Neftçidir mənim atam,
İşləyir yorulmadan
Xəzərin qucağında.
Döşündə nişanı var,
Onu hamı tanıyır
Abşeron torpağında.

Neft çıxarır sulardan,
Deyir: “Kərək hər insan
Bağlı olsun vətənə!”
Atamın bu sənəti,
İşinə məhəbbəti
Yaman xoş gəlir mənə.

Hərdən söz düşən zaman,
Ya bir qız, ya bir oğlan
Soruşur nəçiyəm mən?
Baxıb gülümsəyirəm,
Uşaqlara deyirəm:
“Balaca neftçiyəm mən”.

Sözləri Rəfiq Zəkanın,
Musiqisi Telman Hacıyevindir.