Türkiyə kanallarında yayımlanan programlardan birində çıxış edən Hülya Avşar söhbət əsnasında ucadan gülərək, indiyə kimi ətrafında baş verən qalmaqallardan söz açıb.

”Mənim efirdə işlətdiyim hər bir ifadə qalmaqala səbəb olur. Nə qədər istəsəm də, alınmır, kiməsə söz atmasam dayana bilmirəm, bununla hamını yerində oturduram. Mən özümü daha mədəni aparmaq istəyirəm və həmkarlarım barədə işlətdiyim ifadələrlə onları əsəbləşdirməməyə çalışıram", - deyə 45 yaşlı sənətçi bildirib.

Müğənni hətta qıcıqlandırıcı sözləri əvvəlcədən bloknota yazaraq, onlardan nə vaxtsa istifadə edəcəyini də etiraf edib. “Mən onlara söz atanda və əsəbləşdirəndə, bu insanların əsl simasını üzə çıxarıram”, - deyə müğənni canlı yayımda əlavə edib. ANSPRESS