Populyar müğənni və xalq artisti Faiq Ağayevin rəsmi saytı haker hücumuna məruz qalıb. Hakerlər saytı dağıtmağa səbəb olaraq saytın Rus dilində olmasını göstəriblər. Sayta bu mesaj əlavə edilib “Faiq bəy, ana dilinizi unudub, rus dilində sayt açanda bilmirdiniz ki, belə olacaq?”.

Faiq Ağayev isə sosail media hesabından verdiyi cavabda saytın həm Azərbaycan həm də rus dilində fəaliyyət göstərdiyini bildirib.

Faiq Ağayevin rəsmi saytı hal hazırda bağlıdır. Sayta bu mesaj yazılıb: XALQ ARTİSTİ FAIQ AĞAYEVİN SAYTI BU YAXINLARDA YENİ DİZAYNDA!