Bu gün Eurovisionda bizi təmsil etmək üçün müəyyən olunan ilk 3lük seçildi!
“Eurovision-2009” mahnı müsabiqəsinin qalibi Aleksandr Rıbak və “Eurovision-2004” müsabiqəsinin qalibi Ruslananın çıxışları ilə başlayan tədbirin sonunu hər kəs səbrsizliklə gözləyirdi. Səfərin məqsədi isə bu gün axşam “Buta Palace”da “Eurovision-2010” müsabiqəsində Azərbaycan təmsilçisinin seçilməsi üçün keçiriləcək milli yarımfinal konsertində çıxış etmək idi. Hər iki sənətçi bu gün axşam repertuarlarındakı ən populyar mahnıları ilə Bakı tamaşaçıları qarşısında çıxış etdilər. Aleksandr Rıbak ilk dəfə Bakıya gəlsə də, Ruslana artıq bir neçə dəfə Bakı tamaşaçıları qarşısında çıxış edib. Hər iki sənətçi onlara qalibiyyət gətirən mahnıları da Bakı səhnəsində ifa etdilər.

İki saatlıq yarımfinal proqramında Azərbaycanı Osloda keçiriləcək 55-ci “Eurovision” müsabiqəsində təmsil etmək iddiasında olan 6 namizəd - Azad Şabanov, Səfurə Əlizadə, Məryəm Şabanova, Ülviyyə Rəhimova, Elli Miçiyeva və “Milk&Kisses” qrupu rəqabət apardı eləcə də sürpriz qonaqlar qismində Aleksandr Rıbak, Ruslana və “Eurovision-2009” müsabiqəsində Azərbaycanı təmsil edən Aysel Teymurzadə xüsusi proqramla çıxış etdilər.
Nəhayət münsiflər heyətinin qərarı belə oldu!

Finalda Azərbaycanı Eurovisonda təmsil etmək üçün mübarizə aparacaq ilk üçlük bunlardır.
“Milk&Kisses” qrupu
Səfurə Əlizadə
Məryəm Şabanova

Nəticə nə dərəcədə ürəyinizcə oldu?