Yerə 2000 işıq ili uzaqlıqdakı cüt neytron ulduzları araşdıran mütəxəssislər, Eynşteynin Nisbilik Nəzəriyyəsinin müddəalarını sınayır.
Elm adamları Eynşteynin Nisbilik Nəzəriyyəsini iki ölü ulduz üzərində yoxlayır. Ulduzları müşahidə edən mütəxəssislər, bir ulduzun digərinin fəza-zaman hökmündəki davranışlarını Nisbilik nəzəriyyəsinə məlumat kimi istifadə edirlər. Araşdırma qrupu, müşahidələrin Eynşteynin nəzəriyyəsi ilə 0.05% xəta ilə düz gəldiyini vurğulayır.
Araşdırma qrupundan Mançester Universitetinin mütəxəssisi Maykl Kramer, bu pulsar sistemin bəzi kosmoloji nəzəri təcrübələri aparmaq üçün uyğun olduğunu qeyd etdi. Eynşteynin nisbilik nəzəriyyəsi, kütlə və ağırlıq qüvvəsinin fəza-zamanın bir məhsulu olduğunu, maddələrin fiziki 3 boyut qədər eyni zamanda dördüncü bir zaman boyutunda var olduqlarını müdafiə edir. Zaman boyutu sayəsində eyni element, özünə izafi hala çevrilə bilir.
Neytronların aşkar etdiyi radio dalğaları yer kürəsinə qədər çatmaqdadır. Alimlər bir ulduzun çıxardığı radio dalğanın digər ulduza necə təsir etdiyini araşdırırlar.