Səhər açılan kimi,
Götürdüm tüfəngimi.
Yol açdım göy meşəyə,
Baş çəkdim hər guşəyə.

Birdən səs eşitdim mən
Gördüm tülküdür gələn.
Dedim: - bir də yeməzsən
Toyuq-cücələri sən!
Tüfəngimi doldurdum,
Tülkünü vurdum.

Ceyran gördüm atmadım,
Dovşan gördüm atmadım...
Neçə təpədən aşdım,
Hər tərəfi dolaşdım.

Birdən səs eşitdim mən,
Gördüm boz qurdlar gələn.
Dedim: - Bir də yeməzsən
Qoyun-quzuları sən!
Tüfəngimi doldurdum
Boz qurdu vurdum.

Sözləri Hikmət Ziyanın,
Musiqisi Oqtay Zülfüqarovundur.