarları var. Ermənilər yüzdən artıq müsəlman kəndlərində qırğınlar törədərək Qarabağdakı azərbaycanlıları məhv ediblər”.

    R.Patrik, İngiltərənin "Fant men nyus" teleşirkətinin jurnalisti (hadisə yerində olub): ”Xocalıdakı vəhşiliklərə dünya ictimaiyyətinin gözündə heç nə ilə haqq qazandırmaq olmaz”.


    [

  2. #2
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    3.585

    Re: Xocalı soyqırımından 18 il ötür

    TORPAQ EGER UGRUNDA OLEN VARSA VETENDIR!!! BASHIN SAGOLUN ANA VETEN-AZERBAYCAN!!!
    [

  3. #3
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    3.585

    Ureyi zeif olanlar baxmasin













    [

  4. #4
    Moderlər Deli_UREK - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    Jan 2008
    Yer
    Latvia Riga
    Mesajlar
    1.485

    Re: Xocalı soyqırımından 18 il ötür

    Hər il oldugu kimi bu ildə deyək Allah rəhmət eləsin of danişmaqdan yorulduq artiq qisas alacagimiz gun gəlsin Allahim.

  5. #5
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    3.585

    Re: Xocalı soyqırımından 18 il ötür

    Biz indi hüzur içində yaşayırıq.Sakit həyat,sakit ölkə...
    Bəs bizim mənəviyyatımız da sakit dayana bilirmi vəhşiliklərin qurbanı olmuş bu ruhlar qarşısında.Bizdən olan,bizim hissələrimiz olan bu parça-parça torpaqda yatan cəsədlər qarşısında.
    Vətən üçün ağlamayaq,Vətən üçün yaşayaq

    Şəkillərə baxmaqdan çəkinməyin.Bunlar bizim Qan Yaddaşımızdır
    [

  6. #6
    Moderlər Kralica_ - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    Aug 2009
    Yer
    Azerbaycan.Quba
    Mesajlar
    1.618

    Re: Xocalı soyqırımından 18 il ötür

    Xalqımızın qəhrəman, igid övladları torpaqlarımızın müdafiəsi uğrunda vuruşaraq şəhid oldular

    Cinayətkar erməni hərbi birləşmələrinin vəhşiliyi nəticəsində 613 nəfər şəhid, 487 nəfər şikəst olmuş, 1275 nəfər dinc sakin – qocalar, uşaqlar, qadınlar əsir götürülərək ağlasığmaz erməni zülmünə, təhqirlərə və həqarətlərə məruz qalmışlar. 150 nəfərin taleyi hələ də məlum deyildir. Şəhid olanların 106 nəfəri qadın, 63 nəfəri isə azyaşlı uşaqlar olmuşlar, şikəstlərin 76 nəfəri yetkinlik dövrünə çatmamış oğlan və qızlardır. 8 ailə bütövlükdə məhv edilmiş, 24 uşaq hər iki valideynini, 130 azyaşlı uşaq isə valideynlərindən birini itirmişdi. Şəhid olanların yalnız 335 nəfəri dəfn olunmuşdur. 200 nəfərin ayaqları soyuqdan qanqrena olmuş, 1000 nəfərdən artıq şəhər sakini müxtəlif dərəcəli bədən xəsarəti almışdılar.

    Bu cinayətdə 56 nəfər xüsusi qəddarlıqla və amansızlıqla qətlə yetirilmişdir. Onlar diri-diri yandırılmış, başları kəsilmiş, qafalarının dərisi soyulmuş, körpə uşaqların gözləri çıxarılmış, süngü ilə hamilə qadınların qarınları yarılmışdı. Meyitlər üzərində dilə gətirilməsi mümkün olmayan təhqiramiz hərəkətlər edilmişdir.
    Her sheyi bilmek vacib deyil, Vacib olan heddinizi bilmekdir!

  7. #7
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    3.585

    Re: Xocalı soyqırımından 18 il ötür

    [

  8. #8
    Member
    Üyelik tarihi
    Nov 2009
    Mesajlar
    89

    Re: Xocalı soyqırımından 18 il ötür

    Bir Vetendas kimi mende fikrimi bildirmeliyem. Allah rehmet elesin!
    Görün bu 20-ilde her defe bu olub-kecenleri, bu tehqirlqeri, bu zülümleri görende bizlerin eseb sistemleri gör ne qeder pozulur, hec bilirsiniz bu hissler insanin ümumiyyetle saqlamliqina ne qeder tesir gösterir.Deyeceyim esil söz budur ki, bizim geleceyin usaqlari, ve her doqulan usaq bundan sonra bilmelidir ki, bizim özümüzden basqa hec bir dostumuz yoxdur. Her kim olursa olsun, bizim vetendaslarimiz her an, her zaman iclerinde ehtiyyatli olmalidirlar ve unutmamalidirlar ki, bir evde cörek yediyimiz, her seyimizi paylasdiqimiz ermeniler ve ruslar bizim basimiza ne oyun acdilar. Ömrü boyu usaqlarimiza bunlari picildamaliyiq ki, her kesden ehtiyyatli olsunlar.
    Allah gözel Azerbaycan xalqinin müsibetine sebr versin.

  9. #9
    Senior Member
    Üyelik tarihi
    Aug 2009
    Yer
    Baki
    Mesajlar
    188

    Re: Xocalı soyqırımından 18 il ötür

    ALLAH OLENLERE REHMET ELESIN. BASIN SAG OLSUN VETEN
    sen kimsen? Ana qucagında dunyaya goz acan korpe usaqmi, caylar kimi caglayan cosgun bir gencmi, beli bukulmus zavallı qocamı, yoxsa mezara gomulmus meyidmi.

  10. #10
    Member
    Üyelik tarihi
    Feb 2010
    Mesajlar
    85

    Re: Xocalı soyqırımından 18 il ötür

    Allah rehmet elesin demekden bashqa coox teesuf ki elimizden hec ne gelmir.Xocali faciesinde rehmete geden shehidlerin ailesine ALLAH SEBR VERSIN.amin.ALLAH bu qisasi axirete buraxmaz,inshallah.

Sayfa 1/2 12 SonSon

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.