Keçən həftə rəsmi nikah kəsdirən Azərbaycan əsilli iş adamı Rza Zərrab və türkiyəli müğənni Ebru Gündəşdən təzə xəbər var. Rza Zərrabın Ebru Gündəşə nikah hədiyyəsi olaraq son model BMW avtomobili aldığı ortaya çıxıb. İş adamı 2010-cu il modeli olan “BMW 760İ” avtomobilini 520 min türk lirəsinə (təxminən 260 min manat) alıb. Avtomobilə müvəqqəti nömrə nişanı alan Zərrab hazırda özünün və Ebru Gündeşin adının baş hərflərindən ibarət olan RE, yaxud ER nişanlı nömrə almağa çalışır.
Yer imleri