3 sonuçtan 1 ile 3 arası

Şou Biznes - Pıçıltı

  1. #1
    Moderlər Azerbaycanli - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    Apr 2004
    Yer
    Azerbaycan - Türkiye
    Mesajlar
    2.412

    Şou Biznes - Pıçıltı

    Şou biznes aləmi ilə əlaqəli pıçıltılar. Ulduzlar haqqında qulağınıza çatan xəbərləri buraya yaza bilərsiniz!
    Dünyɑ üç grup insɑndɑn oluşur, sonuçlɑrı ortɑyɑ çıkɑrɑn küçük bir bɑşɑrılı grup, olup biteni seyreden oldukçɑ büyük bir diğer grup ve nelerin olup bittiğini bilmeyen muɑzzɑm bir kɑlɑbɑlık.

    Bɑşɑrılı olmɑk isteyen her insɑn için iki kritik bilgi vɑrdır. Gücünü bilmek! Hɑddini Bilmek! Aslɑn oluncɑ kɑrɑnın krɑlı olduğunu bilmek gücünü bilmektir ɑmɑ suyɑ girip timsɑhɑ kɑfɑ tutmɑmɑsı gerektiğini görmek ise hɑddini bilmektir.

  2. #2
    Junior Member
    Üyelik tarihi
    May 2007
    Mesajlar
    10
    bizim alişan azerbaycana gelende orda bir sunucuyu beğenif deyiller elemi? günahdı o gıza. men izdedim tv de. yaxşı gızdı yazıq döyülmü onaki.. alişana burda 14-15 yaşındaki köylü gızları hayrannıx duyur. sanmayinki burda çox beyeniller onu

  3. #3
    Senior Member
    Üyelik tarihi
    Jun 2007
    Yer
    baki
    Mesajlar
    493
    İlhamə Quliyeva səhhətində yaranan problemlə bağlı yaradıcılığının 40 illiyi münasibətilə verəcəyi konserti təxirə salıb. "OLAYLAR"ın məlumatına görə, müğənni yaradıcılıq konsertini sentyabr ayında keçirəcəyini deyib: "Konserti təxirə saldıq. İki ay yaxşıca dincəlim, sonra konsert verəcəm. İnanıram ki, sentyabrda verəcəyim Pop musiqisinin olduğu kimi səslənməsini istərdim. Bəzən bizdə pop musiqisini cazla qarışdırırlar. Ancaq bunlar bir-birindən tamamilə fərqlidir. Bunun üçün Azərbaycanda yetərincə peşəkar insanlar var, ifaçılara onların məsləhəti vacibdir", - deyən Sevda Ələkbərzadə səs imkanlarını artırmaq üçün həm yerli, həm də əcnəbi mütəxəssislərdən öyrəndiyini diqqətə çatdırdı.
    İncəsənət Universiteti, İtaliyada aldığı təhsil və hazırda Milli Konservatoriyada Ağaxan Abdullayevin sinfində muğam dərsi alan Sevda Ələkbərzadə müxtəlif ixtisaslar üzrə səs imkanlarını inkişaf etdirdiyini söylədi. Təhsili ilə əlaqədar son aylar muğama daha meylli olan müğənni onun cazla sintezinə çalışdığını söylədi.
    Cazın inkişaf mərhələsindən söz açan Sevda xanım dedi ki, bəziləri hesab edirdilər ki, Azərbaycanda caz sənəti yoxdur, artıq bu sənət növü itib:
    "Amma "Bakı Beynəlxalq Caz Festivalı" bu fikirləri alt-üst etdi. Düşünməməliyik ki, caz ancaq festivaldan festivala xatırlanmalıdır. Düzdür, Caz Mərkəzində adi günlərdə belə musiqilər səslənir, mübadilə və müzakirələr aparılır. Bunlarda mən də iştirak edirəm. Amma geniş təbliği üçün böyük işlər görülməlidir".
    Sevda Ələkbərzadə deyir ki, o, mahnılarını daha çox etno-caz üslubunda, Afrika musiqisi və muğamlarla sintezlə oxuyur. Yaxın aylarda isə bu ifa tərzini yeni proqramda əks etdirəcək musiqili layihənin hazırlıqları başlayacaq. Müğənni öncə qeyd etdi ki, "Şəbi-hicran" adlı layihəsi mərhələli şəkildə davam etdiriləcək - öncə Azərbaycanda, daha sonra xarici ölkələrin səhnələrində. Amma müğənni klip çəkdirməyə bir o qədər meylli olmadığını söylədi:
    "Kliplərimi efirdə olmaq xatirinə çəkdirmirəm. Düşünürəm ki, klip bazarında yarışmaqdansa, faydalı işlər görmək məqsədəuyğundur. Məsələn, yeni layihəmi hazırlayıb musiqi aləminə daha bir töhfə verə bilərəm".
