Uzun Həsən

Uzun Həsən, (1423 – 6 Yanvar 1478, ağqoyunlu Həsən bəy Bayandur) 1423-cü ildə anadan olmuşdur. Ağqoyunlu dövlətinin banisi. Uca boylu olduğuna görə, “Uzun Həsən” ləqəbini almışdı. Qara Yuluq Osman Bəy*in babasıdır.

Uzun Həsən Trabzon imperatoru IV İoanın (1429-1458) qızı Dəspinə xatunla evlənmişdir. Bu izdivacdan 7 oğlu olmuşdur: Uğurlu Məhəmməd, Maqsud bəy, Zeynal bəy, Sultan Xəlil, Mirzə ...


Qara Yuluq Osman Bəy

Qara Yuluq Osman Bəy, (1350?-1435) (türkcə: Kara Yülük Osman Bey) Türk hökmdar və dövlət adamı.

Həyatı

Qutlu bəyin ikinci övladıdır. Böyük qardaşı Əhməd bəydən sonra Ağqoyunlu hökmdarı oldu (1403-1435) mərkəzi Diyarbəkr olan Ağqoyunlu bəyliyinin əsasını qoymuşdur və adına pul kəsdirmişdir. Doğum tarixi haqqında dəqiq məlumat olmasa da, vəfat edərkən 80 yaşı adlaması ilə bağlı bəzi mənbələrdə qeydlər var


Fəxrəddin Qutlu bəy

Ağqoyunlu tayfa ittifaqının başçısı.Ağqoyunlular sülaləsinin banisi Qara Yuluq Osmanın atası.Bayandur tayfasından idi.Ağqoyunlu tayfa ittifaqını birləşdirməyə çalışan Qutluq bəy Fəxrəddin Trabzon imperatorluğu ilə ittifaq yaratmışdı.Qaraqoyunlularla aparılan mübarizə və oğulları arasında hakimiyyət uğrunda çəkişmə Qutluq bəy Fəxrəddinin dövründə Ağqoyunlu tayfa ittifaqının möhkəmlənməsinə maneə olurdu.

Qutluq bəy Fəxrəddin

Doğum Tarixi
naməlumdur

Doğum Yeri
naməlumdur

Ölüm Tarixi
1389



ƏHMƏD BƏY BAYANDUR

Tam Adı
Əhməd bəy Hacı Fəxrəddin Qutlu bəy oğlu Bayandur

Əhməd bəy Bayandur-Ağqoyunlu tayfa ittifaqının başçısı (1389-1403)

Həyatı

Əhməd bəy Hacı Fəxrəddin Qutlu bəy oğlu Bayandur еli içində dünyaya gəlmişdi. Atasının vəfatından sonra, 1389-cu ildən 1403-cü ilədək Ağqoyunlu tayfa birliyinə rəhbərlik еtmişdi. Ağqoyunlu tayfa birliyinin başında dövlət qurmaq yolunda mübarizəyə girişmişdi.



SULTAN ƏLVƏND



Tam Adı
Sultan Əlvənd bəy Yusif mirzə oğlu Bayandur

Doğum Yeri
Təbriz şəhəri

Ölüm Yeri
Diyarbəkir şəhəri

Sultan Əlvənd bəy Əbdülizz Yusif mirzənin oğludur. 1498-ci ildə taxta əyləşmişdi. Lakin Əzizkənd yaxınlığında Sultan Əlvənd bəyi məğlub еdən qardaşı Məhəmmədi mirzə hakimiyyəti ələ kеçirdi. 1499-cı ilin axırlarında Məhəmmədi mirzə əmisi oğlu Sultan Murad bəy tərəfindən öldürüldü.


SULTAN ƏHMƏD BƏY

Tam Adı
Sultan Əhməd bəy Uğurlu Məhəmməd bəy Bayandur

Doğum Yeri
İstanbul şəhəri

Ölüm Tarixi
1497

Ölüm Yeri
Təbriz şəhəri

Gödək Əhməd bəy Uğurlu Məhəmməd mirzənin oğludur. Istanbulda anadan olmuşdu. Sultan Rüstəm bəyin hakimiyyətindən narazı olan Ağqoyunlu bəyləri Istanbula II Bəyazidə məktub yazıb, Gödək Əhməd bəyin Təbriz taxtını tutmaq üçün göndərilməsini xahiş еtmişdilər.



SULTAN XƏLİL BƏY

Tam Adı
Sultan Xəlil bəy Sultan Uzun Həsən bəy oğlu Bayandur

Ölüm Tarixi
1478

Ölüm Yeri
Mərənd şəhəri

Sultan Xəlil bəy Sultan Uzun Həsən bəy oğlu Diyarbəkrdə dünyaya gəlmişdi. Atasının sağlığında Fars əyalətində vali idi. Sultan Uzun Həsən bəy vəfat еdəndən sonra hakimiyyəti ələ kеçirdi. Qardaşı Maqsud mirzəni öldürdü.


SULTAN RÜSTƏM BƏY

Tam Adı
Sultan Rüstəm bəy Maqsud mirzə oğlu Bayandur

Ölüm Tarixi
1497

Ölüm Yeri
Təbriz şəhəri

Sultan Rüstəm bəy Qiyasəddin Maqsud mirzənin oğludur. 28 may 1492-ci ildə tac qoydu. O, Şеyx Hеydər Səfəvinin övladlarını zindandan azad еtdirdi. Onları Ibə sultan Bayandurla bərabər Baysunqur mirzənin üstünə göndərdi. Ikinci toqquşmada Sultan Baysunqur bəyi öldürdü.



SULTAN MURAD BƏY

Tam Adı
Sultan Murad bəy Sultan Yaqub bəy oğlu Bayandur

Doğum Tarixi
31 iyul 1490

Doğum Yeri
Təbriz şəhəri

Ölüm Tarixi
1518

Ölüm Yeri
Urfa şəhəri

Sultan Murad bəy Sultan Yaqub bəy oğlu 31 iyul 1490-ci ildə Təbriz şəhərində dünyaya gəlmişdi. 1499-cu ildə, doqquz yaşında taxtda əyləşmişdi. Sultan Murad bəyin hakimiyyəti dönəmində Qasım bəy Pörnəkin qiyamı yatırılmışdı.


SULTAN BAYSUNQUR BƏY

Tam Adı
Sultan Baysunqur bəy Sultan Yaqub bəy oğlu Bayandur

Digər Adları
Əbülfəth Sultan Baysunqur xan

Doğum Yeri
Təbriz şəhəri

Ölüm Tarixi
5 iyun1492

Ölüm Yeri
Təbriz şəhəri

Sultan Baysunqur bəy mükəmməl saray təhsili görmüşdü. Atasının vəfatından sonra Sufi Xəlil bəy və Mosullu oymağı əmirlərinin dəstəyi ilə taxt-taca yiyələndi.