Dənizi çox sevdiyimə baxmayaraq, sənətimlə məşğul olmalıyam
Xalq artisti adına layiq görülən Zülfiyyə Xanbabayeva səhnəyə qayıtmaq qərarına gəlib. Bu ay qızının 1 yaşını qeyd edəcək müğənni onun tərbiyəsini dayəyə etibar etmək məcburiyyətində qalıb:
«Eyni zamanda həm uşaqla, həm də sənətlə məşğul olmaq mümkün deyil. Bu səbəbdən də qızım üçün dayə tutmuşam. Qızımı çox sevdiyimə baxmayaraq, sənətimlə məşğul olmalıyam. Çünki musiqisiz, səhnəsiz yaşaya bilmərəm». Hazırda o, bir neçə layihə üzərində işləyir: «Təzə mahnılar yazdırıram. Üzümüzə gələn həftələrdən birində klip çəkilişinə başlamalıyıq. Mahnıları yeni albomuma daxil edəcəyəm. Qızım artıq ilk addımlarını atır. Ümid edirəm ki, klipin təqdimatında o da iştirak edəcək».

«SMS xatirinə oxuyanları müğənni hesab etmirəm»
Xalq artisti Zeynəb Xanlarova dinləyicilərinin uzun həsrətinə son qoyacaq. Bakılı pərəstişkarlarını başına toplayıb, solo-konsert proqramı ilı çıxış edəcək. Zeynəb xanım təmirdən sonra Heydər Əliyev adına Sarayda konsert verəcək ilk müğənni olacaq.

Konsertin təşkilatçısı – «Art Community» kompaniyasından verilən məlumata görə, sənətçi təzə proqramı noyabrın 4, 5 və 6-da təqdim edəcək. Zeynəb Xanlarova düz 20 ildən sonra yenidən saray səhnəsində canlı oxuyacaq. Odur ki, konsert də elə belə adlanır: «20 ildən sonra».
Bu arada bildirək ki, sənətkar müasir estrada ifaçılarını bəyənmədiyini deyib: «Bizim vaxtımızda SMS yox idi. Biz səhnəyə çıxırdıq və xalq bizə qiymət verirdi. Mən SMS xatirinə oxuyanları müğənni hesab etmirəm. Pul verib məşhur olmaq olar, amma bir həftəlik. Əlli il müddətinə məşhur olmaq üçün isə özünü səhnəyə həsr etməlisən». Onun sözlərinə görə, tamaşaçını yalnız səs və sənət ilə cəlb etmək olar. «Mən yalnız səsimin sayəsində Zeynəb Xanlarova olmuşam. Əsl müğənnini səsindən tanıyarlar. İndi hamı bir-birinə oxşayır. Həm görünüşcə, həm də geyimcə, bunun üçün heç kimi tərifləmək istəmirəm», - deyə Z.Xanlarova əlavə edib.

Xumardan süjetsiz klip
Xumar Qədimova sözləri Mikayıl Müşfiqə, musiqisi Minayə xanıma məxsus olan «Küsmərəm» adlı mahnıya klip çəkdirib. Hazırda montaj işləri görülən klip yaxın günlərdə efirə çıxacaq.
Xumar xanımın sözlərinə görə, klipə rejissorluğu Fərrux edib. Bu ekran əsərində ondan başqa, tanınmış aktyorlar da çəkiliblər: «Klipdə xüsusi süjet xətti yoxdur. Çünki mən süjetli klipləri xoşlamıram. Klipi tamaşaçının ixtiyarına buraxıram ki, baxandan sonra nəticəni özü çıxartsın
Faiq Ağayev keçmiş qaynından Hərbi Komissarlığa şikayət etdi

Xalq artisti özü hərbi xidmət keçməsə də, Rüfətin əsgərliyə getməsini istəyir...

Xalq artisti Faiq Ağayevin başı qalmaqaldan açılmır. Fəxri ad alandan dərhal sonra müğənninin şəxsi həyatı gündəmə gəldi. «Cənab qızıl şlyager»in keçmiş həyat yoldaşı Nigar Topçubaşova onun qeyri-ənənəvi cinsi orientasiyaya malik olması ilə bağlı şok açıqlamalar verdi.
Bu azmış kimi, Faiq Ağayevin keçmiş qaynı Rüfət İsmayılov, mətbuatda müğənninin porno-görüntülərindən danışdı, onu şantajçı adlandırdı. «Susmaq qızıldandır» prinsipinə riayət edən Faiq isə dözməyib taktikasını dəyişdi. Əldə etdiyimiz məlumata görə, o, «suyun lal axanı, adamın yerə baxanı» məsəlinə əməl edib… Və qaynı Rüfət İsmayılovdan Respublika Hərbi Komissarlığına şikayət edib. Özü hərbi xidmətdə olmasa belə, qaynının «qayğısına» qalmaq qərarına gələn Faiq, komissarlıqdan bununla bağlı ölçü götürülməsini istəyib.