    Sonuncu layihəsinin mübahisələrə səbəb olduğunu müğənninin diqqətinə çatdırdıqda o, - "ifama Fidan və Xuraman Qasımova bacıları, Fərhad Bədəlbəyli kimi böyük sənətkarlar qiymət veriblər. Əslində tənqidə bir o qədər mənfi yanaşmıram. Əsl sənətkarların hamısı öz dövrlərində tənqidlə üzləşiblər. Hərənin musiqi zövqü müxtəlifdir. Bunları normal qəbul etmək lazımdır", - dedi.
    Xarici şirkətlə müqaviləsinin şərtləri barədə danışan müğənni hazırda qarşı tərəflə danışıqlar aparıldığını diqqətə çatdırdı. Dedi ki, yaxın aylarda tamaşaçılar yaradıcılığının məhsulu ilə tanış olacaqlarkonsert çox gözəl və yaddaqalan Avropa Yayımlar Birliyinin İctimai Televiziya "Euovizion"da iştirakla bağlı ünvanladığı müraciətə cavab verməsiylə bağlı yayılan xəbər təsdiq edilmədi. Qeyd edək ki, məlumatda Yayımlar Birliyinin İTV-yə Azərbaycanın "Eurovizion 2008"-də təmsil olunmasına "yox" cavabı verməsi və 2009-cu ildə iştiraka icazə verdiyi deyilirdi. İTV-nin Yayım Şurasının mətbuat xidmətinin rəhbəri Tahir Məmmədov isə "OLAYLAR"a hələ birlikdən heç bir cavab almadıqlarını deyib. Amma bu cavab yaxın vaxtlarda mütləq alınacaq: "O məsələlərə hələ baxılmayıb. 2 ildir ki, bununla bağlı iş görülür. Artıq sonuncu mərhələ qalıb. Avropa Yayımlar Birliyinin komissiyasının toplantısında yekun qərar veriləcək". T.Əliyevin sözlərinə görə, toplantının iyul ayının sonunda keçirilməsi planlaşdırıb. Komissiya televiziyanı üzv qəbul etdikdən sonra Azərbaycanın nə vaxt təmsil olunacağıyla bağlı qərar çıxaracaq. olacaq". Əməkdar artist Faiq Ağayev yeni telelayihəsini hazırlayır. Payız aylarında efirə çıxacaq televiziya işində müğənni həm layihə rəhbəri, həm də aparıcı kimi çıxış edəcək. Bu barədə məlumat verən müğənni bildirdi ki, tamaşaçılar müğənninin təqdimatında yeni formatda silsilə xarakterli veriliş izləyəcəklər. Verilişin özəyini təşkil edəcək süjet xətti barədə xəbər aldıqda müğənni "mədəniyyətə, xüsusilə də şou-biznesə heç bir aidiyyəti olmayacaq. Sırf ictimaiyyəti narahat edən mövzulara toxunulacaq. Mövzu barədə konkret fikirlərim olmayacaq, çünki bu barədə hazırlıq işləri hələ davam edir", - dedi.
    İdeyanın özünə məxsus olduğunu bildirən cənab şlyager bunu hansısa boşluğu doldurmaq deyil, intellektual səviyyəni bir az da qaldırmaq naminə etdiyini dedi. O bildirdi ki, veriliş tok-şou da ola bilər, intellektual oyun şəklində də təqdim edilə bilər: "Layihə üzərində müştərək çalışmıram. Sadəcə, məsləhətlər alıram. Səhnə dostum Murad Dadaşovun televiziya təcrübəsi məndən artıqdır. Ondan bəzi məsləhətlər almışam. Amma verilişin onun realiti-şoularına oxşarlığı olmayacaq".
    Maliyyə məsələlərini həll edən layihə rəhbəri "Palmali" şirkətlər qrupu ilə çalışdığını qeyd etdi. Qonaqlarının hansı təbəqədən olacağına gəlincə, siyasətçilər, ziyalılar, mədəniyyət xadimləri ola biləcəyini öyrəndik: "Sənət dostlarımı da dəvət edəcəm. Amma mövzu onların sənət dünyasına həsr edilməyəcək. Ölkə vətəndaşı olaraq onlara mövzu ətrafında çıxış etmək imkanı veriləcək".
    Cənab şlyagerin yaradıcılığının digər mərhələsini klip çəkilişləri təşkil edir. Müğənni bildirdi ki, o, səhnəni aktrisa Sənubər İsgəndərli ilə birlikdə "Düşüncələr" adlanan klipinin çəkilişlərində bölüşəcək. Əməkdar artist qeyd etdi ki, eyni adlı mahnı (Sözləri Nərgiz Paşayeva, musiqisi Hikmət Mirməmmədlinindir) Ülviyyə Könülün rejissorluğu ilə ekranlaşdırılacaq. Bundan öncə isə müğənni iyunun 21-dən 27-nə kimi Koreyada keçiriləcək Azərbaycan Mədəniyyəti Günlərində iştirak edəcək.
