Sayfa 2/2 İlkİlk 12
15 sonuçtan 11 ile 15 arası

Son Zəng

  1. #11
    Senior Member
    Üyelik tarihi
    Mar 2010
    Yer
    Baki
    Mesajlar
    357

    Re: Son Zəng

    Məktəbi 2 il öncə bitirmişəm amma nəsə son zəng yadimnan çıxıb artıq
    Zaman daralır......

  2. #12
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    3.585

    Re: Son Zəng

    [

  3. #13
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    3.585

    Re: Son Zəng

    İlk dərs günü... Uşaqların məktəb anlayışı ilə tanış olduqları gün. Səbirsizliklə gözlənilən o gün.
    Hər bir uşaq çiynində çox sevdiyi məktəb çantası, əlində bir dəstə gül valideyninin əlindən yapışaraq həyəcanla gözləyir. Kimi elə ilk andan özünə dost axtarmağa başlayır, kimi isə çaşğınlıq içərisində ətrafında nələrin baş verdiyini anlamağa çalışır. Və nəhayət o səs...İlk zəng...
    Bəlkə də çoxlarımız ilk dəfə bu səsi eşidəndə qorxmuşuq...
    Müəllim sinfə daxil olur, uşaqların hər birinə qayğı ilə yanaşır. Valideynlərin sinfi tərk etmək vaxtı gəlir. Bu anda kim nə edəcəyini bilmir. Bəziləri isə anasının boynuna sarılaraq ağlamağa başlayır. Yenə də ətrafında həmyaşıdlarını görəndə özünə toxtaqlıq verənlər də olur. Yavaş-yavaş hərkəs alışır məktəb həyatına.
    Sonrakı illər isə insana elə də qeyri-adi təsir bağışlamır. Ta ki ibtidai sinfi bitirənə qədər. Çünki uşaqlar bu andan etibarən ilk müəllimləri ilə vidalaşaraq məktəb həyatında yeni bir səhifə açırlar. Hər dərsdən sonra sinfə başqa bir müəllimin daxil olması hamı üçün çaşdırıcı bir vəziyyət yaradır. Amma yenə günlər həftələri, həftələr ayları əvəz edir. Hər şey qaydasına düşür. Orta məktəbin ilk 3 ili tamamlanır...
    Artıq bir məktəblinin həyatı tamamilə dəyişilir. Çünki bu yaşa çatan insan ətrafında baş verənləri daha yaxşı anlamağa başlayır. Sinif yoldaşları ilə arasındakı münasibətlərdə bir sıra dəyişikliklər olur. Bunlardan əlavə məktəbli özünə tamamilə yad olan hisslər keçirir. Bunun adı isə ilk məhəbbətdir...

    Və...Məktəb həyatının sona çatmasına 2 il qalır. Bu zaman isə məktəbli çətinliklərlə üzləşir. Hamını ali məktəbə qəbul olmaq qorxusu, həyəcanı bürüyür. Bu vəziyyət çoxlarını məktəbdən bezdirir. " May ayı tez gəlsəydi canım qurtarardı", "Bu məktəbdən lap bezmişəm" kimi cümlələrin dilə gətirilməsinə səbəb olur. Amma hardan bilə bilərlər ki, gələcək həyatlarında o sözləri söylədikləri üçün peşman olacaqlar.
    May ayının 31-i gəlib çatır. Məktəblilər ilk gün olduğu kimi yenə həyəcanlanırlar. Bu həyəcan isə ilk gündəki həyəcandan fərqli olaraq qorxulu deyil, sevincli bir həyəcandır. Sinəsindən məzun yazısı asılan məktəblilər sinif yoldaşlarından xatirə kimi qalması üçün ağappaq köynəklərinə ürək sözlərini yazmalarını xahiş edirlər.
    O an gəlib çatır...SON ZƏNG çalınır...
    Onlar çalınan bu sonuncu zəngi heç vaxt unutmayacaqlar. ƏLVİDA MƏKTƏB!...
    [

  4. #14
    Senior Member Tutu20 - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    Jan 2010
    Yer
    Azerbaycan.Quba
    Mesajlar
    1.028

    Re: Son Zəng

    hayifki o anlari ne etsekde qaytara bilmerik telebe sagir olmaq ne bilim o anlarin yerini hech bir sheyle evez etmek olmaz

  5. #15
    Junior Member
    Üyelik tarihi
    Jul 2012
    Mesajlar
    3

    Re: Son Zəng

    VALLAH men bu haqda daniwmaq lazim deyil yalni bunu yawayib gozlerinizle bu sevinci gormek hiss etmek lazimdi burdan men 11 d sinifini salamlayiram

Sayfa 2/2 İlkİlk 12

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.