Vannaya tökdüyüm su
Dəniz tək ləpələnir.
Mənim balaca gəmim
Gah qalxır, gah da enir.

Budur, fit verib bərkdən – dü!
Suları yara-yara.
Ayrılaraq sahildən – du!
Gedir çox uzaqlara.

Gəmi göyərtəsində
Dayanmışdır matroslar.
Onlara geydirmişəm
Qızıl düyməli paltar.

Ey matros! Möhkəm dayan – du!
Möhkəm saxla sükanı.
Bax, belə əmr eyləyir – du!
Gəminin kapitanı.

Sözləri Cahangir Məmmədovun,
Musiqisi Ağabacı Rzayevanındır.