Səidə Sultan: “Heç kimə cadu etməmişəm”
Səidə Sultan: “Heç kimə cadu etməmişəm”
Gənc müğənni sənətə sponsorsuz gəldiyini iddia edir
Gənc ifaçı Səidə Sultan yeni albom hazırlayır. Müğənni Lent.az-a açıqlamasında 12 mahnıdan ibarət olan albomda R&B, pop və xalq musiqisi üslubunda mahnılar ifa etdiyini deyib: “Dostum” mənim ilk albomumdur. Onun ardınca möhtəşəm layihələrim başlayacaq. Söz vermişəm, 2009-da birinci müğənni mən olmalıyam”.
Səidə hamıya sponsorsuz, lakin səviyyəli müğənni olacağının vədini verdi: “Səidə sübut edəcək ki, sponsorsuz, dayaqsız, səviyyəli bir müğənni olacaq. Artıq 7-8 ildir oxuyuram. Heç kimə maneçilik, cadu etməmişəm, sənətə öz gücümə gəlmişəm. Gec olsun, güc olsun. Bilirəm ki, nə qədər gec olsa da, işlərimin sonu yaxşı olur”.
Müğənni bəzilərinin şou-biznesdə zamanının bitdiyini, lakin şou-aləmi tərk etmək niyyətində olmadığını da deyib: “Şou-biznesdə o qədər vaxtı bitən müğənni var ki! Müğənni yapışıb qalmır ki, hərənin bir vaxtı var. Cavanlar gəlir, mən gəlirəm, məndən sonrakılar gəlir. Hər kəsin bir dövrü var».
Lalə Yusifqızı
Re: Səidə Sultan: “Heç kimə cadu etməmişəm”
Valla inanmadim :D Cünkü Azerbaycanda sponsorsuz müğənni olmaq coxxxxxxxx cətin məsələdi :cool: