Gülər üzlü Bakının,
Şirin sözlü Bakının,
Xəzər gözlü Bakının
Arzusuydu, arzusu
Bizim Bakı metrosu,
Bizim Bakı metrosu.

Yer altında işıqlı,
Bəzəkli, yaraşıqlı,
Çiçəkli, sarmaşıqlı
Bir şəhərdir doğrusu
Bizim Bakı metrosu,
Bizim Bakı metrosu.

Sübh çağı, gecəyarı,
Gör neçə səmtə sarı
Şütüyür qatarları,
Gah gurlayır, gah susur,
Bizim Bakı metrosu,
Bizim Bakı metrosu.

Enib, qalxır pillələr,
Fərəhim dünya qədər...
Qoy səni mən bəxtəvər
Gəzim Bakı metrosu,
Bizim Bakı metrosu,
Bizim Bakı metrosu.

Sözləri Hikmət Ziyanın,
Musiqisi Ağabacı Rzayevanındır.