    Faiq Ağayev qışda təqdim etdiyi "etirA.F" konsertinin televersiyasının artıq hazır olduğunu bildirdi. Yaxın günlərdə tamaşaçılarının izləyəcəyi qış layihəsinin yay versiyası da gözlənilir. Müğənni hazırda təşkilatçılardan aldığı təklifləri dəyərləndirdiyini söylədi. Qrinviç otelinin yaxınlığında" adlanan bu filmin çəkilişləri artıq demək olar ki, başa çatıb.
    Qeyd edək ki, dramatik filmdə çəkilən Rəfael İsgəndərov burada baş rolda çıxış edir. Film haqqında çox danışsa maraqsız olacağını bildirən aktyor yalnız onu söylədi ki, daim tamaşaçılar onu satirik, məzəli obrazlarda görməyə adət edib. Özünün dediyi kimi, baxmayaraq ki, İncəsənət İnstitutunun dram aktyorluğunu bitirib, hələ birinci dəfədir ki, o, dramatik obraz yaradır. Öhdəsindən gəldiyi rolu tamaşaçıların ixtiyarına verən Rəfael onu da bildirdi ki, filmdə hadisələr 2010-2012-ci illərdə baş verir. O, burada siyasətlə məşğul olmaq istəyən Qarabağ müharibəsinin veteranıdır. Əməkdar artist Nisə Qasımovaya xarici ölkələrdən yaradıcılıq təklifi gəlib. Müğənni bu ayın ortaları Rusiya və Orta Asiya səhnəsindən konsert proqramını təqdim edəcək. Müğənni qeyd etdi ki, silsilə xarakterli musiqi proqramı paytaxt Bakıda da təqdim ediləcək. Sıradan bir çıxışla səhnəyə çıxmaq istəmədiyini söyləyən müğənni yeniliklər axtarışındadır. Gəldiyi qənaət isə tezliklə Bakının konsert salonlarının birində həllini tapacaq. Müğənnidən Yaşıl Teatrda çıxış edəcəyi xəbərini aldıqda isə tərəddüd edərək, bu barədə hələ düşündüyünü söylədi.
    Özünü şou-biznesin yaradıcılarından sayan müğənni onun yolunun bəzi istiqamətlərdə azdırıldığından şikayət etdi. Əməkdar artist düşünür ki, bunun səbəkarlarından biri tele-kanal mənsublarıdır. Müğənni hesab edir ki, hər həftə müxtəlif simalarla gözləri yoran bəzi sənət adamlarının kimliyinə, səviyyəsinə mütləq diqqət yetirilməlidir. O, hesab edir ki, boş söz yığını ilə efir vaxtını almaq olmaz:
    "Konsertləri standartlardan çıxarmaq lazımdır. Əksər sənətçilərin konsertini eyni süjet xətti təşkil edir. Fərqlənmək istəyənlər isə bunu ifaları ilə göstərmirlər. Gəlin Avropadan gələn yaxşı ənənələri özümüzə yaxın buraxaq. Görürsünüz ki, günü-gündən ənənələr dəyişir, müasirləşir, amma keyfiyyəti itirmirlər".
    Rusiya şou-biznesindən misal çəkən müğənni qeyd etdi ki, böyük konsertlərə təsadüfi ifaçılar çıxarılmır. Hökumət buna xüsusi diqqət yetirir. Müğənni xarici görkəmi deyil, səsi üzərində çalışır, imkanlarını artırır. Nisə xanım hesab edir ki, bizdə bunun əksi inkişaf edib. Müğənni öz müşahiədələrinə əsaslanaraq söyləyir ki, gəncləri şou-biznesə gətirən ən qısa yol mübahisələr, atmacalar, tənqidi fikirlərdir. O, gəncləri sağlam düşüncə ilə hərəkət etməyə çağırır: "Musiqimizin gələcəyini onlara etibar edirik. Amma bəzən ümidlərimizi doğrultmayacaqlarından narahatam. Çünki biliklənmək, milli musiqimizə arxalanmaq istəmirlər. Müasirləşmək arzusu ilə yollarını azırlar. Yaxşıların sayı çox azdır, onlara da diqqət yetərincə göstərilmir Müsabiqə Vyaçeslav Zaytsevin Moda Evi və "Britaniya Ali Dizayn məktəbi tələbələrinin işlərinin yekun sərgisi"nin himayəsi ilə keçirilib. Tədbirdə qonaq kimi iştirak edən modelyer müsabiqələrin təşkili, iş prinsipi, seçim turunun mexanizmi istiqamətində müəyyən təcrübə topladığını qeyd etdi.
