Rəqqasə Fatimə “Salam”adlı hind rəqsini tamamladıqdan sonra bu dəfə milli Azərbaycan rəqsinə müraciət edib. Rəqqasə bildirib ki, paralel olaraq iki rəqs üzərində çalışmaq fikrindədir: “Hazırda arxivdə olan 5 qədim rəqsdən hansını daha tez hazırlayacağımı düşünürəm. Artıq “Süleymanı” rəqsinin məşqlərinə start vermişəm”.
Tamaşaçılar bu dəfə tamam fərqli “Süleymani” ilə qarşılaşacaq. Aranjeman da yenidən məhz Fatimə üçün təzələnib.
Fatimənin dediyinə görə, bu rəqs tamam fərqli olacaq, aranjemana, oyun tərzinə, quruluş və rəqs texnikasına görə klassik “Süleymani”dən fərqlənəcək: “Süjet xətti elədir ki, burada klassika ilə folklor bir araya gələcək. İnanıram ki, bu rəqsimi də sevəcəksiniz. Yeni “Süleymanı” ilə qarşınızdayam. Digər rəqsə gəldikdə isə seçim qarşısında qalmışam. Ancaq mütləq ikinci rəqsi də seçəcəm. Özümə söz verişəm, mütləq paralel 2 rəqs üzərində işləməliyəm”.