Azərbaycanı Eurovision 2010 mahnı müsabiqəsində təmsil edən iştirakçının adı fevral ayının 2-də məlum olacaq. Belə ki, "Buta Palace" əyləncə kompleksində mahnı müsabiqəsinə namizədlərin yekun seçmə konserti keçiriləcək. Bu barədə konsertin təşkilatçılarından biri olan City Concerts Agentliyi məlumat verib.
Məlumata görə, konsertdə ilkin bir neçə mərhələdən və peşəkar münsiflərin seçdiyi ifaçılar iştirak edəcəklər. Konsertin sonundna isə səsvermə nəticəsində Azərbaycanı "Acroviziya-2010" müsabiqəsində təmsil edəcək ifaçının adı bəlli olacaq.
Məlumata görə, konsertin qonaqları qismində "Eurovision" müsabiqəsinun qalibləri Ruslana və Aleksandr Rıbakın çıxış edəcəkləri gözlənilir.
Qeyd edək ki, tədbirin çəkilişləri və translayasiyası müsabiqəsinin Azərbaycandakı rəsmi tərəfdaşı İctimai Televiziya tərəfindən aparılacaq.
"Euravision"a Kim Getsin?
Roya
Natavan
Y.Ulduz Safura
Zamiq
Elanrə
Talıb
Yenə Aysel
və digərləri