    "Əgər biz gələcəkdə dərzilər, tələbələr arasında belə müsabiqələr keçirsək, hazırlıq mexanizmlərini dərindən bilməliyik", - deyən F.Xələfova Mədəniyyət və İncəsənət Universitetinin rəssam-modelyer və dizayner fakültəsi üçün tədris proqramı işləyib hazırlamaq, bu ixtisasın nüfuzunu artırmaq üçün digər addımlar atmaq niyyətindədir Fərhad Bədəlbəyli: "Əzizə Mustafazadə kimi gənclərimiz çoxdur"
    Paytaxtımızda "Baku Cazz Festivalı"nın silsilə tədbirləri davam etdirilir. Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli festivalın Azərbaycanda keçirilməsinin əhəmiyyətini xüsusi vurğulayır: "Ötən illərə nəzər yetirsək görərik ki, bu gün caza olan maraq artıb. Həm də caz günü-gündən daha səviyyəli təqdim olunmaqdadır. Azərbaycana dünyanın ən inkişaf etmiş ölkələrindən caz ustaları gəlir. Bu, o deməkdir ki, artıq xaricdə də Azərbaycanı cazın məskəni kimi tanımağa başlayırlar". Bunu sevindirici hal kimi qeyd edən Fərhad Bədəlbəyli, hətta cazın Azərbaycanın adı ilə dünya arenasına çıxmasına gənclərin özünün marağı olduğunu bildirdi və gənc cazmenlərin bu istiqamətdə çalışdığını və hətta potensiallarının belə olduğunu dilə gətirdi. Ötən gün Opera və Balet Teatrında məşhur caz şahzadəsi Əzizə Mustafazadənin konsertinin təşkil olunmasına da münasibət bildirən Fərhad Bədəlbəyli vurğuladı ki, Əzizə Mustafazadə baxmayaraq ki, həmvətənləri qarşısında ilk dəfə idi ki, konsert verirdi, amma Azərbaycanı Avropada təmsil edir və dünyanın bir çox ölkələrində konsert proqramları ilə çıxış edir. Azərbaycanı caz sahəsində xarici ölkələrdə təmsil edə biləcək Əzizə Mustafazadə kimi gənclərimiz çoxdur.
    Belə tədbirlərin gələcəkdə də yüksək səviyyədə keçiriləcəyini əminliklə qeyd edən Fərhad Bədəlbəyli bu sahədə həm gənclərimizin bacarığına, həm də tamaşaçıların zövqünə əminliyini bildirdi.
    Sonda bu sözləri indi keçirilən cazın insanlar tərəfindən tələbatına bariz nümunə kimi qiymətləndirdi. Xalq artisti Məleykə Əsədovanın həyat yoldaşından ayrılması ilə bağlı söz-söhbətlər tükənmək bilmir. Aktrisanın ailəsindən boşanması ilə bağlı müxtəlif fikirlər dolaşmaqdadır. Məsələ ilə bağlı Məleykə xanmın özü ilə əlaqə saxladıq. Məleykə Əsədova eşitdiyimiz xəbəri təsdiqlədi və bildirdi ki, həyat yoldaşı ondan boşanmaq istəməsə də, bu addım məhz aktrisanın özü tərəfindən atılıb. Tezliklə məhkəmə yolu ilə ərindən ayrılacağını dilə gətirən aktrisa bildirdi ki, bunun bir neçə səbəbi var: "Mənim ondan ayrılmağımın birinci səbəbi yalan danışmasıdır. Mən ümumiyyətlə, bir insan kimi yalanı bağışlamıram, amma o mənə dəfələrlə yalan söyləyib. Bundan da başqa, biz tamamilə fərqli insanlarıq, fikirlərimiz bir-birinə heç cür uyğun gəlmir, xasiyyətlərimiz tutmur". Aktrisa qeyd etdi ki, yalan deyəndə bunu xəyanət kimi qəbul etməyək, Muradın özü də təsdiqləyir ki, o heç vaxt mənə xəyanət etməyib: "Sadəcə ailədaxili söhbətlər var ki, görürəm o mənə çox yalan söyləyir, bu, bir-iki dəfə olmayıb dəfələrlə baş verib. Ona görə də bu fikrimdə həqiqətən qətiyəm. Kim istəyər ki, ailəsi dağılsın, görün o məni nə dərəcəyə çatdırıb ki, bu addımı atdım və bundan başqa yolu da yoxdur". Həyatında isə heç bir şəxsin olmadığını deyən Məleykə xanım boşanma işləri ilə bağlı başının qarışıq olduğunu bildirdi. O qeyd etdi ki, bütün lazımi sənədlər aidiyyatı orqanlara verilib, yaxın vaxtlarda bu barədə uyğun qərar çıxarılacaq. Hazırda isə həm sənəti, həm də dünyaya gətirdiyi qızı üçün yaşadığını söyləyən Məleykə Əsədova bəlkə də gələcəkdə kimisə sevib ailə quracağını