İşsizlik

İş axtarışları. İşə düzəlməyə mane olan daxili səbəblər. Əksər hallarda işin itirilməsi və ya tapıla bilməməsi qeyri-münasib emosional vəziyyətlə bağlıdır. İşsiz qalan insanlar adətən narahatçılıq, depressiya, yorğunluq, əsəb gərginliyi və bu kimi hallardan şikayət edir. Qorxu hissi, inamsızlıq, inciklik insanlara ağır təsir göstərməklə yanaşı, işin axtarılmasına da mane olur. İnamla iş axtarışlarına başlamaq üçün əvvəlcə emosional vəziyyəti normallaşdırmaq lazımdır.

Emosional vəziyyəti normal hala gətirmək, əsəbləri sakitləşdirmək üçün müəyyən məşqlərdən istifadə etmək lazımdır.

Söhbəti gedən problemin yaranmasının ikinci çox geniş yayılan səbəbi - xasiyyətinizdəki iş axtarışlarını çətinləşdirən bəzi keyfiyyətlər də ola bilər. Bu ilk növbədə, özünə inamsızlıq, vərdişlərdən, köhnə fikirlərdən imtina etmək çətinliyi, düşünülməmiş addımlar atmaq meylidir. Bundan əlavə, bəzi insanlar ətrafdakılarla düzgün kontakt yarada bilmir, qarşı tərəfi dinləyib, öz fikrini yeritməkdə, opponenti öz tərəfinə çəkməkdə, mübahisələləri həll etməkdə çətinlik çəkir. Laikn bütün bu problemləri aradan qaldırmaq mümkündür. Hər bir insan bəzi ünsiyyyət fəndlərini mənimsəyib, nəinki tezliklə iş tapar, hətta həmin fəndlərdən istifadə edərək gələcəkdə mümkün olan problemləri də rahatlıqla həll edə bilər.

Nəhayət, işə düzəlməklə bağlı üçüncü mühüm problem ondan ibarətdir ki, bəzi insanlar öz ixtisaslarına uyğun olan işi tapa bilmir və ya ixtisaslarından narazı olduqlarına görə onu dəyişdirmək istəyir. Yeni ixtisas seçmək çox məsuliyyətli bir addımdır. Bir dəfə başlarına gəldiyi səhvi təkrar etməmək üçün insanlar xasiyyət və maraq dairəsinə, bacarıq və qabiliyyətlərinə uyğun olan sənəti müəyyən etmək istəyirlər. Bu problem də həll edilə bilər. Hər hansı bir ixtisasa uyğun olan professional yararlığı müəyyənləşdirib, insanlara münasib sənət qrupunu tövsiyyə etmək mümkündür.



"Abituriyent" Hazırlıq Kursu
1998-2003 © Bütün hüquqlar müdaifiə olunur.