Abituriyentlərin ixtisas seçimi əsasında ali məktəblərin reytinqi formalaşır. Qaynarın TQDK-a istinadən verdiyi xəbərə görə, bu il də ali məktəblərin reytinq cədvəlinə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası başçılıq edir. 2-ci yer Azərbaycan Tibb Universitetinə, 3-cü yer Azərbaycan Dillər Universitetinə, 4-cü yer Bakı Dövlət Universitetinə məxsusdur. Özəl ali məktəblər arasında ən yüksək reytinqə Qafqaz Universiteti malikdir. //QayNar
Yer imleri