dedi. Hətta artıq indidən ona evlilik təklif edənlər də var. Amma Məleykə xanım bu təkliflərin hələ ki, onu maraqlandırmadığını bildirərək, gəzib-dolaşan artıq söz-söhbətlərə aydınlıq gətirməyə çalışdı. Xalq artisti Məleykə Əsədovanın həyat yoldaşından ayrılması ilə bağlı söz-söhbətlər tükənmək bilmir. Aktrisanın ailəsindən boşanması ilə bağlı müxtəlif fikirlər dolaşmaqdadır. Məsələ ilə bağlı Məleykə xanmın özü ilə əlaqə saxladıq. Məleykə Əsədova eşitdiyimiz xəbəri təsdiqlədi və bildirdi ki, həyat yoldaşı ondan boşanmaq istəməsə də, bu addım məhz aktrisanın özü tərəfindən atılıb. Tezliklə məhkəmə yolu ilə ərindən ayrılacağını dilə gətirən aktrisa bildirdi ki, bunun bir neçə səbəbi var: "Mənim ondan ayrılmağımın birinci səbəbi yalan danışmasıdır. Mən ümumiyyətlə, bir insan kimi yalanı bağışlamıram, amma o mənə dəfələrlə yalan söyləyib. Bundan da başqa, biz tamamilə fərqli insanlarıq, fikirlərimiz bir-birinə heç cür uyğun gəlmir, xasiyyətlərimiz tutmur". Aktrisa qeyd etdi ki, yalan deyəndə bunu xəyanət kimi qəbul etməyək, Muradın özü də təsdiqləyir ki, o heç vaxt mənə xəyanət etməyib: "Sadəcə ailədaxili söhbətlər var ki, görürəm o mənə çox yalan söyləyir, bu, bir-iki dəfə olmayıb dəfələrlə baş verib. Ona görə də bu fikrimdə həqiqətən qətiyəm. Kim istəyər ki, ailəsi dağılsın, görün o məni nə dərəcəyə çatdırıb ki, bu addımı atdım və bundan başqa yolu da yoxdur". Həyatında isə heç bir şəxsin olmadığını deyən Məleykə xanım boşanma işləri ilə bağlı başının qarışıq olduğunu bildirdi. O qeyd etdi ki, bütün lazımi sənədlər aidiyyatı orqanlara verilib, yaxın vaxtlarda bu barədə uyğun qərar çıxarılacaq. Hazırda isə həm sənəti, həm də dünyaya gətirdiyi qızı üçün yaşadığını söyləyən Məleykə Əsədova bəlkə də gələcəkdə kimisə sevib ailə quracağını dedi. Hətta artıq indidən ona evlilik təklif edənlər də var. Amma Məleykə xanım bu təkliflərin hələ ki, onu maraqlandırmadığını bildirərək, gəzib-dolaşan artıq söz-söhbətlərə aydınlıq gətirməyə çalışdı. Ev şəraitində müalicə edilən müğənni iyunun 29-da qolundakı gipsdən azad olacaq. Bu barədə mətbuata açıqlama verən F.Kərimova qolunun əvvəlki kimi sağlam olması üçün vaxt tələb olunduğunu deyib: "Həkimlər deyirlər ki, əlimin əvvəlki kimi hərəkət etməsi üçün vaxt lazımdır. Hazırda bu səbəbdən yaradıcılıqla məşğul ola bilmirəm. Qolum əvvəlki vəziyyətinə qayıtdıqdan sonra işlərimi davam etdirəcəyəm". Müğənni xanım onu da qeyd edib ki, qolu sağalan kimi klip çəkilişlərinə başlayacaq. Eyni zamanda, o, bir neçə müğənni ilə duet oxumağı planlaşdırır.
    Bu dəfə isə müğənni bir neçə şou proqramların iştirakçısı olub
    Bəstəkar-müğənni Elza Seyidcahanın yeni layihələrlə bağlı Türkiyədə səfərdə olduğu haqda sizlərə məlumat vermişdik. Təxminən bir aya yaxın vaxtı Türkiyədə olan müğənni nəhayət ki, yeni proyektlərlə vətənə dönüb. Elza xanımın sözlərinə görə, o, Türkiyəyə verəcəyi konsertin layihəsini tərtib etmək, həm də konsertin təşkili məsələlərində bəzi danışıqları həll etmək üçün gedib. Təxminən bir aydan sonra müğənninin Türkiyədə konsert proqramı düzənlənəcək. Bu dəfə isə onun bir neçə proqramlarda çıxışları olub. Bunlardan da biri "Türk max" telekanalında ayda bir dəfə yayımlanan verilişdir. Həmin verilişdə o, Burhan Özcanın müəllif proqramında iştirak edib: "Burhan Özcan hörmətli bir adamdır, o özü məni proqrama dəvət etdi. Mənim iştirak etdiyim bu veriliş sayca altıncıdir". Qeyd edək ki, müğənninin Türkiyədə keçiriləcək konserti "Türkaz" Agentlər Birliyinin təşkilatçılığı ilə baş tutacaq.
