“Ürəyiniz qurudursa, gözləriniz də quru olacaq“.
(Viktor Hüqo)

Dünyada ürəklər var qapısı döyülməyən. Dünyada ürəklər var “bacası açılmayan“. Ürəklər var buz kimi əriməyən.
Ürəklər var daş kimi yumşalmayan...
Ürək var tənhadır hələ də. Ürək var qəribdir hələ də.
Ürək var çay kimi axmayan. Ürək var dəniz kimi coşmayan.

Bəzən də, yanmayan ürək var. Bəzən də, donmayan ürək var...
Ürək var xoş sözə möhtacdır.

Ürək var xoş üzə möhtacdır. Ürək var bir “ox“ da oyada bilər onu. Ürək var bir “yay“ da oyada bilər onu...
Dünyada ürəklər var bahar nədir bilməyən. Dünyada ürəklər var səhər nədir bilməyən. Ürəklər var dağları aşılmayan.
Ürəklər var yolları keçilməyən...

Ürək var qupquru bir közdür. Ürək var qupquru bir gözdür.
Ürək var “gecəsi-gündüzü“ özüdür.
Ürək var “günəşi-ulduzu“ özüdür. Onun üçün zaman da, məkan da uzaqdır. Onun üçün yaxın da, uzaq da uzaqdır. Onun üçün yaxşı yox, yaman var. Onun üçün “yağlı“ yox, “yavan“ var...
Dünyada ürəklər var sevgi nədir bilməyən.
Dünyada ürəklər var şəfqət nədir bilməyən.

Ürəklər var bulud kimi dolmayan. Ürəklər var gül kimi açılmayan...
Ürək var istidən “qatıdır“. Ürək var soyuqdan “qatıdır“.
Ürək var işığın içində zülmətdir. Ürək var sevginin içində nifrətdir. Ürək var yuvadır pisliyə. Ürək var yuvadır heçliyə.
Ürək var ən böyük arzusu dünyadır. Ürək var ən böyük sevgisi dünyadır. Dünyadır dünəni gətirən “yeli“ də. Dünyadır sabaha aparan yolu da...

Dünyada ürəklər var qapısı döyülməyən. Dünyada ürəklər var “bacası açılmayan“. Ürəklər var buz kimi əriməyən.
Ürəklər var daş kimi yumşalmayan...















menim ureyim. ela movzudu.movzuya gore yesekkurler 



