Tədris ilinin başlanması ilə səni və dostlarını gərgin anlar gözləyir – seçim anı. Tezliklə siz gələcəyinizi müəyyənləşdirəcək seçim etməli olacaqsınız. Ən azından gələcəyinizi istiqamətləndirəcək addım atmalı olacaqsınız. Bu isə çox məsuliyyətli addımdır. Axı ixtisas seçimi zamanı yol verilmiş səhv sənə baha başa gələ bilər. İlk kurslarda tələbələr tez-tez dostlarının, valideynlərinin və ya qohumlarının məsləhəti ali məktəb seçimində yanlışlığa yol verdiklərini başa düşürlər. Sənin belə bir səhvə yol verməyinin qarşısını almaq üçün, gəl indidən hansı istiqamətin sənə daha uyğun olduğunu və istədiyini əldə etmək üçün hansı məqamlara fikir verməli olduğunu müəyyən etməyə çalışaq. Beləliklə, hansı sahədə daha istedadlı olduğunu birlikdə araşdıraq!

Elə olur ki, sən bəzi insanlarla, digərlərinə nisbətən, daha asan ünsiyyət yarada bilirsən. Bəziləri ilə çox tez dostlaşırsan və siz bir-birinizi elə bir kəlimədən başa düşürsünüz. Bəzilərinə isə ən sadə bir məsələni saatlarla izah etməyə çalışırsan. Bütün bu müxtəlifliklərin səbəbi ondadır ki, insanlar fərqli düşüncə tipinə sahibdirlər.

Yer kürəsinin, dəmək olar ki, bütün əhalisini düşüncə tipinə görə aşağıdakı qruplara bölmək olar:

1. beyinin sol yarımkürəçiyi vastəsilə düşünənlər
2. beyinin sağ yarımkürəçiyi vastəsilə düşünənlər

Birinci qrupa aid olan insanlar abstrakt düşüncə tərzinə cavabdeh olan beyinin sol yarımkürəçiyindən istifadə edirlər. Onlar üçün modellər və səbəd-nəticə münasibətlərini qurmaq, məntiqi nəticələr hasil etmək, ümümiləşdirmək, qanunauyğunluqlar aşkar etmək daha asandır. Özüdə onlar bütün bunları mücərrəd formada həyata keçirirlər. Belə insanlar, adətən, texniki ixtisaslarda daha çox müvəffəqiyyət qazanırlar.

İkinci qrupa isə intuitiv, yəni intuisiyaları əsasında hərəkət edən insanlar aiddirlər. Onlar obrazlı düşüncə tərzi ilə fərqlənirlər. Belə insanlar hər-hansı nəticəyə gəlmək üçün bir vəziyyəti təhlil etməyə, fərziyyə yürütməyə, məntiq axtarmağa və s. ehtiyac duymurlar. Beyninin sağ yarımkürəsi güclü olan insanlarda məlumatı forma və xəyal gücü ilə işləmə xüsusiyyəti daha güclü olur. Çatışmayan məlumatları isə onlar intuisiya hesabına tamamlayırlar. Bu insanlar adətən humanitar ixtisasları seçirlər.

Alimlərin fikrincə, bu və ya digər düşüncə növü tam olaraq 14-16 yaşlarında formalaşır. Ona görə də, gəl son bir-iki il ərzində əldə etdiyin uğurlara nəzər salaq. Fizika dərsləri sənin üçün tam bir işgəncədir? Düsturları nə qədər əzbərləsən də yadında qalmır və məsələlərin həlli zamanı onlardan istifadə edə bilmirsən? Fizika müəllimini xoşlamadığını və tənbəlliyini bir kənara qoyaq. Var gücünlə çalışsan da, bu fənn səndə alınmır. Əvəzində isə böyük məmnuniyyətlə bədii kitablar oxuyur, istənilən tarixi dövr haqqında bütün detallar daxil olmaqla müfəssəl məlumat verə bilir, xarici dilləri asanlıqla öyrənə bilirsən. Deməli, sən beyinin sağ yarımkürəçiyi vastəsilə düşünənlər kateqoriyasına aidsən. Yeri gəlmişkən, bu tip daha çox qızlar üçün xarakterikdir. Bəzən bu düşüncə tərzini hətta “qadın” düşüncə tərzi adlandırırlar. Bu o deməkdir ki, sən hüquqşunaslıqdan tutmuş sənətşunaslıq və dilşunaslığa kimi bir çox ixtisasları seçə bilərsən.

Düzdür, yaşadığımız texniki inkişaf dövründə beyinin sol yarımkürəçiyi vastəsilə düşünən qızlara da rast gəlmək olar. Hamı filoloq ola bilməz ki! Sənin də bəxtin gətirib – texnika elə sürətlə inkişaf edir ki, sən də öz bacarıqlarını nümayiş etdirə bilərsən.

Amma sənin hansı tipə aid olduğunu müəyyən etmək elə də asan deyil. Çünki hər birimizin hər iki tipə uyğun xüsusiyyətləri var. Sadəcə olaraq, bəzilərində bu özünü daha qabarıq şəkildə biruzə verir, bəzilərində isə yox.

Bu yaxınlarda alimlər düşüncə tipini müəyyən etmək üçün yeni, məzəli bir üsul təklif ediblər. Onlar riyaziyyat üzrə testlərin nəticələrini şakirdlərin barmaqlarının uzunluğu ilə müqayisə ediblər. Nəticədə, adsız barmağı şəhadət barmağından daha uzun olan şagirdlər texniki məsələləri daha asan həll etdikləri müəyyənləşib. Şəhadət barmağı adsız barmağından uzun olanlar isə humanitar fənnləri daha yaxşı qavrayırlar. Alimlər bunu uşağın ana bətnində olduğu zaman onun beyninin inkişafına təsir edən hormonların səviyyəsi ilə əlaqələndirirlər.

Əlbəttə, sən də barmaqlarının uzunluğunu ölçə bilərsən. Ancaq gələcək peşə seçimi kimi vacib bir məsələdə bu o qədərdə etibarlı üsul deyil. Yaxşısı budur, bizim test vasitəsilə texniki və ya humanitar düşüncə tipinə sahib olduğunu müəyyənləşdir.