    Elza xanım Türkiyədə digər bir verilişin qonağı olduğunu da söylədi: "Türkiyədə "Treyn" adlı böyük bir ticarət mərkəzi var. Burada "Ulduzların keçdiyi yol" adlı proqram təqdim olunur və bu proqrama Sibel San, Ebru Gündeş, Seda Sayan kimi məşhur sənətçilər dəvət edilir. Bunu müğənnilərin həm bir növ reklamı üçün, həm də alıcıların ticarət mərkəzinə daha da cəlb olunması üçün təşkil edirlər. Mən də bu proqramda iştirak etdim və "Cocuklar günü" münasibətilə bir neçə türk müğənnisi ilə bərabər burada konsert verdik". Elza xanımın verdiyi məlumata görə, onun Türkiyəyə səfərinin ikinci səbəbi də oğlunun əməliyyatı ilə bağlı olub. Elza xanım sənətçi olduğuna görə həkimlər bu əməliyyatı təmənnasız ediblər. Sən demə, əməliyyatdan sonra müğənni oğlunu hərbi xidmətə yola salıb. Müğənni Azərbaycandakı işlərindən də söhbət açaraq bildirdi ki, o albom üzərində çalışır. Alboma daxil olan mahnılar hazırdır və onu da qeyd edək ki, bu albomda yalnız müğənninin öz bəstələrindən ibarət olan mahnılar yer alacaq. Elza xanım mahnılarından birinə klip çəkdirməyi də düşünür. Əməkdar artist Ədalət Şükürovun iki albomu birdən işıq üzü görüb.
    Onun prodüsseri bu barədə məlumat verərək bildirdi ki, birinci albomda müğənninin ifa etdiyi mahnılar yer alıb, bu mahnılardan birinə o, klip çəkdirməyi planlaşdırır. İkinci albom isə şeirlərdən ibarətdir. Bu albomda Ədalət Şükürovun ifasında müxtəlif şairlərin şeirləri səslənib. Bir məlumatı da qeyd edək ki, ötən gün Ədalətin ofisinin qarət olunması ilə bağlı xəbər yayılmışdı. Bu barədə açıqlama vermək istəməyən müğənninin prodüsseri bununla bağlı məlumata o qədər də malik olmadığını bildirdi və ofisdən yalnız iki ədəd kompüter avadanlığının götürüldüyünü söylədi. O, bildirdi ki, hazırda bununla bağlı işlər gedir, hadisəni törədənlər öz layiqli cəzasını alacaqlar Yaxın həftələrin birində ana olmağa hazırlaşan müğənni Elnarə Xəlilova yaradıcılıq planlarını axsatmır. Öyrəndik ki, o, konsert layihəsi üzərində çalışır. Məkan seçimi hazır olan konsert proqramının yay aylarına təqdim olunması nəzərdə tutulur. Müğənninin açıqlamasında bildirilir ki, əslində onun konsert ideyası Yaşıl Teatrın açılış mərasimindən sonra yaranıb.
    "Teatrın açılışına həsr olunan süjetlərə baxanda oranın yeni akustikasını çox bəyəndim. Teatr müasir və yaraşıqlı görkəm alıb. Düşündüm ki, çoxdan bəri gözlənilən konsertimi orada keçirə bilərəm. Hazırda dünyaya gələcək övladımın qayğıları ilə məşğulam".
    Repertuarını yeni mahnılarla təzələyən müğənni Gövhər Həsənzadənin yeni "Pəncərədə" mahnısını dinləyicilərinə təqdim etdiyini söylədi. Müğənni konserti və yaradıcılığının yeni mərhələləri barədə qarşıdakı ayda ətraflı məlumat verəcəyini qeyd etdi. Müğənni yapon qızlarının obrazını canlındıracaq
    Əməkdar artist Nazpəri Dostəliyevanın başı klip çəkilişlərinə qarışıb. Müğənni sözləri və musiqisi Gövhər Həsənzadəyə məxsus olan "Yağış" mahnısını ekranlaşdıraraq tamaşaçıların öhdəsinə verəcək. Hazırda çəkilişləri davam edən klip hava ilə əlaqədar müvəqqəti olaraq təxirə salınıb. Uzun müddətdir ki, klip çəkdirməyə ara verən müğənni klip çəkilişində təhlükə ilə üzləşib. Klipdə yapon xanımlarının obrazını yaradan müğənni 20 sm hündürlüyündə ayaqqabı geyinib. Çəkiliş zamanı hərəkət edərək addım ata bilməyib və nəticədə ayağı büdrəyib. Xoşbəxtlikdən heç bir xəsarət almayan Nazpəri xanım cəld tərpənib. Müğənni bunu gözəlliyin qurban verməsi kimi qiymətləndirdi. O qeyd etdi ki, yapon qızları üçün bəlkə belə ayaqqabıda gəzmək asandır, amma bu, mənə asan başa gəlmədi. Bütün bunlara baxmayaraq, çəkilişlər aparılır, sadəcə bir neçə gündür ki, havaların qeyri-sabit keçməsi ilə əlaqədar olaraq hələ ki, müvəqqəti dayandırılıb. Qeyd edək ki, çəkilişlərin bir hissəsi Zaqatalada aparılıb. Müğənninin sözlərinə görə, onda havalar isti keçirdi, ona görə də Zaqatalada aparılan çəkilişlər baş tutdu, yalınz paytaxtakı çəkilişlərin bir hissəsi qalıb. O da başa çatdıqdan sonra demək olar ki, bir aya artıq klip tam hazır olaraq Nazpəri xanımın pərəstişkarlarının ixtiyarına veriləcək. Hüsniyyə Məhərrəmova: "Ermənilər müsabiqədə balabanı özlərinin milli musiqi alətləri kimi təbliğ ediblər"
    "Avrovizion" beynəlxalq müsabiqəsi artıq neçə illərdir ki, keçirilir. Lakin təəssüflə qeyd edirik ki, bu müsabiqənin qapıları hələ də Azərbaycanın üzünə açılmayıb. Hazırda isə Azərbaycanın orada iştirakı üçün bir sıra tədbir görülür, təbliğat aparılır. İctimai Televiziya da bu sahədə əlindən gələni edir. Belə ki, müsabiqənin yayım hüquqlarını əldə edən televiziya, hətta öz əməkdaşlarının da müşahidəçi kimi müsabiqəyə qatılmasını təşkil etdi. Həmsöhbətimiz də televiziyanın əməkdaşı, "Qaraj" verilişinin aparıcısı Hüsniyyə Məhərrəmovadır.