Namiq Qaraçuxurlu Aygün Kazımovadan bezmədiyini deyir

Namiq Qaraçuxurlu xeyli müddətdi birgə yaşadığı Aygün Kazımovadan ayrılmaq qərarına gəlib. Deyilənlərə inansaq, guya Namiq artıq duet ortağından bezib.
Pula pul deməyən Namiq, yaxın dostlarının yanında ailəsinə qayıtmaq fikrində olduğunu vurğulayıb. A.Kazımovaya olan marağının artıq ötdüyünü bildirən meyxanaçı «öz həyatımı yaşamaq istəyirəm», deyə söyləyib. Əslində, meyxanaçını bezdirən kənardakı insanların ona pis gözlə baxmasıdır. Daha bir məqam, cütlüyün münasibətlərinin pozulması Aygünün öz keçmişi ilə bağlı ağzından qaçırdıqları olub. Bir sözlə, Namiq köhnə sevgilisinin sərgüzəştlərini artıq həzm edə bilmir, amma etiraf edir ki, indiyədək qazandıqlarına görə A.Kazımovaya borcludur. Bunlar gəzən söz-söhbətlərdir. Bəs görəsən, Namiqin bu fikirlərə münasibəti necədir? Meyxanaçı isə deyilənlərlə razılaşmır: «Mən Aygündən ayrılanda hamı biləcək. Hələ ki, elə bir şey yoxdur. Məni də Aygün xanım məşhur etməyib. Biz bir-birimizi tanıyanda mən lazım olduğu qədər tanınırdım».


Ailə həyatının bu qədər şirin olduğunu bilmirdim»

Röya: «İstədiyinlə evlənəndə ailə daha da gözəl olur»

Təzə gəlin Röya bal ayına hazırlaşır. Müğənni Yeni ildə həyat yoldaşı Anarla birgə xarici ölkələrdən birinə yollanacaq:
«Elə ölkələr var ki, Yeni il bayramını möhtəşəm şənliklərlə, karnavallarla keçirirlər. Mən məhz belə bir yerdə bal ayını gerçəkləşdirmək istərdim. Bizdə də Yeni il şənlikləri yüksək səviyyədə keçirilir, amma hər il Bakıda olduğum üçün bu il təzə ili xarici ölkədə qeyd etmək istəyirəm». Həyat yoldaşından ağızdolusu danışan müğənni, «ailə həyatının bu qədər şirin olduğunu bilmirdim» deyir: «Bilsəydim, hər şey belə gözəl olur, elə əvvəldən ailə qurardım. Amma burası da var ki, gərək istədiyin adamla evlənəsən. Bax o zaman ailə həyatından doymaq olmur


Zaur Baxşəliyevə kim «BMW-X5» hədiyyə edib?
Aparıcıya 60 min manatlıq maşın bağışlayan imkanlı şəxsin kimliyi gizlədilir

Aparıcı Zaur Baxşəliyevin çalışdığı ATV telekanalından uzaqlaşması və yenidən oraya qayıtması söz-söhbətə səbəb oldu. Hətta dedilər ki, aparıcılıqla birdəfəlik vidalaşan Zauru xalq artisti Zeynəb Xanlarovanın xahişindən sonra qaytarıblar.
Onun maaşının 300 manatdan 600 manata qədər qaldırıldığını deyənlər də tapıldı. Mötəbər mənbədən redaksiyamıza daxil olan məlumata görə, əslində, Z.Baxşəliyevin əməkhaqqısı heç də qaldırılmayıb. Amma o, şəhərdə «BMW-X5» markalı avtomobillə dolaşır. Maraqlıdır, görəsən, aparıcı ayda 300 manat almaqla 60 min manatlıq xarici maşını necə əldə edib? Mənbənin məlumatına görə, əslində maşın, Zaura bir nəfər imkanlı şəxs tərəfindən hədiyyə olunub. Həmin şəxsin kimliyi isə ciddi-cəhdlə gizlədilir.



Brilliant Dadaşova il yarım əvvəl Türkiyədən qayıtdıqdan sonra ansamblındakı musiqiçiləri başına toplayıb, onlarla yenidən fəaliyyət göstərmək istədiyini bildirdi. Lakin Ramin Həsənov ibadətlə məşğul olduğunu əsas gətirərək, musiqidən tamamilə ayrıldığını söylədi. Bununla da, Brilliant xanımla onun əməkdaşlığına son qoyuldu”.
Məlumata görə, bu bəyanatı Azərbaycanın xalq artisti Brilliant Dadaşovanın xalq artisti İlhamə Quliyevanın oğlu və digər viəzifəli şəxslərin övladlarının barəsindəki cinayət işinin ibtidai istintaqında dindirilməsi ilə bağlı məlumatlara münasibət bildirən müğənninin mətbuat katibi Aynurə Əhmədova yayıb.
A. Əhmədova R. Həsənovun həbsindən B. Dadaşovanın xəbərsiz olduğunu vurğulayıb: “Brilliant xanım Raminin adının hansısa cinayət işində hallanmasından xəbərsizdir. Müğənninin istintaqa çağırılmasından isə söhbət belə gedə bilməz”.
Qeyd edək ki, “Yeni Müsavat” qəzetinin məlumatına görə, bu işlə əlaqədar həbs olunmuş R. Həsənov skripkaçı kimi Azərbaycanın xalq artistləri Brilliant Dadaşova və Aygün Kazımovanın ansamblında çalışıb. Onun həbsi ilə əlaqədar B. Dadaşova və A. Kazımova istintaqda dindiriliblər.