2 sonuçtan 1 ile 2 arası

"Eurovision"-la bağlı iki xəbər!

  1. #1
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    3.585

    "Eurovision"-la bağlı iki xəbər!


    Bu il Türkiyəni “Eurovision” mahnı müsabiqəsində təmsil etmiş müğənni Hadisə Türkiyə hökumətinə və ölkənin Futbol Federasiyasına müraciət edib.

    Lent.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, Hadisə bu il oktyabrın 14-də Türkiyə və Ermənistan futbol komandaları arasında Türkiyədə keçiriləcək oyundan əvvəl Ermənistanı bu il
    “Eurovision” mahnı müsabiqəsində təmsil etmiş İnga və Anuşun mahnı oxumasını istəyir.

    Hadisə özü də həmin gün erməni müğənnilərlə birgə səhnəyə çıxmaq niyyətindədir.

    O, Türkiyə hökumətinin və Futbol Federasiyasının bu istəyə dəstək verməsini istəyib. Hadisənin fikrincə, bu, hər iki ölkənin vətəndaşlarına, dünyaya sülhlə bağlı gözəl mesaj olar.


    Xalq artisti Nazpəri Dostəliyeva hazırlıqları bir il davam edən “Sehir” adlı albomunu tamamlayıb.

    Bu barədə Lent.az-a məlumat müğənninin mətbuat xidmətindən verilib.

    Mənbənin xəbərinə görə, albom Dostəliyevanın yaradıcılığında əsl yenilik olacaq: “Müğənni albomunda yaxın vaxtlarda geniş kütlə arasında özünü tanıtmağa hazırlaşan “NEXT” qrupu ilə məşhur xalq mahnısı “Getdi yar”ı birlikdə oxuyub. Müasir üslubda hazırlanan xalq mahnısında milli musiqimizlə yanaşı Qərb musiqisinin elementlərindən də istifadə olunub. Sözügedən mahnıya klip çəkilişləri hələlik reallaşmayıb, “Next” özlərinin təqdim edəcəkləri albomun işlərini tamamlamaq üçün Ukraynadadır. Uşaqlar vətənə qayıtdıqdan sonra çəkilişlər baş tutacaq”.

    Mahnının aranjimanı Yaşar Baxış tərəfindən hazırlanıb.

    Gəzən şayiələrə görə, ifa tərzi, səhnə fəaliyyəti və imcinə görə Azərbaycanda fəaliyyət göstərən digər qruplardan fərqlənən “Next” qrupu bu il “Eurovision-2010” mahnı müsabiqəsində təmsil olunacaq.

    Müğənninin mətbuat xidməti Nazpəri Dostəliyevanın hazırda Türkiyədə istirahət etdiyini xəbər verib.

    “Getdi yar”ın sentyabr ayının sonunda kliplə mətbuata və tamaşaçılara təqdim edilməsi nəzərdə tutulub.
    [

  2. #2
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Mar 2009
    Yer
    Azərbaycan.Bakı
    Mesajlar
    1.739

    Re: "Eurovision"-la bağlı iki xəbər!

    bu kopakqızı hadise qeşeydi dayna

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.