Populyar müğənni və gənclərin ən çox sevdiyi şou biznes əhli Rihannanın yeni sevgilisi, Səudiyyə Ərəbistanından olan iş adamı Hassan Jameel rəsmi olaraq evli imiş.

RihannaHassan Jameel aralarındakı sevgi münasibətlərini 6 ay ərzində gizli saxlamağı bacarıblar. Onlar bir müddət əvvəl İspaniya tətili zamanı paparazzilər tərəfindən hovuzda lentə alınan səmimi görüntüləri ilə gündəmə gəlib.


İş adamının aylıq gəliri 1,5 milyard dollardır. O, 2012-ci ildə Lina Lazaar ilə nikah bağlayıb.


Əcnəbi mətbuatda onların nişanlanması barədə xəbərlər yayılıb, lakin tərəflər bu barədə hələlik heç bir açıqlama verməyib.