    - Hüsniyyə, əvvəlcə istərdik ki, "Avrovizion" müsabiqəsi haqqında məlumat verəsiniz və öz təəssüratlarınızı oxucularımızla da bölüşəsiniz.
    - Birinci növbədə qeyd edim ki, keçən ildən etibarən İctimai Televiziya "Avrovizion" müsabiqəsinin yayım hüquqlarını əldə edib. Lakin indi biz orada həm bir müşahidəçi kimi, həm də jurnalist kimi təmsil olunduq. Əslində keçən il də getməyimiz nəzərdə tutulmuşdu, amma gecikdik deyə Yunanıstana gedə bilmədik. Lakin buna baxmayaraq, biz yayda Finlandiyaya getdik. Keçən il Lobbi qalib gəlmişdi deyə, onun haqqında film çəkməyə getmişdik, həm də ümumiyyətlə, biz "Avrovizion"a hazırlıq prosesi haqda film çəkirik. Bu il də getməyimizin səbəbi müsabiqə haqqında əyani məlumat toplamaq idi. Həm də bu müsabiqəni tamaşaçı İctimai Televiziya vasitəsilə izləyir, amma pərdəarxası baş verənləri görmür, bizim də məqsədimiz pərdəarxası məqamları çəkmək idi. Bu müsabiqədə 42 dövlət iştirak edir. Dövlətlərin bu müsabiqəyə qatılıb-qatılmamasından asılı olmayaraq, bütün ölkə jurnalistləri burada təmsil olunur. Bir məqamı da vurğulayım ki, iştirakçı kimi Azərbaycan müsabiqəyə qatılmasa da, bizi çox maraqla qarşıladılar. Onlar bizi nefti olan bir ölkə kimi tanıyır. Bilirsiniz, 50 ildir "Avrovizion" müsabiqəsi keçirilir, birinci dəfə idi ki, Azərbaycan jurnalistləri müsabiqəyə qatılmışdı və təbii ki, bunu da ilk olaraq İctimai Televiziya həyata keçirdi.
    - Müsabiqənin iştirakçısı kimi, həm xarici görünüşünə, həm səsinə görə Azərbaycandan hansı müğənniləri o müsabiqədə gördünüz?
    - Müsabiqəyə qatılmamışdan qabaq da ora gedə biləcək müğənni haqqında öz seçimimi etmişdim. Amma müsabiqə ilə əyani tanış olandan sonra yenə də öz seçimimin üzərində dayanıram və indi də deyirəm ki, Azərbaycanı təmsil edə bilən birinci növbədə "Rast" qrupu-Jalə və Lamiyə ola bilər. Bunların həm vokal imkanları genişdir, həm də xarici görünüşləri yaxşıdır. Bundan başqa, "Sinq Your Sonq" müsabiqəsinin qalibi gənc müğənni Elnuru deyə bilərəm. Onsuz müsabiqədə iştirak edəcək müğənniləri konkurs və ya SMS-lə seçirlər. Amma bizdə bu, necə keçiriləcək, onu deyə bilmərəm.
    - Bu müsabiqəyə qatılmaq üçün Azərbaycan müğənnisinə nə lazımdır?
    - Vokal imkanları, səlist danışıq qabiliyyəti, bir də yaxşı olar ki, xarici dili də bilsin. Məsələn, türk müğənnisi Kenan Doğulunu misal çəkə bilərəm. Hamının sevgisini qazandı, jurnalistlərlə sərbəst danışdı, suallara lakonik cavab verdi. Amma Rusiyanın "Serebro" qrupu ingilis dilində bir kəlmə də danışa bilmədi. Jurnalistlərin suallarına onlar tərcüməçinin köməyi ilə cavab verirdilər.
