Ülviyyə Könül ABŞ-a mühacirət edir?

«Həmkarım öz arzusunu reallıq kimi qəbul edir»


Rejissor Ülviyyə Könül növbəti klipin çəkilişlərinə başlayıb. Söhbət Tünzalə Ağayeva ilə Cəmil Əmirovun müştərək «Ölkəm» (Asəf Zeynalovun əsəri) mahnısının ekran versiyasından gedir. Bu barədə «Day.az»a məlumat verən rejissor maraqlı bir məqama da toxunub. Deyib ki, həmkarlarından biri onun ölkəni tərk etməsini arzulayır: «Həmin adam mənim Azərbaycandan həmişəlik getməyimi istəyir. Amma onun adını açıqlamayacağam. Sadəcə, onu deyə bilərəm ki, o insan öz arzusunu reallıq kimi qəbul edir. Ona görə də mənim ABŞ-a mühacir olunacağım barədə məlumatlar yayıb».

Ülviyyə Könülün məhz Amerikaya köçməsinə gəlincə, klipmeyker bir il ərzində iki dəfə bu ölkəyə səfər etdiyini dedi: «ABŞ-da yaxın rəfiqəm yaşayır. Onlara qonaq getmişəm. Ola bilər ki, vaxtı gələndə qızım təhsilini okeanın o tayında davam etdirər. Hazırda o, litseydə oxuyur».

Mənbə: Gündəlik Azərbaycan