Britaniyalılar son 10 illiyin ən gözəl qadını aktrisa Ancelina Colini hesab edir. Onlar bu qərara 3 min insan arasında aparılan sorğunun nəticəsindən sonra gəliblər.
Sorğunun nəticələri belə sıralanıb.

1-ci yer - Ancelina Coli
2-ci yer - Cenifer Aniston
3-cü yer - Kayli Minoq
4-cü yer - Ketrin Zeta Cons
5-ci yer - Şeril Koul

Onluğun digər yerlərində isə Skarlet Yohanson, Kire Haytli, Beyons Noulz, Liv Tayler və Halle Beri kimi məşhurlar qərarlaşıb.

Ən yaxşı iyirmiliyə isə Keyt Uinslet (11-cı yer), Meqan Foks (16-ci yer), Eva Lonqoria ( 17-ci yer), Şarliz Teron (20-ci yer) daxildir.