    - Müsabiqədə iştirak etmək üçün müğənninin repertuar seçimi necə olmalıdır?
    - Repertuar hər il dəyişir, ona görə də bunu dəqiq demək mümkün olmur. Bəzən deyirlər ki, şou, gözəl musiqi seçimi olmalıdır, amma mənə elə gəlir ki, bunlar nisbidir. Əsas odur ki, milli folklor olsun. Biz bu folkloru müasir musiqimizlə göstərməliyik. Azərbaycan burada birinci dəfə çıxış edəcək deyə, çalışmalıyıq ki, mütləq milli atributlarımızı nümayiş etdirək. Həm də bu müsabiqədə qalib gəlsək də, gəlməsək də mütləq iştirak etməliyik.
    - Sözügedən müsabiqədə Azərbaycanı hansı sıralarda gördünüz?
    - Şəxsən mən müsabiqəyə getməmişdən əvvəl hardasa düşünürdüm ki, Azərbaycan "Avrovizion"a qatılsa da olar, qatılmasa da. Amma indi görürəm ki, bu müsabiqəyə Azərbaycan mütləq qatılmalıdır. Hətta bəzən deyirlər ki, bu, musiqidən çox siyasi müsabiqədir, bəlkə hardasa bu belədir. Məsələn, Gürcüstan ilk dəfə idi ki, çıxış edirdi, düzdür, finala çıxdı, amma yüksək pillələri qazana bilmədi. Halbuki, bütün izləyicilər də, tamaşaçılar da Gürcüstanın ifasından razı qaldılar. Həm də burada hər gün hər hansı bir ölkənin gecəsi keçirilirdi. Onların musiqiləri ilə yanaşı, milli rəqsləri və mətbəxləri nümayiş olundu. Gürcüstan da musiqiləri ilə yanaşı həmçinin rəqslərini və mətbəxlərini göstərdi. Avropalılar da Qafqaz mədəniyyətini görüb təəccübləndilər. Hamı deyirdi ki, Gürcüstanın nə qədər zəngin mədəniyyəti var. Azərbaycan finala düşə bilər.
    - Hüsniyyə, yeri gəlmişkən, hətta bu müsabiqəyə siyasi don geyindirdilər. Sizcə orada bu nə dərəcədə nəzərə çarpdı?
    - Sözün düzü, bu hiss olundu. Fanatlar və iştirakçılar arasında biz sorğu keçirdik. Orada heç kəs finala qədər Serbiyanın adını çəkmədi. Sonda dedilər ki, fanatlar Serbiyanı dəstəkləyir. İfa etdikləri mahnı o qədər də pis deyildi, amma ondan da qat-qat güclü ifaçılar vardı. Bunu da onunla izah etdilər ki, guya Serbiya Avropa Şurasına daxil olmalı idi və ya müharibədən yeni çıxmış ölkə olduğu üçün köməklik baxımından buna birinci yeri verdilər.
    - Sizcə "Avrovizion" müsabiqəsinin obyektiv keçirilməsinə nə dərəcədə inanmaq olar?
    - Bunu belə də qəbul etmək lazımdır. Mənim fikrimcə, burada qonşu ökələr bir-birinə səs verməməlidirlər. Buna baxmayaraq, Azərbaycan 1-2-ci yeri düşünməməlidir, yalnız orada iştirak etməlidir. Çünki artıq ermənilər balabanı özlərinin milli musiqi alətləri kimi təbliğ ediblər. Ona görə də biz finalı fikirləşməməliyik. Bir də görəcəyik ki, sabah tar-kamanla çıxıblar, "Sarı gəlin"i ifa ediblər.

    Türkiyədə hava limanında polis təpkisilə üzləşən müğənni Aygün Kazımova Türk Hava Yolları şirkətini məhkəməyə verib. Müğənninin dediyinə görə, Belarusdan Türkiyəyə gələrkən hava limanında polis təzyiqilə üzləşib. Belə ki, onun sənədlərini yoxlayan şirkət nəzarətçisi müğənnidən şlyapasını çıxarmağı tələb edib. Saçları qaydasında olmadığı üçün bu tələbə tərəddüd edən müğənni bir daha polisin kobudluğu ilə üzləşib:
    “Mən aşağı əyilib çantamı yerə qoymaq istəyəndə, o təkrarən qışqıraraq “sana söylüyorum şu kafandakını çıxart” deyə mənə bağırdı”. Türkiyəyə buraxılmayan müğənni bu münasibətə görə hələ də stressdə olduğunu bildirir: “Amma Türkiyədən Azərbaycana gələn müğənnilərə qarşı belə münasibət yoxdur”. Aygün məhkəmədən sonra şirkət işçisinin oradan uzaqlaşdırılacağını güman edir
    SEVGI NECE GOZEL ULVI BIR HISSDIR
    BU HISSI HER INSAN YASAYA BILMIR
    HEM SEVIB HEM DE KI SEVILMEK GOZEL
    ONU DA HER INSAN YASAYA BILMIR

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.