Ötən il Amerikada “Addicted to love” adlı mahnı ilə hitə imza atan amerikalı Hadley Bakıda 13 fevralda “Face” klubda konsert verəcək.
klubun PR meneceri Eldar Hüseynzadə məlumat verib.
Onun “Amerikadan böyük sevgilərlə” adlı konserti Müqəddəs Valentin gününə həsr olunub.
Hadley hazırda dünyaca məşhurdur. O, həm də tanınmış ulduz - Serge Devant ilə əməkdaşlıq edir, birlikdə albom hazırlayırlar.
İndi onun mahnıları bütün dünyanın radiostansiyalarında, o cümlədən Azərbaycanda da səslənir. Hadleyin musiqisi sevgililər üçün əsl hədiyyə olacaq.