Prezident İlham Əliyev “Təhsil haqqında” qanunun tətbiq edilməsi barədə fərman imzalayıb. Nazirlər kabinetinə tapşırılıb ki, 3 ay müddətində qüvvədə olan qanunvericilik aktlarının “Təhsil haqqında” qanuna uyğunlaşdırılsın.


Qanunun 19.8-ci maddəsində nəzərdə tutulmuş ümumi təhsili nailiyyətlərlə başa vuran məzunların qızıl və ya gümüş medalla təltif olunma qaydası, orta ixtisas təhsili pilləsini yüksək nəticələrlə başa vuran məzunların qiymətlərinin müvafiq olaraq uyğun ixtisaslar üzrə ali məktəblərə qəbul zamanı nəzərə alınması qaydaları müəyyən edilsin.


Doktoranturaların yaradılması və qəbul qaydaları müəyyən edilsin. Müvafiq ixtissaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunmağa əsas verən dünya fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqələrin və yarışların siyahısı müəyyənləşsin.