Türkiyənin tanınmış müğənnisi Sərdar Ortacın illər boyu gizli saxladığı şəkli üzə çıxıb. Türkiyə mətbuatının verdiyi məlumata görə, şəkil sənətçinin keçmiş dostlarından biri tərəfindən internetdə yayılııb.

Sərdar Ortacın dostları internet vasitəsi ilə onun məktəb illəri barədə məlumatları minlərlə insanla paylaşıb. "Böyük bir qərb heyranı olan bu dostumuz pop musiqi, brek-dans xəstəsidir. Dostumuza gələcəkdə uğurlar diləyirik",-deyə Heydərpaşa Sənaye Məslək Liseyi məzunu Sərdar barədə bildirib.
Sərdar Ortacı dostları məşhur alman popçu Falcoya heyranlığından dolayı "Falco" ləqəbi ilə çağırırmış.