Misirin birinci ledisi Süzanna Mübarək Azərbaycanın əməkdar artisti Tünzalə Ağayeva üçün mahnı yazıb.

Müğənninin sözlərinə görə, onun ifası Süzanna Mübarəkin xoşuna gəlir və birinci ledi mahnını məhz onun oxumasını istəyib.
“Building our peace” adlanan mahnıya artıq klip də çəkilib.
Qeyd edək ki, Tünzalə Ağayeva Suzanna Mübarəkin mahnısını oxuyan ilk müğənni deyil,
daha əvvəl də Brilliant Dadaşova onun yazdığı himni ifa edib.
Klip bir həftədən sonra Azərbaycan kanallarında da nümayiş olunacaq.




Natavan Həbibinin pradüserliyini artıq Tolik edəcək

Adı qalmaqallarda hallanan,bəzi müğənnilərdən daha çox tanınan Tarix Əliyev yaxud da sadəcə Tolik artıq,qalmaqal yaratmaqda və məhşurluqda heç də Tolikdən geri qalmayan Natavan Həbibinin rəsmi pradüseri olacaq.
Əyləncə məkanlarının birində baş tutmuş görüşdən sonra belə qərara gəlinib ki Tolik Natavan Həbibinin artıq rəsmi pradüseri vəzifəsini yerinə yetirsin.
“Natavanla yaxın münasibətdə olduğum üçün onun hal hazırda pradüsersiz olduğundan xəbardar idim ona gördə də bu təklifi ona etdim.O da öz növbəsində buna razılıq verdi və biz iş münasibətlərimizi rəsmiləşdirdik.”




«Best Model of Azerbaijan»ın təşkilatçısı Bakıda dünyasını dəyişib.

Bakıda, Türkiyə vətəndaşı, 1949-cu il təvəllüdlü «Best Model of Azerbaijan» ın təşkilatçısı,Türkiyəli biznesmen Nahid Kabakçı dünyasını dəyişib.
O,10 ildən artıq idi ki Azərbaycanda yaşayırdı.Və bu illər ərzində öz biznesini qurmağı bacarmışdı. “Best Model of Azerbaijan” müsabiqəsinin ilk təşkilatçısı kimi çox məhşur idi.